+99410 310 93 33

WHATSAPPA YAZIN

Qaraciyər transplantasiyası dərmanla müalicəsi mümkün olmayan ağır qaraciyər xəstəliyi ilə üzləşən uşaqlar üçün mühüm və həyat qurtaran əməliyyatdır.


Uşaqlarda qaraciyər çatışmazlığı yarandıqda, istər körpəlikdən, istərsə də sonradan qaraciyər transplantasiyası ən yaxşı həll yoludur. Uğurlu qaraciyər transplantasiyası əməliyyatları dünyanın müxtəlif ölkələrində və klinikalarında aparılır.


Uşaqlarda qaraciyər nəqli nə zaman zəruri olur?


Hər yaşda olan uşaqlar müxtəlif səbəblərdən ani qaraciyər çatışmazlığı yaşaya bilərlər. Çoxsaylı araşdırmalara baxmayaraq, həkimlər bu vəziyyətin səbəbini müəyyən etməkdə çətinlik çəkə bilərlər.


Qaraciyər xəstəlikləri və qaraciyər çatışmazlığı yaşlı insanlarda daha çox görülsə də, uşaqların və ya körpələrin qaraciyər çatışmazlığı ilə üzləşməsi qeyri-adi hal deyil.


Dünyada uşaq qaraciyər transplantasiyası adətən öd yollarının çatışmazlığı ilə xarakterizə olunan öd atreziyası olan uşaqlar üçün həyata keçirilir. Digər hallara kəskin qaraciyər çatışmazlığına gətirib çıxaran viral hepatitlər, metabolik xəstəliklər (məsələn, Wilson xəstəliyi, qalaktozemiya, tirozinemiya və sidik cövhəri dövrünün qüsurları), dərmanlar və toksinlər tərəfindən törədilən otoimmün hepatitlər və xolestatik xəstəliklər, hepatitlər, xərçənglər kimi xəstəliklər daxildir.


Xoşbəxtlikdən, uşaqlarda qaraciyər transplantasiyası təhlükəsiz şəkildə həyata keçirilə bilər. Uğurlu transplantasiya ilə uşaqlıqda qaraciyər çatışmazlığı müalicə edilə bilən bir haldır.


Uşaqlarda qaraciyər xəstəliyinin əlamətləri


Yeni anadan olmuş uşaqlarda sarılıq halı görülə bilə. Bu hal bilrubin adı verilən sarı piqmentin qaraciyər tərəfindən qandan təmizlənə bilməməsi səbəbilə olur. Uşaqlar böyüdükcə qaraciyər sürətli şəkildə inkişaf edir və bu sarılıq halı ortadan qalxır. Lakin bəzən müxtəlif səbəblərdən uşaqlarda qaraciyər funksiyası pozulur və müxtəlif qaraciyər xəstəlikləri yaranır.


Körpələrdə qaraciyər transplantasiyasına ehtiyac olduğunu göstərən əlamətlər arasında tünd rəngli sidik, solğun və ya açıq rəngli nəcis, şişkin qarın, kilo itkisi və davam edən sarılıq daxildir. Daha ağır hallarda yorğunluq, qarında mayenin tutulması, qusma və qara rəngli nəcis kimi əlavə simptomlar nəzərə çarpa bilər.


Uşaqlarda qaraciyər transplantasiyasına səbəb olan xəstəliklər


Hər qaraciyər xəstəliyi transplantasiya tələb etmir. Qiymətləndirmə prosesi uşağınızın vəziyyətinin qaraciyər transplantasiyasına ehtiyac olub olmadığını müəyyən edir. Transplantasiyaya səbəb ola biləcək xəstəliklərə aşağıdakılar daxildir:


  • Biliyer atreziya

  • Otoimmün hepatit

  • Alfa-1-antitripsin çatışmazlığı

  • Kistik fibroz

  • Tirozinemiya

  • Viral hepatit

  • Hepatoblastoma

  • Hepatosellüler karsinoma

  • Digər orqanlara zərər verən qaraciyərdə metabolik pozğunluqlar


Uşaqlarda qaraciyər nəqlinə səbəb olan və ən çox görülən xəstəlik öd yollarının arteziyasıdır.

Uşaqlarda qaraciyər transplantasiyası necə həyata keçirilir?


Uşaqlarda qaraciyər transplantasiyası böyüklərdə olduğu kimi adi bir prosedurdur. Donor qaraciyər hazır olduqda, xəstəni hazırlamaq üçün həkim heyəti tərəfindən lazımi testlər aparılır. Ümumi anesteziya altında həyata keçirilən əməliyyat qarında kiçik bir kəsik açılaraq həyata keçirdilir. Köhnə qaraciyər yenisi ilə əvəz olunur və əməliyyat sonunda kəsik bağlanır.


Uşaq qaraciyər transplantasiyasında donorun qaraciyərinin kiçik bir parçası uğurlu əməliyyat üçün kifayətdir. Nəql olunan yeni qaraciyər uşağın bədənində sürətlə böyüyür, funksional bir orqana çevrilir. Bu prosedur üçün kiçik bir parça qaraciyər donoruna ehtiyac olduğu üçün prosedur həm xəstə həm də donor üçün rahat və təhlükəsizdir.


Əməliyyatdan sonra xəstələr bir neçə gün reanimasiya şöbəsində qalır və daha sonra həkim nəzarəti altında ümumi pediatriyaya keçirlər. İlkin olaraq qidalar venadaxili verilir və körpələr qısa müddətdə normal qidalanma vəziyyətinə qayıdırlar. Əməliyyat yeri sürətlə sağalır və həkimlər qısa müddət ərzində ağrı kəsici və infeksiyanın qarşısını alan dərmanlar təyin edirlər.


Uşaq qaraciyər nəqli əməliyyatının nəticələri


Qaraciyər transplantasiyasından sonra xəstə tez bir zamanda normal həyata qayıdır. Həftəlik ambulator müayinələr ilk ayda baş verir və zaman keçdikcə həkim görüşlərinin sayı artır. Üç həftədən sonra tikişlər çıxarılır. Məktəbə gedən uşaqlar təxminən iki aydan sonra təhsillərini davam etdirə bilərlər.


Xaricdə uşaq qaraciyər transplantasiyası


Uşaq qaraciyər nəqli üçün xaricdəki ölkələrə üstünlük vermək məntiqli bir seçimdir. Uşaq qaraciyər nəqli əməliyyatı üçün xaricdəki ölkələrə və klinikalara üstünlük vermək xərcləri azaltmağa və keyfiyyətli tibbi xidmətdən istifadə etməyə kömək edir.


Valideynlər öz ölkələrində övladının qaraciyər transplantasiyası üçün donor tapa bilmədiklərində və ya xərclər onlar üçün həddindən artıq olduğunda, Türkiyə kimi ən yüksək müvəffəqiyyət göstəriciləri ilə tanınan, pula qənaət etməyə kömək edən və mükəmməl tibbi xidmət təklif edən ölkələri seçirlər.


Uşaqlarda qaraciyər transplantasiyası üçün ən yaxşı ölkə


Türkiyə pediatrik qaraciyər nəqli üçün ən yaxşı ölkədir. Əməliyyat Türkiyənin ən yaxşı və ən müvəffəqiyyətli klinikalarında təcrübəli həkimlər tərəfindən həyata keçirdilir. 


Pediatrik qaraciyər nəqli üçün Türkiyənin üstünlüklərindən biri ölkədə tibbi xidmətin keyfiyyətinin yüksək olmasıdır. Təcrübəli Türk cərrahlar uşaq qaraciyər transplantasiyası üzrə yüksək müvəffəqiyyət göstərirlər. Uşaq qaraciyər nəqli üçün Türk klinikalarına üstünlük vermək dünyada komplikasiya riskinin ən az olduğu və ölüm ehtimalının 0-a yaxın olduğu bir ölkədə uğurlu müalicə ilə təmin olunmaq deməkdir.


Türkiyənin bir digər üstünlüyü isə, xəstəliyin irəliləyişinə və mövcud məhdudiyyətlərə baxmadan uğurlu əməliyyat həyata keçirən kadrların olmasıdır. Bir çox ölkədən fərqli olaraq Türkiyədə 3 kiloqramın altında olan uşaqlar üçün qaraciyər nəqli əməliyyatı mümkündür. Türkiyənin peşekar həkimləri 3 kq-nın altında olan uşaqlarda minimal risk və 0-a yaxın ölüm ehtimalı ilə bu əməliyyatı icra edirlər.


Türkiyədə qaraciyər nəqli əməliyyatı olmaq üçün özünüz ilə birgə donor gətirməyiniz mütləqdir. Donor yalnızca 4-cü dərəcəyə qədər qohumlar ola bilər.


A-Medical səfərin planlaşdırılmasından tutmuş əməliyyatdan sonra evə qayıdışa qədər Türkiyədə uşaq qaraciyər nəqli əməliyyatının hər mərhələsində ətraflı dəstək göstərir. 


Uşaq qaraciyər transplantasiyası əməliyyatı üçün ən yaxşı klinika


Türkiyədə uşaq qaraciyər nəqli cərrahiyyəsi üçün ən yaxşı klinikalar:


  • Memorial Klinikası

  • Florence Nightingale Xəstəxanası

  • Medical Park Antalya


Bu klinikalar orqan transplantasiyasında diqqətəlayiq müvəffəqiyyət dərəcələri ilə seçilirlər. Klinikaların bacarıqlı həkim heyəti pediatrik qaraciyər transplantasiyası əməliyyatları üçün yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsini təmin edir.


Türkiyəni seçmək, uşaq qaraciyər transplantasiyası prosedurları zamanı övladınıza müstəsna tibbi xidmət, maksimum rahatlıq və yüksək müvəffəqiyyətli əməliyyat zəmanəti verir.


Uşaq qaraciyər transplantasiyası əməliyyatı üçün ən yaxşı cərrah


Qaraciyər transplantasiyasının müvəffəqiyyəti cərrahın təcrübəsindən çox asılıdır. A-Medical olaraq Türkiyədə uşaq qaraciyər transplantasiyası əməliyyatı üçün Medical Park (Antalya) klinikasında fəaliyyət göstərən Prof. Dr. İbrahim Aliosmanoğlunu tövsiyyə edirik. Övladınızın qaraciyər nəqli əməliyyatı Türkiyənin Medical Park Xəstəxanasında bizim vasitəçiliyimiz ilə Prof. Dr. İbrahim Aliosmanoğlu tərəfindən həyata keçirilir. Prof. Dr. İbrahim Aliosmanoğlu pediatrik qaraciyər nəqlində yüksək müvəffəqiyyətə sahibdir.


A-Medical olaraq biz övladının Türkiyədə qaraciyər nəqli əməliyyatı olmasını düşünən valideynlər üçün klinikaların həkimləri ilə ödənişsiz konsultasiya təklif edirik. Bu sayədə valideynlər ödənişsiz konsultasiya zamanı ağıllarında olan sualları həkimlərə yönəldə və doğru cavabları ala bilərlər.


Uşaq qaraciyər transplantasiyası qiyməti


Uşaqlarda qaraciyər nəqli əməliyyatının qiymətinin yüksək olması valideynlər üçün böyük bir əngəldir. Ən keyfiyyətli səhiyyə sisteminə sahib olan ölkələrdə belə bu əməliyyatın xərcləri olduqca yüksəkdir.


Türkiyədə isə uşaq qaraciyər nəqli əməliyyatının qiyməti Amerika və Avropa ölkələri ilə müqayisədə 50-60% daha aşağıdır. Türkiyədə pediatrik qaraciyər nəqli əməliyyatı həm daha sərfəli həm də tibbi xidmətin keyfiyyəti baxımından olduqca qənaətbəxşdir.


Türkiyədə uşaqlara qaraciyər transplantasiyası əməliyyatının qiyməti 50.000 dollardan başlayır. Bu qiymət Böyük Britaniya, ABŞ və Avropadakı xərclərdən əhəmiyyətli dərəcədə aşağıdır. Türkiyə tibbi xidmətin keyfiyyətindən güzəştə getmədən sərfəli qaraciyər transplantasiyası əməliyyatını həyata keçirən yeganə ölkə kimi seçilir.


Dəqiq qiymət təklifi üçün bizimlə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz.


A-Medical ilə Türkiyədə uşaq qaraciyər nəqli prosesi


Addım 1: Virtual məsləhətləşmə 


A-Medical vasitəçiliyi ilə Türkiyədə uşaq qaraciyər nəqli əməliyyatı prosesinin ilkin mərhələsi virtual konsultasiyadır. Siz ilk növbədə Türkiyədə uşaq qaraciyər transplantasiyasıi üçün bizimlə Whatsapp vasitəsilə əlaqə saxlamalısınız. Biz sizin və ya övladınızın Türkiyədə pediatrik qaraciyər nəqli əməliyyatı üçün uyğunluğunuzu müəyyən etmək üçün sizdən cari tibbi vəziyyətiniz, son müalicələr, son tibbi analizlər və xəstəlik haqqında məlumat alacağıq. Daha sonrasında bu məlumatları Türkiyədəki klinikalar ilə bölüşərək sizin üçün dəqiq qiymət təklifi alacağıq. Bütün bu proseslər sadəcə bir neçə saat və ya bir neçə gün içində tam olaraq həyata keçir.


Klinikadan müsbət rəy aldıqdan vəs sizinlə razılaşdıqdan sonra, biz sizin ümumi səyahətinizi 0-dan sona qədər dəqiqliklə planlaşdıracağıq.


Addım 2: Türkiyədə müalicə


Türkiyəyə səfəriniz razılaşdırılmış tarixdə baş tutacaq. Şəxsi sürücü sizi hava limanından otelinizə və ya klinikanıza rahat şəkildə çatdıracaq. Həkim və cərrahla ya eyni gündə, ya da sonrakı gün görüşəcəksiniz.


Addım 3: Uğurlu müalicədən sonra evə qayıdın


Türkiyədə uşaq qaraciyər nəqli proseduru bitdikdən sonra həkimlə son tibbi konsultasiya üçün görüşəcək və sonrasında evə qayıdış üçün hava limanına transfer olunacaqsınız. Siz müalicənin nəticələri və ya yarana biləcəyiniz suallar üçün öz ölkənizdən yenidən həkiminizlə əlaqə saxlaya biləcəksiniz.


Niyə A-Medical?


Əgər övladınızın Türkiyədə uşaq qaraciyər nəqli əməliyyatı olmasını düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Türkiyədə ilk dəfə uşaq qaraciyər nəqli əməliyyatı düşünürsünüzsə, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın