Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
İsveçrə əhalisi dünyanın ən sağlam və ən uzun ömrülü əhalilərindən biridir. Bir çox ölkədə uzun ömürlülük daha yüksək tibbi xərclər və daimi həkim yoxlanışları ilə əlaqələndirilsə də, İsveçrədə vəziyyət daha fərqlidir.
İsveçrə dünyanın ən yaxşı səhiyyə sisteminə sahibdir. Bir çox ölkə öz səhiyyə sistemini təkmilləşdirmək üçün İsveçrəni nümunə alır. Ölkə, böyük və təcrübəli həkim şəbəkəsinə, müasir və yaxşı təchiz olunmuş xəstəxanalara, qabaqcıl müalicə növlərinə və hər xəstə üçün unikal müalicə proqramlarına malikdir.
İsveçrədə gözləmə müddəti demək olar ki yoxdur. Eyni zamanda, ölkənin zəruri sağlamlıq sığortası, peşekar həkimləri, klinikaları və tibbin hər sahəsi üçün innovativ müalicə metodları İsveçrəni beynəlxalq pasiyentlər üçün bir nömrəli müalicə mərkəzinə çevirir.
Bu yazımızda sizə İsveçrənin səhiyyə sistemindən və İsveçrədə tibbi xidmətin keyfiyyətindən danışacağıq. Bu məqalə ilə beynəlxalq xəstələrin müalicə üçün niyə İsveçrəni seçdiyi haqqında geniş məlumat verəcəyik.
İsveçrənin böyük və güclü səhiyyə sistemi var. Təkmilləşdirilmiş səhiyyə sistemi ölkəni beynəlxalq xəstələrin gözündə bir nömrəli müalicə destinasiyasına çevirir. Gəlin İsveçrədə müalicə almaq üçün 5 əsas səbəbə nəzər salaq.
İsveçrədəki səhiyyə sistemi qlobal miqyasda ən yaxşı sistemlərdən biri kimi qəbul edilir. Ümumdünya Səhiyyə İnnovasiyaları İndeksində qiymətləndirilən 32 ölkə arasında İsveçrə birinci yerdədir. Ölkənin müasir və fərdiləşdirilmiş müalicələrdəki üstünlüyü, müalicə alan pasiyentlərin demək olar ki, hamısının ölkədən xoşbəxt bir şəkildə ayrılması ilə nəticələnir.
İsveçrə klinikalarında çalışan bütün tibb işçiləri yüksək təcrübəyə və akademik təhsilə malikdirlər. Tibb bacılarından cərrahlara qədər, bütün tibbi kadrlar xüsusi təlimlərdən keçərək xüsusi olaraq hazırlanırlar. Eləcə də, hər bir kadrın təhsil və təcrübə səviyyəsi Avropa ölkələrində fəaliyyət göstərən həkimlərlə müqayisədə çox daha yüksəkdir.
Əgər İsveçrədə müalicə almağı düşünürsünüzsə, uzun gözləmə müddətləri ilə qarşılaşmayacağınıza əmin ola bilərsiniz. İsveçrə dünyada ən az gözləmə müddətinə malik ölkədir. Bir çox beynəlxalq xəstələr ölkəyə ayaq basdıqları gün öz klinikalarında lazımi müayinələrdən keçirlər.
İsveçrə klinikaları eksperimental müalicələr, R&D tədqiqatları, ənənəvi müalicələrdə müasir texnologiyaların istifadəsi və robotik cərrahiyyə ilə tanınır. İsveçrədəki bir çox klinikalar müasir texnologiyalardan istifadə edərək müvəffəqiyyət nisbətini ən yüksək səviyyədə saxlamağı hədəfləyir.
Bir müddətdir ki, İsveçrə xaricdə müalicə almaq istəyən digər ölkələrdən olan insanlar üçün ən yaxşı seçimdir. Ən yüksək səviyyəli tibbi xidmət, qısa gözləmə müddətləri, xəstələr üçün xüsusi paketlər və digər üstünlüklərə görə bu, hələ də həmin xəstələr üçün əla seçimdir.
İsveçrə yüksək keyfiyyətli tibbi xidmətlər təklif etməklə tanınır. Bununla belə, İsveçrəni digər ölkələrdən fərqləndirən və əhəmiyyətli bir mövqe tutmasına səbəb olan xüsusi müalicələr var.
İsveçrədə dağlar və dənizkənarı ərazilər kimi təbii şəraitlərdə yerləşən məşhur yüksək səviyyəli psixologiya mərkəzləri və reabilitasiya mərkəzləri var. Dünyanın ən yaxşı psixi sağlamlıq mütəxəssisləri İsveçrədə təcrübə keçir.
Xərçəngin müalicəsi İsveçrənin səhiyyə sistemində mühüm əhəmiyyət kəsb edir..Bir çox ölkədən fərqli olaraq İsveçrədə xərçəngin müalicəsi sabit bir proqramla aparılmır. İsveçrədə klinikalar hər xəstəyə uyğun olaraq fərdiləşdirilmiş müalicə proqramları hazırlayaraq tətbiq edir. Bu sayədə xərçəng müalicələrində yüksək müvəffəqiyyət əldə etmək mümkün olur.
İsveçrə təbii mühitdə yerləşən dəbdəbəli reabilitasiya mərkəzlərində və psixi sağlamlıq müəssisələrində asılılığın əla müalicəsi təklif edir. Bu sayədə dünyanın fərqli ölkələrindən asılılıqla mübarizə aparan pasiyentlər müalicə üçün İsveçrə klinikalarına üstünlük verirlər.
İsveçrədə asılılıq və aludəçilik müalicələri zamanı pasiyentlər dəbdəbəli mərkəzlərdə əlavə fəaliyyətlərlə məşğul olaraq sağalma müddətini tezləşdirə bilirlər.
İsveçrə IVF müalicəsi üçün dünyanın ən yaxşı ölkələrindən biridir. İsveçrədə IVF müalicəsi zamanı ən son texnologiyalar və innovativ yanaşmalardan istifadə olunur. Fərdiləşdirilmiş proqramlarla IVF müalicəsi ana olmağı gözləyən namizədlər üçün ən yaxşı nəticələri qazandırır.
İsveçrə ortopedik müalicələrdə Almaniya, İngiltərə və İsraildən geri qalmır. Təchiz edilmiş klinikalar, mütəxəssis həkimlər və kompleks müalicə proqramları ortopedik və travmatoloji müalicələrdə yüksək müvəffəqiyyət nisbətini təmin edir.
İsveçrədə kəşf edə biləcəyiniz çoxsaylı klinikalar var. A-Medical sağlamlıq turizmi şirkəti olaraq biz yalnız korporativ olaraq ziyarət etdiyimiz və ciddi keyfiyyətə nəzarət meyarlarımıza cavab verən klinikaları tövsiyə edirik. Aşağıdakı cədvəl vasitəsilə sizə tövsiyyə etdiyimiz İsveçrə klinikalarını öyrənə bilərsiniz.
Klinika | Ünvan | Təcrübə |
Neoviva Clinic | Lake Lucerne, Switzerland | Reabilitasiya və aludəçilik müalicəsi |
Merian Iselin Clinic | Föhrenstrasse 2, 4009 Basel, Switzerland | Ortopedika müalicələri |
Klinik Hirslanden | Witellikerstrasse 40 8032 Zürich | Kardiologiya, Visseral Cərrahiyyə, Neyrologiya, Ortopediya, Ginekologiya və Mamalıq |
Hirslanden Clinique des Grangettes | Chem. des Grangettes, 1224 Chêne-Bougeries, Switzerland | Doğum şöbəsi, İxtisaslaşdırılmış Cərrahiyyə, Kardiologiya, Onkologiya, Pediatriya, Radiologiya |
Hôpital de La Tour | Av. J.-D.-Maillard 3, 1217 Meyrin, Switzerland | İdman Təbabəti, Ortopediya, Onkologiya və Bariatrik Cərrahiyyə |
Clinique de Genolier | Rte du Muids 3, 1272 Genolier, Switzerland | Ümumi müalicə və oteldə qonaqlama üçün ən yaxşısı. |
Clinique Nescens | Rte du Muids 5, 1272 Genolier, Switzerland | Estetik müalicə və IVF müalicələri üçün ən yaxşısı. |
The Kusnacht Practice | Zollikerstrasse 60, 8702 Zollikon, Switzerland | Müalicə müddətində dəbdəbəli villada qonaqlamaq istəyənlər üçün ən yaxşısı. |
A-Medical sağlamlıq turizm şirkəti İsveçrədə müalicə almaq istəyən xəstələrə geniş imkanlar təklif edir.
Əgər siz də İsveçrədə müalicə almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamağınız kifayətdir. Biz sizin üçün bütün lazımi hazırlıqları görəcəyik və bütün addımları atacağıq.
Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq
Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq
Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik
Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik
Səyahət planınızı xüsusi olaraq hazırlayırıq
Viza dəstəyi təklif edirik
Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik
Yerində endirimlərdən yararlanmağınıza kömək edirik
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün İsveçrəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, İsveçrədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın