Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Hər il daha çox insan sağlamlıq turizmi vasitəsilə eyni anda həm səyahət edə biləcəklərini, həm də müalicə ala biləcəklərini öyrənir. İnkişaf etmiş ölkələrdə tibbi xidmətlərin qiymətlərinin artması, gün keçdikcə daha çox insanın sağlamlıq turizmini cəlbedici variant kimi görməsinə şərait yaradır.
Müalicə turizmi deyəndə biz ucuz qiymətə keyfiyyətli müalicə almaqdan bəhs edirik. Türkiyə, Azərbaycan və Macarıstan kimi ölkələr həqiqətən də beynəlxalq pasiyentlərə Avropa ölkələri ilə müqayisədə 60%-ə qədər ucuz tibbi xidmətlər təklif edə bilirlər.
Qiymətlərin ucuz olması, bu ölkələrdə göstərilən tibbi xidmətin keyfiyyətində heç bir fərq yaratmır. Məsələn, Türkiyə səhiyyə sahəsində dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib. Azərbaycan hər il on minlərlə beynəlxalq xəstəni diş implantasiyası və təbii müalicə üsulları ilə uğurla müalicə edir. Eyni şəkildə Macarıstan dental implant üzrə hal-hazırda dünyanın ən qabaqcıl ölkələrindən biridir.
Bəs, siyahıda başqa hansı ölkələr var?
Bu yazıda siz tibbi turizm üçün dünyadakı ən ucuz ölkələrin siyahısı və bu ölkərdə göstərilən populyar tibbi xidmətlərlə əlaqəli məlumatları tapa biləcəksiniz. Əgər siz tibbi xidmət üçün xaricə səfər etməyi planlaşdırırsınızsa bu yazı sizin hansı ölkədə ehtiyaclarınıza uyğun və ucuz müalicə tapa biləcəyinizə kömək edəcək.
Tibbi turizm üçün ən yaxşı ölkələri arasında ucuz qiymətə ən yaxşı tibbi xidmətləri təklif edən ölkəni seçmək, tibbi turizm səfəri etməmiş insanlar üçün çətin görünə bilər. Müalicə turizminə geldikdə isə, sadəcə olaraq ölkəni seçmək kifayət etməyə bilər. Siz prosedurunuzu həyata keçirmək istədiyiniz klinikanı seçməli və həmin klinikanın istəklərinizə uyğun müalicələri təklif edib-etmədiyini öyrənməlisiniz. Bu da olduqca çətindir.
Şanslısınız ki, biz A-Medical sağlamlıq turizmi şirkəti olaraq bu yazımızda sizi bütün bu proseslərdən xilas etmək üçün hansı ölkələrdə hansı müalicələrin xarici turistlər tərəfindən tövsiyyə edildiyini də yazacağıq.
Bu yazımızda sizə təqdim etdiyimiz ölkələr ucuz səhiyyə xidmətləri təklif etməklə yanaşı, həm də keyfiyyətli tibbi xidmət göstərir. Yazımızda diqqət yetirdiyimiz məqamlar seçdiyimiz ölkələrin sizə təhlükəsiz, keyfiyyətli və ucuz tibbi xidmətlər göstərməsidir. Bu meyarlara cavab verən ən yaxşı səhiyyə xidmətinə malik ən ucuz ölkələri öyrənmək üçün məqaləmizi oxumağa davam edin.
Həmişə olduğu kimi Türkiyə bu yazımızda da tibbi turizm siyahılarımızın əvvəlində yer alır. Şübhəsiz ki, tibbi turizm dedikdə ağla ilk gələn ölkə Türkiyədir. Bu gün Türkiyə arıqlama əməliyyatı (bariatrik cərrahiyyə), saç əkimi və diş müalicələri üzrə dünyanın ən yaxşı tibbi turizm ölkələrindən birinə çevrilib.
Hər il bir çox A-Medical müştərisi Türkiyənin müasir tibb müəssisələrində yüksək keyfiyyətli müalicə alır və müalicədən sonra onları gözləyən tətil imkanlarına sahib olurlar.
Müalicəniz üçün düzgün və ucuz ölkə axtarırsınızsa, başqa yerə baxmağa ehtiyac yoxdur. Axtardığınız bütün müalicələri sərfəli qiymətlərlə Türkiyənin qabaqcıl klinikalarında tapacağınıza şübhə yoxdur.
Tibbi turizm səfəriniz üçün Türkiyəni üçün düşünürsünüzsə, sizin üçün paylaşdığımız yazımızı oxuyayaraq Türkiyədə müalicə alarkən nələrə diqqət etməli olduğunuzu öyrənə bilərsiniz..
Türkiyə hər il yüz minlərlə xarici vətəndaşın müalicəsini təmin edir. Bu səbəbdən Türkiyə tibbi turizm sahəsində lider ölkələrdən birinə çevrilmişdir.
Türkiyədə fəaliyyət göstərən bir çox klinikalar beynəlxalq etibarlı sertifikatlarla tanınır. Bu, Türkiyə klinikalarının həm xəstə məmnuniyyəti, həm də tibbi xidmətin keyfiyyəti baxımından nə qədər qabaqcıl olduğunu göstərir.
Türkiyə dünyanın turizm incilərindən biridir. Ölkənin çoxsaylı turizm istiqamətləri və geniş mədəniyyəti var.
Türkiyədə klinikaların sayı çox çoxdur. Əgər əvvəllər tibbi turizm üçün səyahət etməmisinizsə, düzgün araşdırma aparmasanız, aşağı səviyyəli klinikalarla qarşılaşa bilərsiniz.
Türkiyə havaların isti olması səbəbilə yay turizmi üçün üstünlük verilən ölkə deyil.
Pasientlərimizin böyük əksəriyyəti Türkiyənin “gözəllik klinikası” kimi tanınan Turkeyana Klinikasında liposaksiya, saç transplantasiyası, plastik cərrahiyyə və rinoplastika kimi cərrahi əməliyyatlar əldə edərək böyük məmnuniyyətlə bizə geri dönüş ediblər.
Turkeyana Klinikasının təcrübəli mütəxəssis həkim heyəti bir yana, klinikanın ab-havası və xəstələrin müalicə prosesi boyunca ən yaxşı xidmət keyfiyyətini əldə etməsi bizi Turkeyana Klinikasını bu məqalənin ən çox tövsiyyə edilən klinikasına çevirməyə sövq edir.
Azərbaycan inkişaf edən stomatoloji sektoru və tibbi xidmətləri, o cümlədən kök hüceyrə terapiyası ilə tanınır. Bundan əlavə, Azərbaycan təbii müalicələri ilə tanınan bir sağlamlıq mərkəzidir. Azərbaycanda çalışan bir çox həkimlər böyük təcrübəyə və biliyə malikdirlər, ona görə də Azərbaycan xaricə müalicə istəyən turistlər üçün ən yaxşı tibbi xidmət göstərən ölkələrdən biri kimi görünür.
Paytaxt Bakı özünəməxsus turizm məkanları və unikal sivilizasiyası ilə turistləri valeh edir. Ölkənin ən yaxşı diş implantı mütəxəssislərinin bəziləri Bakıda çalışır. Eyni zamanda, Bakı turistləri gözəl yaşayış yerləri ilə qarşılayır.
Bakıda tək diş implantlarının qiyməti 425 dollardan başlayır və istifadə olunan materialın keyfiyyətinə görə qiymət dəyişir.
Bakıda inkişaf etmiş tibbi turizm sektoru var. Bakı tibbi xidmətlərin keyfiyyəti, qonaqlama, pasiyent məmnuniyyəti və səyahət təcrübəsi baxımından sizi sevindirəcək.
Dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda tibbi xidmət haqları daha ucuzdur.
Bakının hansı bölgəsinə getməyinizdən asılı olmayaraq, şübhəsiz ki, tarixi abidə və ya muzeylərlə qarşılaşacaqsınız. Bu da bakının nə qədər köklü bir tarixə və zəngin mədəniyyətə sahib olduğunun göstəricisidir.
Azərbaycan dili xarici turistlər üçün çətin dil kimi tanınır. Odur ki, əgər siz Azərbaycan klinikalarından birində müalicə almağı düşünürsünüzsə, seçdiyiniz klinikada ingilis dili dəstəyinin olub-olmadığını mütləq öyrənməlisiniz.
Azərbaycan dünyada IVF müalicəsi üçün ən çox ziyarət edilən ölkələrdən biridir. IVF Center Clinic Azərbaycanda keyfiyyətli ICSI və ECO IVF müalicələrini təklif edir. Bundan əlavə, Azərbaycanda diş implantasiyası, bariatrik cərrahiyyə və plastik cərrahiyyə üzrə yüksək müvəffəqiyyət göstəriciləri olan klinikalar var.
Əgər Azərbaycanda müalicə almağı düşünürsünüzsə, sizin üçün paylaşdığımız yazımızı oxumağınızı tövsiyə edirik.
Qeyd etdiyimiz digər ölkələrdə olduğu kimi Macarıstanda da aşağı qiymətə yüksək keyfiyyətli tibbi turizm xidmətləri tapa bilərsiniz. Avropa ölkələri arasında iqtisadi və mədəni gücü ilə bir çox turistin diqqətini çəkən Macarıstanın səhiyyə sistemi geniş çeşiddə tibbi xidmətlər təqdim edir.
Macarıstanda tibbi xidmətlər arasında ən çox seçilənlərdən biri stomatologiyadır. Macarıstan stomatoloqları yüksək ixtisaslıdırlar və digər ölkələrin qiymətləri ilə müqayisədə daha az qiymətə yüksək keyfiyyətli stomatoloji xidmət göstərmək bacarığı ilə məşhurdurlar.
Macarıstanın köklü sivilizasiyası və gözəl turizm destinasiyaları var. Bu o deməkdir ki, Macarıstana müalicə üçün səfər etdiyiniz zaman siz müalicədən sonra ölkənin zəngin mədəniyyəti ilə tanış ola bilərsiniz.
Macarıstanın bir çox tibb sahələrində, xüsusilə stomatologiyada uğurlu klinikaları var.
Macarıstanda tibbi xidmətlərin qiymətləri digər Avropa ölkələri ilə müqayisədə daha ucuzdur.
Əgər Macarıstanda müalicə almağı düşünürsünüzsə, dil maneəsi ilə üzləşə bilərsiniz. Bu səbəbdən ingilis dili dəstəyi olan klinikalarda müalicə almalısınız. Nəzərinizə çatdıraq ki, Macarıstandakı bir çox klinikalar beynəlxalq pasiyentlərə pulsuz tərcüməçi dəstəyi təklif edir.
Dental implant müalicələri dedikdə ağlımıza ilk gələn ölkələrdən biri Macarıstandır. Avropanın ən uğurlu diş implantlarını təklif edən Macarıstanda qiymətlər münasibdir. Məsələn, Macarıstan klinikalarında bir diş implantı orta hesabla 915 dollara başa gəlir.
Çexiyada tibbi müalicə üstünlükləri arasında yüksək xidmət keyfiyyəti və müxtəlif prosedurlar üçün ən yaxşı təklifləri tapmağa imkan verən münasib qiymətlər daxildir.
Ölkənin paytaxtı Praqada yüksək ixtisaslı tibb mütəxəssisləri tərəfindən idarə olunan çoxsaylı yüksək səviyyəli klinikalar fəaliyyət göstərir. Siz Çexiyada müalicənizi aldıqdan sonra şəhərin zəngin tarixini kəşf etməyə vaxt ayıra bilərsiniz. Avropanın mərkəzində, əlverişli yerdə yerləşən Praqaya bir çox aviaşirkətlər vasitəsilə asanlıqla daxil olmaq mümkündür, bu da onu tibbi turizm üçün ideal məkana çevirir.
Tayland münasib qiymətə yüksək keyfiyyətli tibbi xidmət təklif edən və son illərin ən aktiv tibbi turizm mərkəzinə çevrilib. Taylandda ən ucuz tibbi turizm istiqamətlərindən bəziləri Banqkok, Chiang Mai və Phuketdir. Bu istiqamətlər digərləri arasında kosmetik cərrahiyyə, diş baxımı və ortopediya da daxil olmaqla bir sıra tibbi prosedurlar təklif edir.
Chiang Mai ənənəvi Tayland təbabəti və sağlamlıq mərkəzləri ilə tanınır, Phuket isə kosmetik və plastik cərrahiyyə prosedurları axtaran tibbi turistlər üçün məşhur bir yerdir.
Xorvatiya beynəlxalq pasiyentlərin ən ucuz qiymətə bir çox müxtəlif növ tibbi xidmətlər tapa bildiyi ölkələrdən biridir. Xorvatiyada tibbi turizm qiymətləri Avropa ölkələri ilə müqayisədə demək olar ki, yarı ucuzdur.
Xorvatiyada tibbi turizmin ən mühüm üstünlüklərindən biri ölkənin heyrətamiz təbii gözəlliyi və zəngin mədəni irsidir. Pasiyentlər Xorvatiyanın ecazkar çimərliklərindən, gur yaşıl meşələrindən və tarixi şəhərlərindən yararlana, müalicə məqsədli səfərlərini tətillə birləşdirə bilərlər. Səhiyyə və turizmin bu unikal birləşməsi Xorvatiyanı dünyanın hər yerindən gələn pasiyentlər üçün cəlbedici bir məkana çevirir.
Polşa əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə yüksək keyfiyyətli səhiyyə xidmətləri təklif edən məşhur tibbi turizm destinasiyasıdır. Dünyanın hər yerindən pasiyentlər dişlərin müalicəsi, plastik cərrahiyyə və ortopedik müalicə kimi prosedurlar üçün ölkənin müasir klinika və xəstəxanalarına axın edir.
Varşava, Krakov və Vroslav şəhərləri əla tibb mərkəzləri və zəngin mədəni irsi ilə öyünən Polşada tibbi turistlər üçün ən yaxşı seçimlər sırasındadır. Ziyarətçilər öz sağlamlıq ehtiyaclarını qarşılamaq, eləcə də ölkəni gəzmək, tarixi yerləri, mənzərələri araşdırmaq və ləzzətli Polşa mətbəxini təcrübə etmək üçün Polşanı seçə bilirlər. Rəqabətli qiymətləri və müstəsna səhiyyə standartları ilə Polşa, şübhəsiz ki, sərfəli tibbi turizm üçün ən yaxşı seçimlərdən biridir.
Hindistan estetik əməliyyatlar, ürək cərrahiyyəsi, ortopedik cərrahiyyə və stomatoloji prosedurları ABŞ və Avropa ilə müqayisədə 80%-ə qədər ucuz qiymətlərlə təklif edir. Bu mənada Hindistanın müalicə turizmi üçün ən ucuz ölkə olduğunu demək doğru olar. Hindistan beynəlxalq pasiyentlərə təqdim etdiyi xüsusi imkanlarla ucuz tibbi xidmət əldə etmək istəyənlər üçün üstünlük verilə biləcək ölkələrdən biridir.
Tibbi turizm üçün məşhur bir məkan olan İspaniya beynəlxalq pasiyentlərə sərfəli qiymətə yüksək keyfiyyətli səhiyyə xidmətləri təklif edir. Təcrübəli tibb mütəxəssisləri və ən müasir imkanları ilə tanınan İspaniya estetik cərrahiyyə, diş baxımı və IVF müalicəsi kimi müxtəlif müalicələr axtaran pasiyentləri cəlb edir. İspaniya həm də alternativ tibb və təbii müalicələr üçün tövsiyyə edilən bir ölkədir.
İspaniyanın Barselona, Madrid və Valensiya kimi şəhərləri keyfiyyətli səhiyyə xidmətləri ilə şöhrət qazanıb. Bu şəhərlər çoxsaylı akkreditə olunmuş klinika və xəstəxanalara sahibdir.
Hər il daha çox insan sərfəli qiymətlərlə xaricdə müalicənin və turizm məqsədli səfərin mümkün olduğunu öyrənir.
Lakin tibbi turizmlə ilk dəfə qarşılaşanlar və tibbi ehtiyaclar üçün ən doğru ölkəni tapmaq istəyənlər müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Məsələn, doğru ölkənin seçilməsi, klinikaların tapılması və bu klinikalarla əlaqələrin qurulub ilkin görüşlərin alınması, müəyyən sənədlərin tərcümə edilərək bu klinikalara göndərilməsi və səyahət planlaşdırması. Bütün bunlar tək bir insanın idarə edə bilməyəcəyi qədər kompleks prosseslədir.
A-Medical sağlamlıq turizmi şirkəti olaraq 8 illik təcrübəmizlə sizi bütün bu çətinliklərdən xilas edir və tibbi turizm səyahətinizdə sizə bələdçilik edirik.
Xidmətlərimizi və təqdim etdiyimiz üstünlükləri öyrənmək, istədiyiniz tibbi xidməti öz ölkənizdən də ucuz yerdə almaq və müalicə üçün səfərinizi tətilə çevirmək üçün aşağıdakı əlaqə ünvanları vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Bakı, Azərbaycan
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın