+99410 310 93 33

WHATSAPPA YAZIN

Hər il bir çox insan xərçəng müalicəsi üçün xaricə səfər etməyi düşünür. Xərçəng müalicəsi sahəsindəki irəliləyişlər pasiyentləri ən yaxşı müalicələr və klinikalar ilə maraqlanmağa vadar edir. Məhz bu səbəbdən bu yazımızda xərçəng müalicəsi üçün dünyadakı ən yaxşı ölkələri və klinikaları sizinlə bölüşmək istəyirik.


Yazımızda 2024-cü ilə aid cari statistikalara və pasiyentlərimizin rəylərinə əsasən dünyada xərçəng üzrə ən effektiv müalicələri təklif edən klinikalara yer verdik. Qeyd etmək istəyirik ki, yazımızda yer alan bütün ölkə və klinikalarda müalicə almağınızı təmin edirik. Əgər müalicə prosesinizin sürətli, rahat və təhlükəsiz olmasını istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.


Xərçəngin diaqnozu və müalicəsində aparıcı ölkələri kəşf etmək üçün oxumağa davam edin!


Xərçəng müalicəsi üçün dünyadakı ən yaxşı klinikalar hansılardır?


Dünyada xərçəngin müalicəsində ən yüksək müvəffəqiyyət nisbətinə sahib olan ölkələr arasında Türkiyə, Hindistan, Rusiya, İsveçrə və Avstriya yer alır. Bu ölkələrdə tibbi xidmətin keyfiyyəti yüksəkdir və pasiyentlər effektiv xərçəng müalicəsi ilə təmin olunurlar. 


Xərçəng müalicəsi üçün dünyadakı ən yaxşı klinikalar:


  • Florence Nightingale, Türkiyə

  • BLK-MAX Xəstəxanası, Yeni Dehli

  • Euroonco (Евроонко), Rusiya

  • Wiener Privatklinik, Avstriya

  • Clinique de Genolier, İsveçrə


Xərçəng müalicəsi üçün ən yaxşı ölkələr və xəstəxanalar


Ən yaxşı xərçəng müalicəsini almaq üçün Türkiyə, Hindistan, Rusiya, İsveçrə və Avstriya kimi ölkələri nəzərdən keçirə bilərsiniz. Bu ölkələrdə fəaliyyət göstərən peşekar onkoloq və cərrahlar xərçəng müalicəsində yüksək uğur göstərirlər. Türkiyə, Hindistan və Rusiya xərçəngin müalicəsində həm qiymət, həm də tibbi xidmətin keyfiyyəti baxımından seçilirlər. İsveçrə və Avstriya isə individual müalicə proqramları, xüsusi yanaşmalar və hərtərəfli qayğı üçün tövsiyyə olunandır. Unutmayın ki, xərçəngin müalicəsi üzrə ölkə seçimlərində pasiyentlərin xüsusi istəkləri, mövcud vəziyyətləri və ehtiyacları böyük rol oynayır.


Türkiyə




Türkiyə uzun müddətdir ki, xaricdə onkoloji müalicə almaq istəyənlər üçün ən yaxşı ölkə kimi tanınır. Türkiyənin müasir klinikalarında endirimli qiymətlərlə xərçəng müalicəsi almaq mümkündür. Avropa ilə müqayisədə Türkiyə xərçəngin müalicəsində yüksək uğur nisbətləri ilə diqqətləri cəlb edir.

Türk klinikalarında fəaliyyət göstərən onkoloq və cərrahların böyük bir hissəsi təhsillərini xarici ölkələrdə alan və yüksək təcrübə sahibi olan həkimlərdən ibarətdir. Məhz bu səbəbdən Türkiyənin bir çox JCI akreditə olunmuş klinikası xərçəngin müalicəsində yüksək uğur nisbəti ilə fərqlənirlər.


Türkiyənin ayırd edici xüsusiyyətlərindən bir digəri isə, aşağı xərclərdir. Başqa ölkələrdən fərqli olaraq Türkiyədə xərçəngin müalicəsinin qiyməti xeyli aşağıdır. Qiymətlərin aşağı olmasına baxmayaraq tibbi xidmətin keyfiyyəti Türkiyədə dəyişməz olaraq qalır.


Türkiyədə xərçəng müalicəsi üçün ən yaxşı xəstəxanalar:


  • Anadolu Johns Hopkins Xəstəxanası

  • Florence Nightingale Xəstəxanası

  • Amerikan Xəstəxanası

  • Koç Universiteti Xəstəxanası


Türkiyədə müalicəsini həyata keçirdiyimiz xərçəng  xəstəliklərindən bəziləri:



Hindistan




Hindistan maddi vəziyyəti aşağı olan xəstələr üçün keyfiyyətli və uğurlu onkoloji xidmət göstərən klinikalara sahibdir. Ölkə daxilindəki bir çox klinika qabaqcıl texnoloji imkanlarla təchiz olunub. Keyfiyyətli xərçəng müalicəsini aşağı qiymətlərlə əldə etmək istəyən pasiyentlər üçün Hindistan uğurlu bir ölkədir.


Hindistan klinikalarında ABŞ, Avropa və dünyanın inkişaf etmiş ölkələrində təhsil alan və təcrübə qazanan həkimlər, onkoloqlar və cərrahlar fəaliyyət göstərir. Hindistanın xərçəng müalicəsində əldə etdiyi yüksək uğur nisbətlərinin başlıca səbəbi də məhz peşekar kadrlardır.


Hindistanda xərçəng müalicəsi ilə bağlı bilinməli olan ən vacib məqam odur ki, ölkənin fərqli bölgələrindəki fərqli klinikalarında tibbi xidmətin keyfiyyətinin dəyişkəndir. Əgər Hindistanda xərçəng müalicəsi almağı düşünürsünüzsə, meydana gələ biləcək çətinliklərin və problemlərin qarşısını almaq üçün peşekar tibbi turizm xidmətlərimizdən faydalanmağınızı tövsiyyə edirik.


Hindistanda xərçəng müalicəsi üçün ən yaxşı xəstəxanalar:


  • BLK-MAX Xəstəxanası, Yeni Dehli

  • Artemis Xəstəxanası, Qurqaon (Delhi-NCR)

  • ⁠Sanar Xəstəxanası, Qurqaon (Delhi-NCR)


Rusiya




Rusiya xərçəng müalicəsi üzrə ixtisaslaşmış bir çox klinikaya və həkimə sahibdir. Rusiyanın peşekar onkoloq kadrları xərçəngin müalicəsində yüksək uğur nümayiş etdirirlər. Ölkədəki bir çox klinika tibbi xidmətin keyfiyyətinə xüsusi diqqət ayırır və pasiyentlərin ən yaxşı müalicələri əldə etmələrini təmin edir.


Rusiyada xərçəng müalicəsinin qiyməti digər ölkələrlə müqayisədə olduqca münasibdir. Beynəlxalq pasiyentlərin bir çoxu xərçəng müalicəsi üçün Rusiyadakı klinikalara üstünlük verirlər və bu sayədə yüksək keyfiyyətli tibbi xidmətlərdən daha sərfəli şəkildə faydalanırlar.


Rusiyada xərçəng müalicəsi üçün ən yaxşı xəstəxana:


  • Euroonco (Евроонко)


Avstriya




Avstriya dünyada innovativ xərçəng müalicələrinin tətbiq olunduğu müstəsna ölkələrdən biridir. Avstriya klinikalarında müxtəlif xərçəng növləri ən son müalicə üsullarının köməyi ilə müalicə olunur. Digər ölkələrdən fərqli olaraq yenilikçi yanaşmaların tətbiq olunduğu Avstriyada xərçəng müalicəsinin uğur nisbəti olduqca yüksəkdir.


Avstriyada xərçəngin müalicəsində əsas müalicə üsulları kimi kimyaterapiya və cərrahiyyə ilə yanaşı immunoterapiya və ağıllı dərmanlardan istifadə olunur. Bu sayədə Avstriya dünya üzrə xərçəngin müalicəsində digər ölkələrdən daha yaxşı nəticələr əldə etməyi bacarır.


Avstriyada xərçəng müalicəsi üçün ən yaxşı xəstəxanalar:


  • Wiener Privatklinik


İsveçrə




İsveçrə dünyadakı ən yaxşı səhiyyə sisteminə sahib olması ilə tanınır. İsveçrədə xərçəng müalicəsinin ən böyük xüsusiyyəti ondadır ki, burada klinikalar pasiyentlər üçün xüsusi olaraq tərtib olunan müalicə proqramlarından istifadə edirlər. Hər pasiyentin xüsusi ehtiyaclarına və vəziyyətlərinə əsasən yaradılan müalicə proqramları sayəsində İsveçrədə xərçəng müalicəsi uğurlu şəkildə həyata keçirdilir.


İsveçrədə xərçəng müalicəsi üçün ən yaxşı xəstəxanalar:


  • Clinique de Genolier


Xərçəngin müalicəsi üçün bu ölkələri seçməklə hansı üstünlükləri əldə edəcəksiniz?


Xaricdə xərçəng müalicəsi almağın bir çox müsbət və mənfi cəhəti var. Mənfi cəhətlər arasında həkim görüşlərinin təyin olunması, klinika ilə əlaqələrin qurulması, müalicə üçün lazım olan detalların və qiymət təkliflərinin alınması, səyahət planının qurulması, qonaqlama və daha bir çox proses yer alır. Peşekar tibbi turizm xidmətlərimizdən faydalanaraq siz bütün bu mənfi cəhətlərdən azad ola bilər və komforlu tibbi turizm təcrübəsi yaşaya bilərsiniz.


Xərçəng müalicəsi üçün xaricdəki ölkələrə üstünlük verərək siz əldə edəcəksiniz:


  • Sərfəli qiymətlərlə müalicə almaq imkanı

  • Yenilikçi və effektiv müalicə varyantlarından faydalanmaq

  • Ən yüksək səviyyəli tibb mütəxəssisləri tərəfindən müalicə almaq imkanı

  • Ən müasir klinika və xəstəxanalarda müalicə almaq imkanı

  • Uzun gözləmə müddətlərinə məruz qalmadan sürətli müalicə olunmaq imkanı


Əldə edəcəyiniz faydalar təyinat yerinə görə fərqlilik göstərsə də, xərçəng müalicəsi üçün xaricdəki ölkələrə üstünlük vermək daha uğurlu müalicə əldə etməyinizə kömək edir.


Niyə A-Medical?


Əgər xaricdə xərçəng müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər xaricdə ilk dəfə xərçəng müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.

A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, xaricdə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın