+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Hər gün sosial mediada və ya Netflixdə gördüyünüz məşhurların gülüşlərinin necə parlaq və gözəl olduğu haqqında suallarınız ola bilər. Həqiqət budur ki, bir çox məşhurların dişləri əslində Hollivud gülüşü diş estetikası və ya diş implantları ilə hazırlanmışdır.


Bir çox məşhur qüsursuz və parlaq dişlərə sahib olmaq üçün implant və diş vinirlərindən istifadə edir. Bir çox insan üçün, mükəmməl dişlərə sahib olmaq üçün təbii dişlər kifayət etməyə bilər. Bu halda məşhurlar Hollivud təbəssümünə üz tuturlar.


Hollivud təbəssümü və diş implantlarının məşhurlar arasında ən çox populyar prosedurlardan birinə çevrilməsi, məşhur olmayan insanların bu prosedurlara müraciət etmələrinə yol açıb.


Bu yazıda biz çox tanıdığımız məşhurların diş implantından əvvəl və sonraki hallarını sizə göstərəcəyik.


Tom Kruz




“Riskli biznes”, “Mümkün olmayan tapşırıq” və “Top Gun” kimi məşhur filmlərin baş aktyoru karyerasına düzgün rəngdə olmayan və düzgün düzülməmiş dişlərlə başlayıb. Phoenix, AZ, Baltimore, MD kimi yerlərdən tamaşaçıları cəlb edə bilən əsl ulduz olmaq üçün Tom Kruz dişlərinin daha yaxşı görünməsi üçün müxtəlif diş müalicələri üçün pul ödəyib. Bu prosedurların hər biri Tom Kruzun dişlərini daha parlaq və səliqəli hala gətirib. Bundan sonra Tom Kruz daha parlaq dişlər üçün bahalı diş implant şirkətlərinin müxtəlif vinirlərindən faydalanıb. Nəticədə indiki gündə hələ də Holivudun ən çox tanınan aktyorlarından biri olan Tom Kruz, parlaq gülüşü ilə heyranlarının qəlbini oxşayır.


Zak Efron




"Qonşular" filminin baş aktyorunun həmişə super cazibədar görünmədiyini bilirdinizmi? Disney Channel-ın "High School Musical" filmi ilə məşhurlaşmadan əvvəl Zak Efronun təbəssümü o qədər də yaxşı görünmürdü. Zak Efron dişlərinin daha yaxşı görünməsi üçün bəzi stomatoloji müalicələr almışdı. Bu müalicələr arasında diş ağartma və Hollivud gülüşü xüsusi yer tutur.


Corc Kluni




Hollivudun ən yaraşıqlı aktyorlardan birinin diş həkimi onu daha da cazibədar etməyə kömək edir. Corc Kluni "Həyat Faktları" verilişindən sonra əla görünən yeni dişlərə sahib oldu. Corc Kluni diş implant müalicəsi və diş vinirləri ilə daha gözəl görünümlü təbəssümə sahib olub. Bununla yanaşı, Corc Kluni diş sıxma (bruksizm) problemindən əziyyət çəkdiyi üçün həyatının müxtəlif dövrlərində bu probleminin həlli üçün də müxtəlif müalicələr alıb.


Viktoriya Bekhem





Spice Girls qrupunun ən tanınmış üzvü möhtəşəm üslubu və dəb duyğusu ilə məşhurdur, buna görə də onu "Posh" adlandırırlar. Amma Bekhemin əvvəllər o qədər də gözəl dişləri yox idi. Düzgün sıralanmayan və aralarında böyük boşluqlar olan dişlər Viktoriya Bekhem üçün ən böyük problem idi. 1990-cı illərin sonlarında qızlar qrupunda məşhurlaşmazdan əvvəl Bekhem dişlərini düzəltdirdi və onları daha yaxşı hala gətirdi.


Megan Fox




Megan Fox Hollivudda ən gözəl dişlərə sahib olan qadınlardan biridir. Onun heç bir diş müalicəsiunə ehtiyacı olmadığını düşünə bilərsiniz. Lakin üst dişlərindəki vinirlər Megan Fox-un parlaq gülüşlərinin arxasındakı ən böyük səbəblərdən biridir.


Cim Kerri




Cim Kerri Hollivudun ən parlaq aktyorlarından biridir. Bir çox insan Cim Kerrinin təbii gülüşə sahib olduğunu düşünsə də, bacarıqlı Hollivud ulduzunun parlaq gülüşünün arxasındakı ən böyük səbəb parlaq diş vinirləridir.


Dişlərində görülən işlər fantastikdir. Cim Keri üçün tətbiq olunan vinirlər həqiqətən təbii görünür və dişlərinin görünüşünü daha da yaxşılaşdırır.


Celine Dion




Celine Dion-un əvvəllər diş problemləri var idi, lakin onları həll etmək üçün çoxlu diş müalicələri etdirdi. Celine Dion-un diş transformasiyası diş müalicəsinin həqiqətən kiminsə görünüşünü necə dəyişdirə biləcəyinin gözəl nümunəsidir.


Celine Dion dişlərini yaxşılaşdırmaq üçün diş vinirlərindən və implant müalicəsindən faydalanıb.


Məşhur ulduz təbii görünən dişlərə üstünlük verir və çox açıq rənglərdən qaçır. O, dişlərinin rənginə uyğunlaşdırmaq üçün Ivoclar adlı şirkətin B2 rəng paletinə aid vinirlərindən istifadə edib.


Kylie Jenner




Kylie Jenner karyerasına başlayandan bəri çox dəyişib. Onun etdiyi ən yaxşı işlərdən biri isə dişlər üçün örtük kimi olan diş vinirləri əldə etmək idi. Kylie Jenner-in mövcud diş vinirləri ən parlaq rəng paletinə aiddir. Digər dişləri ilə uyğunlaşan rənglər və diş vinirlərinin keyfiyyəti Kylie Jenner-in gülüşünə parlaqlıq qazandırır.


Beyonce




Beyonce Holivud ulduzları arasında ən ikonik gülüşə sahib məşhurlardan biridir. Təbii olaraq çox gözəl dişlərə və mükəmməl gülümsəməyə sahib olan Beyonce çox kiçik diş prosedurları ilə gülüşünə kiçik estetik toxunuşlar qatıb. Beyonce-nin dişlərindəki ən böyük dəyişikliklər isə dodaqlarının ətrafına edilib. Ön dişlərində parlaq vinirlər olan bu məşhurun diş ətləri üçün heç bir diş proseduru tətbiq olunmayıb.


30 yaşı tamam olanda dişlərinə breket taxmağı dayandıran Beyonce hal-hazırda mükəmməl dişlərə malikdir. Dişlərində etdiyi dəyişikliklər, dəyişikliklərin zamanla yavaş və təbii şəkildə necə baş verə biləcəyinə yaxşı bir nümunədir.


Xaricdə diş implant müalicəsi əldə etmək üçün nə etməliyəm?


Diş implantları üçün xaricə üz tutmaq məntiqli seçimdir. Hətta bu gün bir çox Hollivud ulduzları əla keyfiyyətli tibbi xidmətdən yararlanmaq, xərclərə qənaət etmək və səyahətlərini tətilə çevirmək üçün Türkiyə kimi məşhur stamatologiya destinasiyalarına üz tuturlar. Bu yolla xərclərə 40-60% qənaət etmək mümkündür. ABŞ, Böyük Britaniya, Almaniya kimi ölkələrdə diş implantlarının qiymətini nəzərə alsaq, bu qənaət heç də az deyil.


Xaricdə diş implantları əldə etmək sizə bir çox üstünlük qazandırsa da, ancaq bu prosesi tək idarə etmək gözlənilməz xərclərə və vaxt itkisinə səbəb ola bilər. Bu səbəbdən biz A-Medical sağlamlıq turizmi şirkəti olaraq xaricdə diş implantı müalicəniz üçün sizə bələdçilik edirik.


A-Medical sağlamlıq turizmi şirkəti olaraq xaricdə diş implantı müalicəsi almaq istəyən xəstələrin bütün tibbi turizm proseslərini idarə edirik. Bu günə qədər bizə müraciət pasiyentlərimizin Türkiyə, Macarıstan, Almaniya, Polşa, İsrail kimi ölkələrdən diş implant müalicəsi əldə etmələrinə köməklik göstərmişik.


Bu gün Türkiyə, Macarıstan və Xorvatiya stomatologiya xidmətləri sayəsində tibbi turizmdə çox tanınıb. Xüsusilə Türkiyədə All-on-4 və All-on-6 diş implantı müalicələri, eləcə də Türkiyədə Hollywood gülüş müalicəsi bizə müraciət edənlərin sayısı günü gündən artır.


A-Medical niyə xaricdə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, İsveçrədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +90 533 423 35 48

Email: [email protected]

Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın