+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Daha xoş görünüşlü omba və düz bir qarın əldə etmək istəyənlər BBL və Abdominoplastika əməliyyatı olunmağı düşünür. Bir çox insanı bu iki əməliyyatı eyni anda olunmağın mümkün olub olmadığı maraqlandırır. 


Bu yazımızda eyni anda həm BBL həm də Abdominoplastika əməliyyatı olunub olunmayacağınız barədəki bütün sualları cavablandırmağa çalışacağıq. Eyni zamanda, bədəninizi arzu etdiyiniz görünüşə qovuşdurmaq üçün doğru qərarlar verməyinizə kömək edəcəyik.


Yazımızın sonunda isə həm BBL, həm də Abdominoplastika əməliyyatları üçün niyə Türkiyəni seçməli olduğunuza toxunacağıq. Əməliyyatınız üçün Türkiyəni seçmək sizə sadəcə vaxt baxımından yox, eyni zamanda pul baxımından da qənaət etmə şansı verəcək.


BBL və Abdominoplastika əməliyyatlarını birləşdirmək, hər iki əməliyyatı da eyni gündə etməklə bağlı suallarınızın cavabı üçün məqaləmizi oxumağa davam edin.


BBL Nədir?




BBL əməliyyatı bədənin digər bölgələrindən alınan artıq yağların omba nahiyəsinə transfer edilməsidir. Bu sayədə ombanın daha xoş bir görünüm əldə etməsi hədəflənir. BBL əməliyyatı dünyanın hər yerində qadınlar tərəfindən omba nahiyəsinin ölçüsünü, sıxlığını və görüntüsünü yaxşılaşdırmaq üçün ən ideal üsul olaraq görülür. BBL cərrahiyyəsi sadə bir prosedurdur və əməliyyat orta hesabla 2 saat ərzində tamamlanır.


Abdominoplastika (Qarın Gərmə) Nədir?




Qarın gərmə və ya Abdominoplastika qarın bölgəsindəki istənməyən yağlardan azad olunmaq üçün tətbiq edilən bir cərrahiyyə prosedurudur. Qarın bölgəsində normadan artıq yağ miqdarına sahib olanlar və ya hamiləlikdən sonra qarın bölgəsinin görüntüsünü yaxşılaşdırmaq istəyən qadınlar bu əməliyyata üstünlük verirlər. Abdominoplastika əməliyyatı da eynilə BBL əməliyyatı kimi sadə bir prosedurdur və əməliyyat 2 saat müddətində tamamlanır.


BBL və Abdominoplastika Əməliyyatlarını Eyni Vaxtda Etmək Mümkündür?


BBL və Abdominoplastika (qarın gərmə) əməliyyatlarını birləşdirmək, hər iki əməliyyatı da eyni vaxtda olunmaq tövsiyyə olunmur. Hər iki əməliyyatın eyni vaxtda edilməsi sağalma prosesini çətinləşdirir və sağalma müddətini artırır. Əlavə olaraq, hər iki prosedurun tək bir əməliyyatda edilməsi prosedurların uğurunu azaldır.


Bir çox klinika və plastik cərrah eyni anda həm BBL həm də Qarın Gərmə əməliyyatı etsə də, bu prosedurları ayrı-ayrılıqda əldə etmək daha doğru bir qərar olacaq.


Hər iki əməliyyatı eyni anda etmək sağalma prosesində fiziki çətinliklərlə qarşı-qarşıya qalmağınıza səbəb olacaq. Qarın gərmə əməliyyatından sonra sağalma prosesini tezləşdirmək üçün mütləq şəkildə belinizin üstündə yatmalısınız. Lakin BBL əməliyyatı sonrasında omba nahiyənizə heç bir şəkildə əlavə yük düşməməlidir. Belinizin üstünə yatmaq ombanıza əlavə yük düşməsinə səbəb olacaq və BBL əməliyyatından istədiyiniz nəticəni əldə etməyinizi çətinləşdirəcək.


Əgər hər iki əməliyyatdan da maksimum nəticə əldə etmək istəyirsinizsə, hər əməliyyatı ayrı-ayrılıqda olunmağınızı tövsiyyə edirik. Bu sayədə hər əməliyyatdan ən yaxşı nəticəni əldə edəcək və rahat sağalma dövrü keçirəcəksiniz.


BBL və Abdominoplastika Üçün Uyğun Namizədəm?


Həm BBL həm də Qarın Gərmə əməliyyatı bir çox insan üçün uyğun əməliyyatlardır. Namizədlərdən qatı tələblər gözlənməsə də, əməliyyatın rahat keçməsi üçün müəyyən uyğunluq faktorlarına cavab verməlisiniz. Hər iki əməliyyat üçün əsas şərtlərdən biri, Bədən Kütlə İndeksinizin (BKI)-nin 30-dan yuxarı olmamasıdır. Əgər yüksək çəkiyə sahibsinizsə, həkiminiz əməliyyatdan əvvəl arıqlamağınızı tələb edəcək. Əlavə olaraq, namizədlərdən əməliyyatdan əvvəl tütün və spirtli içki qəbulunu dayandırmaları tələb olunacaq. 


BBL və Qarın Gərmə üçün uyğunluq şərtləri:


  1. Əgər hamiləlik düşünürsünüzsə, hamiləlikdən sonra qarın gərmə və BBL əməliyyatlarınızı etdirməyiniz daha yaxşı olar.

  2. Qarında və ya aşağı qarın nahiyəsində artıq piyləri olan insanlar abdominoplastika və BBL əməliyyatı üçün uyğundur.

  3. Namizədlərin anesteziyaya qarşı hərhansı bir allergik reaksiyası olmamalıdır.

  4. Əməliyyatdan müsbət nəticə əldə etmək üçün qidalanma probleminiz olmamalıdır.

  5. Ümumi piylənmə nisbəti gözləniləndən yüksək olmamalıdır, yüksək piylənmə səviyyəsinə çatanlar üçün bu əməliyyatlar tövsiyyə olunmur.


Türkiyədə BBL və Qarın Gərmə Əməliyyatı ilə Pulunuza və Vaxtınıza Qənaət Edin


BBL və Qarın Gərmə əməliyyatı üçün Türkiyə dünyadaki ən məşhur destinasiyalardan biridir. Türkiyənin hər iki əməliyyat üçün də ən ideal yerlərdən biri olmağının müxtəlif səbəbləri var. İlk səbəb təbii ki, qiymətlərdir. Türkiyədə Qarın Gərmə (Abdominoplastika) və BBL əməliyyatlarının qiyməti 2300 avrodur. Bu qiymət bir çox Avropa ölkələri ilə müqayisədə 50%-60% daha ucuzdur.


Qiymətlərlə yanaşı Türkiyədə tibbi xidmətin keyfiyyəti Avropa standartlarındadır. Bu isə bir çox pasiyentin Türkiyəyə tibbi məqsədli səyahət etməsindəki digər əsas səbəbdir.


Türkiyədə fəaliyyət göstərən klinikalar Avropa standartlarını qarşılayır və pasiyentlərə yüksək keyfiyyətli xidmət təklif edirlər. Türkiyədə fəaliyyət göstərən həkimlərin bir çoxu isə təhsilini Avropa və Amerikada alan, yüksək təcrübəyə sahib həkimlərdir. Bu səbəbdən, Türkiyədə cərrahiyyə əməliyyatlarının uğur nisbəti digər ölkələrlə müqayisədə daha yuxarıdır.


Əgər siz də Türkiyədə BBL və ya Abdominoplastika cərrahiyyəsi əldə etməyi düşünürsünüzsə, o zaman bizə müraciət edə bilərsiniz. A-Medical vasitəçiliyi ilə Türkiyədə müalicə almaqla kampaniyalarımızdan, endirimli qiymətlərimizdən və tibbi turizm üstünlüklərimizdən faydalana bilərsiniz.





Cərrahiyyə əməliyyatınız üçün Türkiyəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Cərrahiyyə əməliyyatınız üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +90 533 423 35 48

Email: [email protected]

Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan

Türkiyədə endirimli qiymətlərlə əldə edə biləcəyiniz digər plastik cərrahiyyə əməliyyatları:

Liposaksiya
Rinoplastika
BBL
Sinə (Döş) Böyütmə Əməliyyatı

Bütün əməliyyatlar və qiymətləri haqqında səhifəmizə keçid edərək məlumat sahibi ola bilərsiniz.

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın