A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Parlaq bir təbəssüm və güclü dişlər hər kəs üçün vacibdir. Bununla belə, kiçik bir rəng dəyişikliyi və ya qırıq bir diş gülümsəməyimizə təsir edə bilər. Elə bu məqamda dişlərimiz üçün vinirlər kimi xilasedicilər köməyimizə çatır. Diş vinirləri və ya diş örtükləri qoruyucu və estetik məqsədlə istifadə olunan nazik örtücü təbəqələrdir. Diş vinirləri aşağıdakı hallarda istifadə olunur:
Dişlərdə ləkələr və ya rəng dəyişikliyi olduqda
Dişlər doğru sıralanmadıqda
Dişlərin uzunluğu və ya ölçüsü qeyri-bərabər olduqda
Qəza və ya travma nəticəsində dişdə qırıqlar meydana gəldikdə
Diş çürüməsi hallarında
Dişlərin qorunmağa ehtiyacı olduqda
Əyri dişlərin düzəldilməsində
Gülüş estetikasının artırılmasında
Diş vinirlərinin müxtəlif növləri var. Hər kəsin diş quruluşu bənzərsiz olduğu üçün, hansı diş vinirinin sizin üçün ən yaxşısı olduğunu müəyyən etmək çətin ola bilər.
Ən populyar diş vinirləri:
Keramika laminat vinirlər
Keramika vinirlər
Keramika tərkibli zirkon vinirlər
Kompozit vinirlər
Diş implantları
Biz bu yazıda xaricdə diş vinirləri elətdirmək istəyənlər üçün ən ucuz və ən yaxşı ölkələri sizinlə paylaşdıq.
Siz hal-hazırda öz ölkənizdə rahatlıqla vinir müalicəsi elətdirə bilərsiniz. Lakin istifadə olunacaq vinirlərin sayısı artdıqda və ya siz öz ölkənizdəki tibbi xidmətin keyfiyyətindən şübhə duyduğunuzda, o zaman vinir müalicənizi başqa ölkələrdə etdirmək istəyə bilərsiniz.
Diş vinirləri üçün xarici ölkələrin seçilməsi bərabərində bir sıra üstünlükləri gətirir:
Daha aşağı qiymət
Daha keyfiyyətli tibbi xidmət
Diş müalicəsi üçün hər şey daxil paketlər
Diş müalicəsini tətilinizlə birləşdirmək imkanı
Əgər siz diş vinirləri üçün xaricdəki ölkələrə səyahət etməyi düşünürsünüzsə, bu seçiminizin sizə bir sıra üstünlüklər qazandıracağını bilməlisiniz. A-Medical tibbi turizm şirkəti olaraq biz xaricdə diş vinir müalicəsi olunmaq istəyən pasiyentlərimizə transferlər, oteldə qonaqlama, tərcüməçi dəstəyi və s. daxil olmaqla hər şey daxil paketləri təqdim edirik.
Bu yazıda diş vinirləri üçün ən yaxşı və ən ucuz ölkələri sadaladıq. Yazımızı oxumaqla siz diş vinirləri üçün ən ucuz və ən yaxşı ölkələri öyrənə bilərsiniz.
Diş vinirləri üçün ən yaşxı ölkələri seçərkən aşağıdakı amilləri nəzərə aldıq:
Qiymət/tibbi xidmət keyfiyyəti balansı
Diş klinikalarının müvəffəqiyyət dərəcəsi və təcrübəsi
Tibbi turizm sahəsində təcrübə
Rahatlıq
Məqaləmizdə sadaladığımız ölkələrdə vinir müalicəsi əldə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Büdcənizə ən uyğun variantları sizə təklif edəcəyik.
Türkiyə vinir axtaran vətəndaşlar üçün ən yaxşı və ən sərfəli ölkədir. Öz ölkəsində diş vinir qiymətlərini çox yüksək görən xəstələr çox vaxt Türkiyəni seçirlər. Türkiyə münasib qiymətləri və keyfiyyətli stomatoloji xidmətinə görə stomatoloji turizmin paytaxtı kimi qəbul edilir. Türkiyədə venerlərin qiyməti 300 avronu keçmir, materialları yüksək keyfiyyətlidir. Türkiyədə venerlərlə xərclərə 70% qənaət edə bilərsiniz. Bundan əlavə, Türkiyə əla istirahət yeridir. Siz Türkiyədə bir tətil planlaşdıra və səyahətinizin bir hissəsi olaraq venerlər əlavə edə bilərsiniz.
Meksika Birləşmiş Ştatlarla müqayisədə münasib qiymətə diş vinirləri axtaranlar üçün məşhur bir yerdir. Diş vinirləri ABŞ-a yaxınlığı və aşağı qiymətlərinə görə Meksikada asanlıqla əldə edilə bilər. Meksikada vinirlərin orta qiyməti 250-350 dollar arasında dəyişir.
Meksikada diş vinirləri təklif edən çoxsaylı diş klinikaları var. Ancaq klinika çoxluğu ən yaxşı klinikanı tapmağı çətinləşdirə bilər. Əgər Meksikada diş vinir müalicəsi olunmağı planlaşdırırsınızsa, peşəkar tibbi turizm şirkəti ilə məsləhətləşməyi və ya hərtərəfli araşdırma aparmağı məsləhət görürük.
Polşa Avropada diş vinir müalicəsi üçün əla seçimdir. Türkiyədən sonra diş turizmi üçün ən əlverişli ölkə Polşadır. Avropa ölkələri arasında Polşa diş vinirləri üçün ən əlçatan ölkə kimi seçilir. Polşada diş vinirləri qiyməti 400-1000 dollar arasında dəyişir.
Hindistan diş vinirləri üçün ən ucuz ölkədir. Hindistanda diş vinirlərinin orta qiyməti 150-200 dollar arasındadır. Bununla belə, Hindistanda venirlərin və diş müalicəsinin keyfiyyəti Türkiyə, Polşa və Azərbaycanla müqayisədə daha aşağıdır.
Qiymətlər ucuz olsa da, Hindistanda diş müalicəsi üçün doğru klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Əgər Hindistanda diş vinirləri əldə etmək istəyirsinizsə, professional tibbi turizm şirkətindən dəstək almalısınız.
Slovakiyada sərfəli və keyfiyyətli diş vinirləri təklif edən bir çox klinika var. Slovakiyadakı stomatoloji klinikalarda diş vinirləri yüksək keyfiyyətli materiallar vasitəsilə hazırlanır. Bu sayədə Slovakiyada əldə edəcəyiniz diş vinirləri müalicəsi sizi dayanıqlı və keyfiyyətli dişlərlə təmin edəcək. Slovakiyada diş vinirlərinin qiyməti 250-450 dollar arasında dəyişir.
Xorvatiya diş vinirləri üçün ən yaxşı və ən əlverişli ölkələrdən biridir. Xorvatiyada Avropanın aparıcı stomatoloji klinikaları və birinci dərəcəli diş həkimləri yer alır. Burada münasib qiymətlər qarşılığında diş vinir müalicəsi oluna bilərsiniz. Xorvatiyada diş vinirlərinin qiyməti 250-450 dollar aralığındadır.
Tayland alternativ tibb və tətil yeri kimi tanınır. Diş vinirləri üçün də Tayland məşhur seçimdir. Taylandda çox sayıda keyfiyyətli stomatoloji klinikalar və yaxşı diş həkimləri var. Taylandda diş örtüklərinin qiyməti 300-800 dollar arasında dəyişir.
Kosta Rika diş vinirləri üçün əlverişli ölkələrdən biridir. Diş vinirləri üçün Kosta Rikadakı stoamtoloji klinikalara üstünlük verməklə xərclərdə təxminən 80% qənaət edə bilərsiniz. Kosta Rikada fəaliyyət göstərən diş klinikaları uğur nisbəti və məmnuniyyət dərəcəsi yüksək diş vinir müalicələri təklif edirlər. Diş vinir müalicəsi almaq istəyən namizədlər Kosta Rikada fəaliyyət göstərən diş klinikalarına üstünlük verə bilərlər.
Macarıstan diş vinir müalicəsi olmaq istəyənlər üçün ən yaxşı və ən münasib ölkələrdən biridir. Macarıstan ən yaxşı diş həkimləri və keyfiyyətli diş klinikaları ilə beynəlxalq turistlərin diqqətini çəkir. Macrıstanda diş vinirlərinin qiyməti 400-1000 dollar aralığında dəyişir. Hansı ölkədə olursanız olun, Macarıstana səyahət çox asan və ucuzdur. Bu da diş vinir müalicəsi üçün sərfəli ölkə axtaranların diqqətə aldığı ən vacib məqamlardan biridir.
Türkiyə diş vinirləri üçün ən yaxşı ölkədir. Türkiyədə stomatoloji xidmətin keyfiyyəti bir çox Avropa ölkələrini üstələyir. Xərclər aşağı olsa da, tibbi xidmətin keyfiyyəti yüksək olaraq qalır. İstənilən zaman Türkiyədə diş vinir müalicəsini heç bir əngəl olmadan əldə edə bilərsiniz. A-Medical vasitəçiliyi ilə Türkiyədə diş vinir müalicəsi almağa qərar verdiyiniz zaman biz sizə oteldə qonaqlama, transfer və səyahət planının aparılması kimi bir çox üstünlüklərimizi sizə təklif edirik.
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın