facebook
Orqan nəqli,A-Medical - Türkiyədə Müalicə, xaricdə müalicə və tibbi turizm sahəsində 7 ildən artıq təcrübə ilə Turkiyede və xaricde mualice xidməti göstəririk!

Hal-hazırda orqan transplantasiyası dəyərli insan həyatını xilas etmək üçün tibb tarixində əhəmiyyətli bir mərhələni qeyd edib. Türkiyə isə bu yöndə ən nəzərəçarpan müvəffəqiyyət səviyyəsi və bütün tibb müəssisələrinə ən asan çıxışa sahib olmaqla orqan transplantasiyası sahəsində dünyada liderlik etməkdədir.


Türkiyədə müalicə artıq xəyal deyil, özəl xəstəxanalar və dövlət sektorları orqan transplantasiyasında göstərdikləri inanılmaz müvəffəqiyyət dərəcəsi ilə münasib qiymətə Avropa, Asiya və dünyanın digər qitələrindən əcnəbilərə xidmət təklif edir.
Ölkələrində uyğun qreft tapmayan insanlar yaxınlarının həyatını xilas etmək üçün xaricə səyahət edirlər. Türkiyənin özəl xəstəxanaları isə şəxslərə keyfiyyətli əməliyyat öncəsi və sonrası baxımla təmin edir.


TÜRKİYƏDƏ ORQAN TRANSPLANTOLOGİYASI:

  • Uğurlu böyrək transplantasiyası
  • Uğurlu qaraciyər transplantasiyası.
  • Uğurlu ürək transplantasiyası əməliyyatı.
  • Uğurlu mədəaltı vəzi transplantasiyası əməliyyatı

Türkiyə özəl xəstəxanalarından əldə edilən bilgiyə əsasən, Türkiyədə edilən böyrək transplantasiyası əməliyyatından bir il sonra sağ qalma nisbəti 98%, üç il sonra isə 97,6% təşkil edir. Nəzərinizə çatdıraq ki, ABŞ-da bu nisbət bir ildən sonra 95,1% və üç ildən sonra isə 79,8%-dir.


Türkiyədə orqan donoru olmaq üçün tələblər:

  • Orqan donoru razılıq əsasında canlı insan(ən azı dördüncü dərəcəli qohumdan) və ya razılıq əsasında kliniki olaraq ölmüş şəxs ola bilər.
  • Toxuma rəddi və ya immunoloji reaksiyaların qarşısını almağı prioritet alaraq donor və resipiyent arasında qan qrupu uyğunluğu gözlənir.
  • Donorun yaşı 18-dən yuxarı və 65-dən az olmalıdır.
  • Xroniki xəstəliyi (xərçəng, siroz, vərəm) olan donor sağlamlıq haqqında arayış əldə etməsə orqan bağışlaya bilməz.
  • Bədən kütlə indeksi 35-dən çox olan şəxslər orqan donorluğu üçün uyğun sayılmır.
  • Türkiyə qanunlarına əsasən, Türkiyə vətəndaşları əcnəbilərə orqan donorluğu edə bilmədiyindən xaricdən gələn hər kəs öncədən donora sahib olmalıdır.
 

Türkiyədə orqan transplantı resipiyenti olmaq üçün tələblər:
 

  • Xəstənin yaşı 18-dən yuxarı olmalıdır.
  • Xəstənin bədən kütlə indeksi nəzarət altında olmalıdır.
  • Donor və alıcı arasında qan qrupu uyğun olmalıdır. (yalnız uyğun donorlar donorluq edə bilər).
 

Orqan transplantasiyası əməliyyatı üçün Türkiyəni seçməyə səbəblər:
 


1. Yaxşı orqanizasiya olmuş və disiplinli sistem sayəsində təcili ehtiyac hallarında operativlik göstərdikləri üçün dünya üzrə bir çox xəstə Türkiyəyə təhlükəsiz orqan transplantasiyası əməliyyatı olmaq üçün müraciət edir
2. Ən yaxşı terapevt və cərrahlarla belə ən qısa müddət ərzində görüşlərini təyin edilə bilir ki, bu da  xəstələrin komfortunu artırır.
3. Bir çox xəstəxana orqan transplantasiyası olan xəstələrə qalmaq üçün otellər təklif edir (şirkət tərəfindən təsdiqlənməlidir).
4. Müntəzəm əməliyyatsonrası yoxlanışların aparılması xarici vətəndaşlar üçün Türkiyədə müalicəni ilk seçimlərdən biri edir.
 
Müqayisəli orqan transplantasiyası qiymətləri:
 

Böyrək transplantasiyasının orta qiyməti:
  • Türkiyə: 14000 dollar
  • Almaniya: 82000 dollar
  • İsrail: 80000 dollar
  • ABŞ: 442000 dollar
 
Qaraciyər transplantasiyası üçün orta qiymət:

  • Türkiyə: 65000 dollar
  • İsrail: 170 000 dollar
  • Almaniya: 320 000 dollar

Türkiyədə uğurlu orqan transplantasiyası olunan özəl mərkəzləri:
 
 
Yekun:
 
Orqan transplantasiyası tibb sahəsində olunan ən innovativ kəşf olub, ölüm yatağında olan insanlara həyat bəxş etməklə yanaşı, bir çox xəstənin həyat keyfiyyətini də artırıb.

Türkiyədə orqan transplantasiyalarının müvəffəqiyyət faizi Avropa xəstəxanaları ilə müqayisədə yüksək və büdcəyə uyğundur. Son bir neçə onillikdə Türkiyə xəstəxanalarında orqan transplantasiyası prosesi şəffaf maliyyə sistemi və peşəkar yanaşma ilə pasiyentlərdə inam yaratmışdır.

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın