A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xülasə:
Türkiyə rinoplastika üçün ən məşhur ölkədir.
Rinoplastika üçün ən ucuz ölkə Türkiyədir.
Türkiyədə rinoplastika əməliyyatının qiyməti 2320 dollardır.
Türkiyə rinoplastika əməliyyatı qabaqcıl klinikalarda mütəxəssis həkimlər tərəfindən həyata keçirilir.
A-Medical vasitəsilə Türkiyədə endirimli qiymətlərlə və müxtəlif tibbi turizm xidmətləri ilə rinoplastika əməliyyatı əldə edə bilərsiniz.
Bu məqaləmizin mövzusu rinoplastika əməliyyatı üçün Türkiyənin xarici turistlər tərəfindən niyə həddindən artıq bəyənildiyidir. Əvvəlki yazılarımızda, Türkiyədə plastik cərrahiyyə əməliyyatları haqqında danışmışdıq. Türkiyədə rinoplastika cərrahiyyəsinin qiymətləri, ümumi prosedur və A-Medical tibbi turizm şirkətinin təqdim etdiyi üstünlüklər haqqında məlumatı səhifəmiz vasitəsi ilə əldə edə bilərsiniz.
Bu yazımızda isə, Türkiyənin rinoplastika cərrahiyyəsində niyə ən populyar ölkə olduğunu açıqlayacağıq.
Estetik burun əməliyyatı və ya rinoplastika cərrahiyyəsi burun görüşünü və funksionallığını formalaşdırmaq üçün tətbiq edilir. Cərrah tərəfindən sümük, qığırdaq və ya burun toxumalarında dəyişikliklərin edilməsi ilə pasiyentlərin arzu etdikləri burun görünüşü verilir. Bir çox halda pasiyentlər sadəcə estetik məqsədlə bu cərrahiyyəyə müraciət etsələr də, bəzi hallarda burun sümüklərinin doğru formalaşmaması nəfəs darlığı və başqa problemlərə səbəb olur və pasiyentlər bu halda rinoplastika cərrahiyyəsinə yönəlirlər.
Rinoplastika hər nə qədər məşhur cərrahiyyə proseduru olsa da, pasiyentlər bu əməliyyatı xaricdə, ən əsası da Türkiyədə əldə etməyə üstünlük verirlər. Bunun əsas səbəbi isə təbii ki, qiymətlərdir. Məsələn, Böyük Britaniyada rinoplastika əməliyyatının qiyməti 7000 funt sterlinqdən başlayır. ABŞ-da rinoplastika əməliyyatının qiyməti isə 8000 dollardan başlayır. Türkiyədə 2320 dollara rinoplastika əməliyyatı tapmaq mümkündür.
Amma türkiyədə rinoplastikanın bu qədər populyar olmasının səbəbi təkcə qiymət deyil. Türkiyə rinoplastikada qiymət və keyfiyyət balansını tapan bir ölkədir.
Çox ucuz qiymətlər (Avropa ilə müqayisədə 70% ucuz)
Çox yüksək tibbi xidmət keyfiyyəti
Yüksək uğur dərəcəsi
Təcrübəli həkimlər və yaxşı nəticələr
Qabaqcıl klinikalar və yüksək xəstə məmnuniyyəti
Klinikalar tərəfindən təklif olunan tibbi turizm təklifləri
Endirimli qiymətlərlə oteldə qonaqlama şansı
Dil və ünsiyyət problemi olmadan müalicə alamq imkanı
Tibbi xidmətin yüksək səviyyədə təhlükəsizliyi və pasiyent hüquqlarının müdafiəsi
Bu gün bir çox beynəlxalq pasiyent burun əməliyyatı üçün Türkiyəyə üstünlük verir. Bunun əsas səbəbləri qiymət, uğurlu prosedur və yaxşı nəticələrdir.
Türkiyədə rinoplastika əməliyyatı ümumi anesteziya altında həyata keçirdilir.
Türkiyədə rinoplastika əməliyyatı bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ hazırlıq prosesidir. Bu müddətdə həkiminiz sizin rinoplastika əməliyyatına uyğun olub olmadığınızı anlayacaq. Prosedurun açıq və ya qapalı texnika ilə aparılacağına qərar veriləcək. Birinci mərhələdə həkiminiz sizə prosedur haqqında bütün məlumatları verəcəkdir.
Əməliyyat günü gəldiyi zaman siz əməliyyat üçün köməkçi həkimlər və tibb bacıları tərəfindən hazırlanıb əməliyyata hazır hala gətirilirsiniz. Əməliyyat sonlandığı zaman rinoplastika tamamlanır. Rinoplastika əməliyyatı bitdikdən sonra həkiminiz burunda göyərmə, şişlik və ödem kimi yan təsirləri azaltmaq üçün tədbirlər görür.
Əməliyyatınız tamamilə başa çatdıqdan və son yoxlanışlar edildikdən sonra ölkənizə qayıtmağınız üçün hava limanına köçürüləcəksiniz.
Türkiyə bütün dünyada rinoplastika əməliyyatları üçün ən yaxşı yer kimi tanınır və həm yerli sakinlər, həm də burnunun formasını dəyişdirmək istəyən beynəlxalq pasoyentləri cəlb edir. Bu populyarlıq bir neçə amillə əlaqələndirilə bilər. Birincisi, Türkiyə böyük həcmdə rinoplastika əməliyyatlarının aparılmasında geniş təcrübəsi ilə seçilir. Avropalı həmkarları ilə müqayisədə Türk həkimlər daha çox iş saatına sahibdir və aylıq daha çox cərrahi əməliyyat həyata keçirirlər. Bu artan təcrübə səviyyəsi Türk həkimlərə burun əməliyyatları üzrə ixtisaslaşmağa imkan verir ki, bu da Avropa həkimləri ilə müqayisədə üstün təcrübə və ümumi keyfiyyətlə nəticələnir.
Türkiyənin İstanbul şəhərində ən yaxşı rinoplastika (burun estetikası) əməliyyatını əldə etmək üçün ilk növbədə Whatsapp və ya Email vasitəsilə A-Medical tibbi turizm şirkəti ilə əlaqə saxlamalısınız.
Bizimlə əlaqə saxladıqdan sonra biz sizinlə qısa konsultasiya edəcəyik. Bu mərhələdə siz Türkiyədə rinoplastika əməliyyatınızın təfərrüatlarını, klinikanızı, prosedurun dəyərini, qonaqlama və səyahət proseslərini öyrənəcəksiniz.
Addım 3: Türkiyəyə səyahət
Hər şeyi sizin üçün planlaşdırdıqdan sonra Türkiyəyə səfəriniz baş tutacaq. Türkiyədə hava limanına endiyiniz zaman pulsuz transfer xidmətimizdən yararlanaraq əməliyyatınızın aparılacağı klinikaya transfer olunacaqsınız.
Klinikaya çatdığınız zaman həkim burnunuzun peşəkar fotolarını çəkəcək və əməliyyatın təfərrüatları barədə sizə məlumat verəcək.
Əməliyyatınız üçün klinikaya gedəcəksiniz və əməliyyat bitdikdən sonra əməliyyatla bağlı həkimlə danışıqlar aparacaqsınız. Həkiminiz əməliyyatdan sonrakı proseslər haqqında sizə məlumat verəcək.
Cərrahi əməliyyatınız başa çatdıqdan sonra son yoxlanışlar aparılır və həkiminiz evə qayıda biləcəyiniz qərarına gəldiyi zaman, siz klinikadan hava limanına transfer ediləcəksiniz.
Rinoplastika dünyada ən çox tələb olunan plastik cərrahiyyə əməliyyatlarından biridir. Rinoplastika bir çox hallarda görünüşü yaxşılaşdırmaq üçün istifadə edilsə də, burun funksiyasının azaldığı hallarda da rinoplastika edilə bilər.
Türkiyə rinoplastika əməliyyatlarının ən çox edildiyi ölkələrdən biridir.
Türkiyədə rinoplastika əməliyyatının orta qiyməti 2320 dollardan başlayır və 4500 dollara qədər qalxa bilər.
Avropada rinoplastika əməliyyatının orta qiyməti 6320 dollardır və bu qiymət 14100 dollara qədər qalxa bilər.
Türkiyədə qapalı rinoplastika, açıq rinoplastika və etnik rinoplastika da daxil olmaqla müxtəlif növ rinoplastika əməliyyatları həyata keçirdilir.
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün Türkiyəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Cərrahiyyə əməliyyatınız üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan
Türkiyədə endirimli qiymətlərlə əldə edə biləcəyiniz digər plastik cərrahiyyə əməliyyatları:
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın