A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Hər il saysız-hesabsız insan asılılıq problemi ilə bağlı yardım axtarır. Asılılığın reabilitasiyası üçün insanlar çox vaxt xaricdəki ölkələrə üstünlük verir. Bu tendensiya xaricdəki reabilitasiya mərkəzlərinin daha sərfəli qiymətlərlə yüksək səviyyəli qayğı təklif etməsindən irəli gəlir.
Reabilitasiya xidmətləri müxtəlif ölkələrdə mövcuddur. Lakin beynəlxalq xəstələr üçün ən yaxşı qayğını təklif edən, fərdi paketlərə sahib olan, yüksək standartlara uyğun və sərfəli qiymət siyasətinə sahib olan reabilitasiya mərkəzi tapmaq çətindir.
Reabilitasiya xərcləri isə ölkəyə görə fərqlilik göstərir. Misal olaraq, İsveçrədə reabilitasiya qiyməti 100.000$-dan yuxarıdır. Taylandda isə reabilitasiya 20.000$-60.000$ aralığında dəyişir.
Bu məqalədə bütün büdcə səviyyələrinə uyğun olaraq dünyanın ən yaxşı reabilitasiya mərkəzlərini sizlərlə paylaşacağıq. Qeyd edək ki, A-Medical tibbi turizm şirkəti olaraq yazımızda gördüyünüz bütün ölkələrdə və mərkəzlərdə endirimli qiymətlərlə və müxtəlif tibbi turizm üstünlüklərindən faydalanaraq reabilitasiya əldə etməyinizə kömək edirik.
Əgər müxtəlif növ asılılıqlardan əziyyət çəkirsinizsə, sağalmağın yolu doğru reabilitasiyadan keçir. Reabilitasiyaya ehtiyacınızın olub olmadığını müəyyən etmək üçün, birinci növbədə asılılıq əlamətlərini bilməlisiniz. Asılılıq əlamətlərini nə qədər erkən müəyyən edib reabilitasiyaya başlasanız, müalicə prosesiniz də bir o qədər uğurlu keçər.
Reabilitasiya ehtiyacının qiymətləndirilməsi özünü qiymətləndirmə və tibbi müayinədən ibarətdir.
Reabilitasiya ehtiyacını göstərən simptomlara aşağıdakılar daxildir:
Dərman istifadəsinə üstünlük vermək
Sağlamlığın pisləşməsi
Artan maddə qəbulu
Güclü və qarşı qoyulmayan istəklər
Maddə ilə əlaqəli həyat problemləri
Maddə/alkoqol/zərərli vərdişlərdən əl çəkə bilməmək
Bundan əlavə, müşahidə edilə bilən emosional, sosial və fiziki göstəricilər reabilitasiya zərurətini dərk etməyə kömək edir.
A-Medical olaraq pasiyentlərimizin uyğun reabilitasiya mərkəzlərini və ölkələrini tapmasına kömək etmək üçün qiymət, keyfiyyə və populyarlığa əsaslanan xüsusi siyahı hazırladıq. Siyahımızı hazırlayarkən tibbi mütəxəssislər tərəfindən təsdiq olunan etibarlı məlumatları, qiymət detallarını və əvvəlki pasiyent rəylərini diqqətə almışıq.
Reabilitasiya mərkəzləri butik və ya dəbdəbəli ola bilər. Eləcə də, təklif etdikləri müalicə proqramları, ünvanlanan asılıqlar, akreditasiyalar və qiymət fərqləri reabilitasiya mərkəzlərini biri-birindən ayıran əsas amillərdir. Bütün bu fərqlər nəzərə alındıqda, hər kəs üçün ən yaxşı deyə biləcəyimiz reabilitasiya mərkəzinin olmadığını deyə bilərik. Seçim pasiyentlərin öz istək və ehtiyaclarından asılıdır. Biz bu yazıda dünyanın bir çox fərqli ölkəsində fəaliyyət göstərən ən yaxşı reabilitasiya mərkəzlərinə yer verdik.
Xaricdə reabilitasiya üçün axtarış edərkən qərar vermə prosesinizi asanlaşdıra biləcək əlavə faktorları nəzərə almalısınız. Qlobal reabilitasiya səhnəsində üstünlük təşkil edən tək bir reabilitasiya mərkəzi olmasa da, çoxsaylı mərkəzlər müxtəlif müalicə üsulları təklif edir. İdeal reabilitasiya üçün ölkə təyin edərkən unikal tələblərinizə üstünlük verin.
İsveçrə dünyanın ən yaxşı səhiyyə sisteminə sahib olması ilə dünya miqyasında tanınır. Ölkənin mənzərələri yerlərində yerləşən reabilitasiya mərkəzləri asılılıqla mübarizə aparan pasiyentlərin ən yaxşı şəraitdə reabilitasiya olmasına imkan yaradır. İsveçrənin butik və ya dəbdəbəli reabilitasiya mərkəzləri pasiyentlər üçün xüsusi olaraq tərtib edilən müalicə proqramları ilə ən yaxşı nəticələri və yüksək qayğını təmin edir.
Müsbət cəhətlər:
Təhlükəsiz və qabaqcıl səhiyyə sistemi daxilində ən müasir tibbi xidmətlərdən faydalanma imkanı.
İngilis dilində rahat kommunikasiya.
İsveçrədəki reabilitasiya mərkəzləri eyni zamanda butik otellər kimi fəaliyyət göstərir. Bu xüsusiyyət xəstələrin komforlu reabilitasiya almasını təmin edir.
Xəstələr fərdi müalicə planlarından faydalana bilərlər.
Mənfi cəhətlər:
İsveçrənin iqlimi qış fəslində sərt və soyuq ola bilər.
Qiymətlər Avropa və Şərq ölkələri ilə müqayisədə daha yüksəkdir.
İsveçrənin ən yaxşı reabilitasiya mərkəzləri:
The Kusnacht Practice
Neoviva Clinic
Clinique de Genolier
Clinic Bad Ragaz
Tibbi turizm şirkəti olaraq biz İsveçrədə reabilitasiya istəyənlərin müalicə təcrübələrini artırmaq üçün müxtəlif xidmətlər təqdim edirik. Endirimlər, transfer, viza, qonaqlama və digər mövzularda xidmətlərimizdən faydalanmaq üçün Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayın.
Tayland xüsusi mənzərələri, unikal iqlimi və rehabilitasiya sahəsindəki üstünlükləri ilə xarici pasiyentlərin gözündə ən yaxşı rehabilitasiya destinasiyalarından biri kimi seçilir. Bundan əlavə olaraq, Taylandda fəaliyyət göstərən mərkəzlər xüsusi reabilitasiya proqramları və alternativ müalicə üsulları ilə xarici pasiyentlərə xüsusi qayğı göstərir.
Müsbət cəhətlər:
Taylandda fəaliyyət göstərən reabilitaisya mərkəzləri xəstələr üçün xüsusi müalicə və reabilitasiya proqramları təklif edir.
Ölkə zəngin mədəniyyətə, möhtəşəm mənzərələrə və ləzzətli mətbəxə sahibdir. Ölkənin coğrafi və sosial üstünlükləri reabilitasiya prosesini daha rahat və xoş keçirməyinizə kömək edə bilər.
Taylandda reabilitasiya üzrə ixtisaslaşmış bir çox mərkəz və professional var.
Taylandın bir çox reabilitasiya mərkəzləri qidalanma, fitnes, terapiya və mənəvi yaxşılaşma daxil olmaqla müxtəlif proqramlar vasitəsilə fiziki, əqli və emosional rifaha təsir edərək hərtərəfli reabilitasiyanı təmin edən vahid yanaşmanı vurğulayır.
Mənfi cəhətlər:
Tayland dünyanın bir çox ölkəsindəki insanlar üçün uzaq bir destinasiya ola bilər.
Taylandda bir çox keyfiyyətli reabilitasiya mərkəzi olsa da, doğru mərkəzi tapmaq çətindir.
Tibb işçiləri ingilis dilini mükəmməl bilsələr də, yerli əhali ilə ünsiyyət qurmağınız çətin ola bilər.
Taylanddakı Pearl Rehab fərdi ehtiyaclara uyğunlaşdırılmış effektiv reabilitasiya proqramları təqdim edir. Pearl Rehab mərkəzi reabilitasiya üzrə uğurlu nəticələri və xüsusi proqramları ilə dünyanın bir çox ölkəsindən insanları özünə cəlb edir.
İndoneziya sahib olduğu beynəlxalq hava limanı sayəsində dünyanın bir çox ölkəsindən turist qəbul edir. Ölkə xüsusi mədəniyyəti, iqlimi və alternativ tibb proqramları ilə tanınır. Xüsusilə Balidə bir çox keyfiyyətli və uğurlu reabilitasiya mərkəzinə rast gəlmək mümkündür.
Bali özünəməxsus mədəni cazibəsi, tropik ziyarətgahı və sakit atmosferi ilə seçilir və ziyarətçilər tərəfindən effektiv reabilitasiyanın ünvanı kimi görülür. Reabilitasiya mərkəzləri regionun təbii və sosial üstünlüklərindən istifadə edərək, rahat və effektiv müalicə mühitini təmin edir.
Balinin reabilitasiya təcrübəsinin fərqləndirici xüsusiyyəti insanların fərdi ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif kompleks proqramların mövcudluğudur. Balidəki mərkəzlər nəticəyə əsaslanan müalicələrə üstünlük verir, həyat keyfiyyətinin yaxşılaşdırılmasına və ümidli gələcəyə doğru yolu təşviq edir.
Müsbət cəhətlər:
Bali reabilitasiya sahəsində müsbət reputasiyası ilə tanınır.
Yüksək keyfiyyətli xidmətlərdən sərfəli qiymətlərlə faydalanmaq mümkündür.
Baliyə səyahət Avropada yaşayanlar üçün asandır.
Mənfi cəhətlər:
İsveçrə, Tayland və Türkiyə kimi ölkələrlə müqayisədə təcrübəli mütəxəssis azlığı.
Dil maneələri reabilitasiya prosesləri zamanı çətinliklər yarada bilər.
Balidə reabilitasiya üçün tövsiyyə etdiyimiz mərkəz Calm Rehab Bali-dir. Calm Rehab Bali-də sizə təklif etdiyimiz tibbi turizm üstünlüklərindən faydalanaraq xüsusi reabilitasiya təcrübəsindən faydalana bilərsiniz.
Türkiyə plastik cərrahiyyə, saç əkimi, arıqlama və rinoplastika da daxil olmaqla müxtəlif tibbi prosedurlar üçün əsas yer kimi seçilir.
Tibbi turizmin paytaxtı kimi tanınan Türkiyədə Avropa standartlarında tibbi xidmət əldə etmək həm daha ucuz, həm də daha asandır. Türkiyənin akreditə olunmuş mərkəzlərində pasiyentlər ən yaxşı reabilitasiya təcrübəsindən yararlana bilər.
Türkiyədə reabilitasiya almağın bir digər üstünlüyü isə, hər şey daxil paketlərdir. Müalicə prosesinizin başlanğıcından sonuna qədər sizə müxtəlif üstünlüklər təklif edən bu paketlər rahat və sərfəli müalicə almağınızı təmin edir.
Müsbət cəhətlər:
Çox sayda nüfuzlu reabilitasiya mərkəzləri mövcuddur
Müasir üsullarla bir çox həkim tərəfindən təklif olunan təcrübə
Digər variantlarla müqayisədə rəqabətli qiymət, onu ən yaxşı seçim halına gətirir
Müsbət cəhətlər:
Türkiyənin isti iqlimi bəzi xəstələr üçün uyğun olmaya bilər
Bəzi reabilitasiya mərkəzləri Türkiyənin sürətlə inkişaf edən tibbi turizm sənayesində mənfəəti keyfiyyətdən üstün tutur.
Türkiyədə yüksək səviyyəli və effektiv reabilitasiya üçün Moodist Xəstəxanasını tövsiyyə edirik. Xəstələrimiz onlara təklif etdiyimiz tibbi turizm üstünlüklərindən faydalanaraq Türkiyənin Moodist Xəstəxanasında keyfiyyətli, rahat və sərfəli reabilitasiya təcrübəsindən yararlana bilər.
Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq
Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq
Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik
Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik
Səyahət planınızı xüsusi olaraq hazırlayırıq
Viza dəstəyi təklif edirik
Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik
Yerində endirimlərdən yararlanmağınıza kömək edirik
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, xaricdə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın