Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xaricdə arıqlama əməliyyatı üçün ən yaxşı və ucuz ölkələri tapmaq vaxt tələb edir. Xaricdə bariatrik cərrahiyyə axtarışında olanlar üçün qiymət nə qədər önəmli olsa da, ölkənin təklif etdiyi tibbi xidmətlərin keyfiyyəti də müəyyənedici amildir. Bu baxımdan həm gediş-gəlişi asan, həm də ucuz və keyfiyyətli ölkə tapmaq çətindir. Bəzi ölkələrdə gözləmə vaxtı çox olur, digərlərində isə ciddi tibbi qaydalar və məhdudiyyətlər. Belə olduqda arıqlama əməliyyatı üçün ən yaxşı və ucuz ölkələri tapmaq insanların gözündə zəhmətli bir fəaliyyətə çevrilir.
Şanslısınız ki, biz 8 ildir tibbi turizm fəaliyyəti göstəririk və ən yaxşı və ən ucuz arıqlama əməliyyatını edə biləcəyiniz ölkələri bilirik.
İlk olaraq, bu gün xaricdə arıqlama əməliyyatının bu qədər populyarlaşmasının iki səbəbi var; (1) ucuzluq və (2) rahatlıq. Həqiqətən də Türkiyə və Macarıstan kimi ölkələrdə çox ucuz qiymətə arıqlama əməliyyatı əldə edə bilərsiniz. Bundan əlavə, bu ölkələr məşhur turizm destinasiyaları olduqları üçün əməliyyatdan sonra turizm gəzintiləri və ya tətil etmək kimi fürsətiniz də olur.
Bütün bu səbəblərə görə bu yazımızda xaricdə arıqlama əməliyyatı üçün ən yaxşı və ən ucuz ölkələr haqqında məlumat vermək istəyirik. Xatırlatmaq istərdik ki, siyahımızda olan ölkələrin hər birində A-Medical vasitəsilə endirimli qiymətlərlə və xüsusi şərtlərlə müalicə ala bilərsiniz.
İnsanların əksəriyyətinin bariatrik cərrahiyyə əməliyyatı üçün evlərinə deyil, xaricdəki klinikalara üstünlük verdiyini bilirdinizmi? Hətta Amerikada bir çox insan arıqlama əməliyyatı üçün Türkiyə klinikalarına üstünlük verir. Bunun səbəbi, bariatrik cərrahiyyə əməliyyatlarının xaricdə daha ucuz və daha əlçatan olmasıdır.
Arıqlama əməliyyatı üçün xarici ölkələri seçməyin əsas üstünlükləri:
Xaricdə arıqlama əməliyyatları daha ucuz başa gəlir.
Daha qısa gözləmə müddətləri.
Müalicə məqsədli səfərinizi tətillə birləşdirmək fürsəti.
Beynəlxalq pasiyentlərə klinikalar tərəfindən göstərilən əlavə xidmətlər.
Tibbi turizm şirkətləri tərəfindən beynəlxalq xəstələrə göstərilən əlavə xidmətlər.
Bütün bu səbəblərdən insanlar arıqlama əməliyyatı üçün xaricdəki ölkələrə üstünlük verirlər.
Bu günə qədər minlərlə insanın xaricdə bariatrik cərrahiyyə əməliyyatı olunmasına vasitəçi olmuşuq. Bir çox klinika və mütəxəssis həkimlərlə işləmişik və bütün bunların nəticəsində pasiyentlərimizin ən yaxşı arıqlama əməliyyatı üçün ölkə seçimlərini yaxından öyrənmişik. Bu yazıda arıqlama əməliyyatı üçün ən yaxşı və ən ucuz ölkələri tapa bilərsiniz. Gəlin başlayaq.
Türkiyə xaricdə arıqlama əməliyyatı axtaranlar üçün cəlbedici seçimlər təklif edir. Ölkənin qabaqcıl klinikaları hər il yüz minlərlə beynəlxalq pasiyentin arıqlama əməliyyatını uğurla həyata keçirir. Bundan əlavə, Türkiyədə qiymətlər digər ölkələrlə müqayisədə 70-75% ucuzdur.
Türkiyədə bariatrik cərrahiyyə üçün seçə biləcəyiniz klinikalar arasında Turkeyana Klinikasını tövsiyə edirik. Turkeyana Klinikası Avropa ölkələrindəki qiymətlərdən 80% daha ucuz gastrik bypass, mədə balonu və mədə kiçiltmə əməliyyatları təklif edir.
Türkiyədə mədə kiçiltmə əməliyyatı qiyməti: Türkiyədə mədə kiçiltmə əməliyyatının orta qiyməti təxminən 3400 dollardır.
Türkiyədə gastrik bypass əməliyyatının qiyməti: Türkiyədə gastrik bypass əməliyyatının qiyməti təxminən 3400 dollardır.
Türkiyədə mini gastrik bypass əməliyyatının qiyməti: Türkiyədə mini gastrik bypass əməliyyatının orta qiyməti təxminən 3400 dollardır.
Türkiyədə mədə bandı əməliyyatının qiyməti: Türkiyədə mədə bandı əməliyyatının orta qiyməti təxminən 3400 dollardır.
Türkiyədə arıqlama əməliyyatı etdirməyin ən böyük üstünlüyü ölkənin ən yüksək reytinqli klinikalarının təklif etdiyi əlavə imkanlardan yararlana bilməyinizdir. Bu imkanlar arasında 5 ulduzlu otellərdə güzəştli şərtlərlə qonaqlama, transfer dəstəyi, tərcüməçinin təmin edilməsi kimi beynəlxalq pasiyentlərə fayda verəcək təkliflər var.
Ümumiyyətlə, Türkiyədə arıqlama əməliyyatı xaricdə bariatrik əməliyyat istəyənlər üçün əsas seçim halına gəlib.
Macarıstan son illərdə ən populyar tibbi turizm yerlərindən biridir. Ölkə diş implantı müalicələri ilə beynəlxalq xəstələrin diqqətini çəksə də, ölkədə ucuz qiymətə başqa keyfiyyətli tibbi prosedurlar mövcuddur. Bunlardan biri də arıqlama əməliyyatıdır.
Macarıstan arıqlama əməliyyatında populyarlığını artıran bir ölkədir. Xüsusilə Avropa ölkələrində müalicə almaq istəyən beynəlxalq pasiyentlərin böyük əksəriyyəti Macarıstanı tövsiyə edir.
Macarıstanda arıqlamaq əməliyyatı istəyən beynəlxalq pasiyentlərə Medicover Xəstəxanasını tövsiyə edirik. Medicover Xəstəxanası Budapeştdə yeni multidissiplinar tibb mərkəzidir. Burada yüksək keyfiyyətli arıqlama əməliyyatı əldə edə bilərsiniz. Macarıstanda bariatrik cərrahiyyə 4000 dollardan başlayır. Qiymətə beynəlxalq pasiyentlər üçün təklif edilən xüsusi xidmətlər daxildir.
Çexiya tibbi turizm sənayesinin inkişaf edən ulduzları sırasındadır. Çexiya ən keyfiyyətli və ucuz arıqlama əməliyyatı edə biləcəyiniz tibbi turizm yerlərindən biridir.
Çexiyada bariatrik əməliyyatlar 5615 dollardan başlayır və qiymət əməliyyatın növünə, klinikaya, istifadə olunacaq avadanlıqlara və həkimə görə dəyişir. Bu qiymət qabaqcıl səhiyyə sistemi olan Avropa ölkələri ilə müqayisədə 55-60% ucuzdur.
Əgər siz Çexiyada bariatrik cərrahiyyə haqqında düşünürsünüzsə, MedRoyal və Surgal Klinikası müraciət ediləcək ünvanlar arasında ola bilər. Hər iki klinika yüksək keyfiyyətli bariatrik cərrahiyyə əməliyyatları təklif edir.
Siyahımıza əlavə edə biləcəyimiz ən yaxşı və ən ucuz bariatrik cərrahiyyə variantlarını təklif edən ölkələrdən biri də Polşadır. Polşada axtardığınız bütün bariatrik əməliyyatları sərfəli qiymət və yüksək keyfiyyətlə əldə edə bilərsiniz. Ölkənin inkişaf etmiş klinikaları büdcənizə uyğun cərrahiyyə əməliyyatları təklif edir və öz ölkənizdən daha rahat, keyfiyyətli və ucuz yolla bariatrik cərrahiyyə əməliyyatı keçirməyə imkan verir.
Polşada bariatrik əməliyyatın qiyməti orta hesabla 7000 dollardan başlayır. Bu qiymət klinikaya, həkimə və seçdiyiniz prosedura görə dəyişir.
Polşada ən yaxşı arıqlama klinikalarını axtarırsınızsa, KCM Clinic Jelenia Gora sizə tövsiyə edə biləcəyimiz klinikalar arasında birinci yerdədir. Tövsiyə edəcəyimiz digər klinika isə KCM Clinic Wroclaw-dır. Hər iki klinika beynəlxalq pasiyentlərə xüsusi xidmətlər təklif edir və yüksək müvəffəqiyyət dərəcəsi ilə arıqlama əməliyyatları təklif edir.
Bariatrik cərrahiyyə əməliyyatı üçün ideal tibbi turizm destinasiyalarından biri də Litvaniyadır. Litvaniya tibbi turizm sahəsində sürətlə inkişaf edən bir ölkədir və ölkənin yüksək keyfiyyətli klinikaları beynəlxalq turistlərə müxtəlif çeşiddə arıqlama əməliyyatları təqdim edir.
Litvaniyada bariatrik cərrahiyyə qiymətləri 6000$-dan başlayır və əməliyyatın tipinə, seçilən klinikaya, həkimə və ölkədə qalış müddətinə görə dəyişir.
Əgər siz keyfiyyətli və ucuz bariatrik cərrahiyyə əməliyyatı olunmaq üçün ölkə axtarışındasınızsa, Litvaniyanı sizə tövsiyyə edə bilərik. Litvaniyada bariatrik cərrahiyyə əməliyyatını keyfiyyətli və ucuz bir şəkildə əldə edə biləcəyiniz klinikalar arasında Kardiolita Hospital və Fi Clinica yer alır.
A-Medical dünyanın ən məşhur tibbi turizm destinasiyalarındaki klinikalarla əməkdaşlıq edir. A-Medical vasitəsilə siz axtardığınız tibbi proseduru sabit qiymətlərdən çox aşağı qiymətə əldə edə bilərsiniz. A-Medical həmçinin xaricdə müalicənizi sıfırdan idarə edir və ən yüksək tibbi turizm təcrübəsi ilə sağlamlığınızı bərpa etməyə kömək edir.
Mobil: (+994 10) 310 93 33
Whatsapp: +90 533 423 35 48
Email: [email protected]
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın