Tibbi turizm insanların müalicə məqsədilə başqa ölkələrə səfər etməsi deməkdir. Başqa sözlə desək, tibbi turizm, insanların arzuladıqları səhiyyə xidmətlərinin və müalicələrin öz ölkələrində onlara təqdim edilməməsi, müalicə qiymətlərinin həddindən artıq baha olması səbəbilə başqa ölkələrə səfər etməsi deməkdir.
Tibbi turizm özlüyündə bir elm və tədqiqat sahəsi kimi qəbul edilsə də, bu sahənin də bir çox fərqli növü var. Diş turizmi, SPA turizmi, müalicə turizmi və alternativ tibb turizmi kimi müxtəlif turizm növləri hal-hazırda dünyada ən çox tanınan tibbi turizm növkəri arasındadır.
Dental turizm vəya diş turizmi pasiyentlərin diş müalicəsi məqsədilə başqa ölkəyə səyahətini əhatə edən tibbi turizm növüdür. Ölkəmizdə diş implantları, kronlar, körpülər, ortodontik müalicə vəya protezlər üçün xaricə, xüsusilə də Türkiyəyə səfər edənlərin sayı çoxdur. Stomatoloji turizm diş müalicəsində pula qənaət etmək, başqa ölkələr tanımaq və keyfiyyətli müalicə xidməti almaq istəyənlər üçün alternativ bir seçimdir.
“Sağlamlıq turizmi” kimi də tanınan SPA turizmi, zehni, bədəni və ruhu cavanlaşdırmaq üçün bir ölkəyə səyahət etməyi əhatə edən sağlamlıq turizminin bir növüdür. Buraya masajlar, üz baxımı, bədən sarğıları və hidroterapiya kimi müalicələr daxildir. SPA turizmindən gündüz spaları, kurort spaları, mineral bulaqlar və təyinat spaları kimi müxtəlif SPA növləri üçün istifadə etmək olar.
"Tamamlayıcı tibb turizmi" olaraq da bilinən alternativ tibbi turizm, alternativ və ya tamamlayıcı tibb müalicələri almaq üçün bir təyinat yerinə səyahət etməyi əhatə edən bir sağlamlıq turizmi növüdür. Alternativ tibb turizmi, akupunktur, naturopatiya, homeopatiya və ənənəvi tibb təcrübələri kimi müalicələri əhatə edir.
Alternativ sağlamlıq turizmi öz sağlamlığına və rifahına hərtərəfli yanaşma axtaran və öz ölkəsində geniş yayılmayan və ya sığorta ilə əhatə olunmayan müalicələrə müraciət edən insanlar arasında populyardır. Hazırda dünyada tibbi turizm şirkətlərinin bir çoxu bitki mənşəli dərmanlar, Ayurveda və Çin təbabəti kimi geniş xidmətlər təklif edir.
Yaşlı və əlillərin üstünlük verdiyi sağlamlıq turizmi növünə geriatrik turizm adı verilir. Geriatrik turizm xüsusi olaraq yaşlılar üçün nəzərdə tutulub. Yardımçı yaşayış obyektləri (yaşlılar evi, yaşlılar üçün dincəlmə mərkəzləri və s.) reabilitasiya və fiziki terapiya kimi bir çox xidmətlər geriatrik turizm sahəsində göstərilən xidmətlər arasındadır.
Niyə Tibbi Turizmə Üstünlük Verilir?
Sağlamlıq turizmi vəya tibbi turizm yeni bir sahə deyil. Lakin tibbi turizm son illərdə əvvəlkindən çox daha populyar və pasiyentlər tərəfindən üstünlük verilən bir sahə halını alıb. Tibbi turizmin bugünkü gündə bu qədər populyar hala gəlməsində bir çox faktor olsa da, əsas səbəb insanların başqa ölkələrdə müalicə almağı seçmələri və sərfəli qiymətlərdir.
Gəlin sağlamlıq turizminin üstünlüklərinə və bugünkü gündə bu qədər aktual olan bir sahə olmasının səbəblərinə göz ataq.
Tibbi turizmin ən böyük üstünlüklərindən biri də xaricdə müalicə qiymətlərinin sərfəli olmasıdır. Bir çox ölkə xüsusilə də inkişaf etməkdə olan ölkələr, ölkələrində səhiyyə sisteminin inkişafı üçün xüsusi investisiyalar edirlər. Bu da bu ölkələrin xarici pasiyentlərə ucuz qiymətə müalicə xidməti təqdim etməyə fürsət verir.
Tibbi turizmin bir digər üstünlüyü isə, pasiyentlərə öz ölkələrində olmayan tibbi texnologiyalar vasitəsilə müalicə olunmaq imkanı yaratmasıdır. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr öz səhiyyə sistemlərini ildən-ilə maliyyələşdirir, müasir texnologiyaları öz ölkələrinə gətirirlər. Tibbi turizm vasitəsilə xaricdə müalicə almaq istəyən pasiyentlər isə bu ölkələrə gedərək bu texnologiyalardan faydalana bilirlər.
Dünyadaki ölkələrin bir çoxunda səhiyyə sistemləri səbəbilə gözləmə müddətləri həddindən artıq uzun olur. Pasiyentlərin istər həkimlə görüş, istərsə də əməliyyat kimi prosedurlar üçün uzun müddət gözləməsinin qarşısını isə yalnız tibbi turizm xidmətləri ala bilir. Belə ki, bir çox tibbi turizm şirkəti dünyanın fərqli ölkələrindəki klinika və xəstəxanalarla əməkdaşlıq etdiyi üçün gözləmə müddətlərini aradan qaldırmaq və təcili müalicə tələb edən vəziyyətlərdə pasiyentlərə dəstək olmaq mümkün olur.
İnsanların böyük bir qisminin xaricdə müalicə üçün tibbi turizm şirkətləri ilə razılaşmasının səbəbi xaricdə keyfiyyətli səhiyyə xidməti alma istəyidir. İnsanlar öz ölkələrində tapa bilmədikləri səhiyyə xidmətlərini tibbi turizm şirkətlərinin vasitəçiliyi ilə rahatlıqla tapa bilirlər.
Tibbi turizmin son illərdə bu qədər populyar hala gəlməsindəki bir başqa səbəb isə xaricdə göstərilən tibbi xidmətlərin çeşidliliyidir. Belə ki, kompleks xəstəliklərdən əziyyət çəkən pasiyentlər bəzən lazım olan müalicəni öz ölkələrində tapmaqda çətinlik çəkə bilirlər. Bu zaman tibbi turizm şirkətləri pasiyentin xəstəliyinə qarşı ən doğru müalicəni göstərən klinika ilə əlaqəyə keçərək lazım olan müalicə prosedurunu öz öhdəliyinə götürür.
Tibbi turizm sahəsinin bir digər üstünlüyü isə istədiyiniz ölkədə mütəxəssis həkimlər tərəfindən müalicə almaq imkanıdır. Tibbi turizm şirkətləri əlaqədə olduqları klinika və xəstəxanaların ən yaxşı həkimləri ilə rahatlıqla əlaqəı saxlayıb pasiyentlərin mütəxəssis həkimlər tərəfindən müalicə almasını asanlaşdırır.
Tibbi turizmə üstünlük verilməsinə bir başqa səbəb isə pasiyentlərin yeni istiqamətlər kəşf etmək istəyidir. Bir çox sağlamlıq turizmi şirkəti dünyanın fərqli turizm destinasiyalarına tibbi məqsədli turizm fürsəti yaradır. Bu sayədə pasiyentlər getdikləri ölkələrdə həm müalicə olunur, həm də həmin ölkənin mədəni və coğrafi bölgələrini görmək şansı əldə edirlər.
Əlavə olaraq bir çox tibbi turizm bölgəsi bölgəyə gələn pasiyentlər üçün turizm turları və açıq hava fəaliyyətləri həyata keçirdir. Bu fəaliyyətlər tibbi məqsədlə bölgəyə gələn insanların dünya görüşünü artırmaq, həmin bölgə haqqında məlumat sahibi olmalarına imkan yaratmaq və yaxşı təcrübə əldə etmələrini təmin etmək üçün önəmlidir.
Tibbi turizm insanlara müalicələrini tətillə birləşdirməyə imkan yaradır. Belə ki, bir çox insan müalicə üçün xarici ölkəyə səyahət etməyi seçir çünkü onlar tibbi prosedurdan sonra getdikləri yerlərin mədəniyyətlərini və turizm bölgələrini kəşf edə bilirlər.
Türkiyə tibbi turizmdə son illərin ən çox inkişaf göstərən və pasiyentlər tərəfindən ən çox ziyarət edilən ölkəsinə çevrilib. Ölkədə fəaliyyət göstərən müasir xəstəxana və klinikalar, eləcə də ixtisaslı tibb işçiləri və texnologiyalar Türkiyənin tibbi turizm üçün ən çox tövsiyyə edilən ölkəsinə çevrilməsinə imkan yaradıb.
İndiki dövrdə Türkiyə keyfiyyətli səhiyyə xidmətləri, coğrafi mövqeyi, tarixi və turizm bölgələri ilə pasiyentlərin ən çox tövsiyyə etdiyi ölkədir. Saç əkdirmə, estetik və plastik cərrahiyyə, diş müalicələri Türkiyəyə gedən beynəlxalq turistlərin ən çox tövsiyyə etdikləri prosedurlar arasındadır.
Türkiyədə səhiyyə xidmətlərinin qiyməti bir çox inkişaf etmiş ölkələrlə müqayisədə nisbətən aşağıdır. Qiymətlərin sərfəli olması Türkiyənin sağlamlıq turizmi üçün cəlbedici bir yer halına gəlməsinə imkan yaradır. Türkiyədə müalicə qiyməti bir çox Avropa ölkəsi, eləcə də ABŞ və Kanada kimi ölkələrlə müqayisədə 50-70% daha aşağıdır.
Strateji mövqeyi və zəngin mədəni irsi sayəsində Türkiyə dünyanın hər yerindən turistlər üçün məşhur bir destinasiyaya çevrilib. Ölkənin mənzərəli çimərliklərdən tutmuş əzəmətli dağlarına qədər müxtəlif mənzərəsi və tarixi və mədəniyyət abidələri onu yeni yerləri kəşf etmək və fərqli mədəniyyətləri təcrübə etmək istəyən insanlar üçün ideal ölkəyə çevirir.
Bu böyük turizm potensialı qabaqcıl səhiyyə xidmətləri ilə birləşdirildikdə, Türkiyə sağlamlıq turizmi sektorunda daha da diqqətəlayiq bir məkana çevrilir. Ölkədə çoxlu sayda yüksək ixtisaslı tibb işçiləri və qabaqcıl tibbi texnologiya ilə yaxşı inkişaf etmiş səhiyyə sistemi var.
İstanbul Türkiyənin ən böyük şəhəri və səhiyyə turizminin əsas mərkəzidir. Şəhərdə fəaliyyət göstərən klinika və xəstəxanalar plastik cərrahiyyə, dental müalicə və saç əkimi də daxil olmaqla geniş çeşiddə tibbi müalicə xidmətləri təklif edir. İstanbul həm də bir çox prestijli özəl xəstəxana və klinikaların, eləcə də bir neçə ixtisaslaşmış sağlamlıq mərkəzlərinin evidir.
Antalya təbii gözəllikləri, isti iqlimi ilə tanınan və Türkiyədə tibbi turizm sahəsində vacib bir yer tutan şəhərdir. Antalya xərçəng müalicəsi, IVF müalicəsi və fiziki terapiya da daxil olmaqla geniş çeşiddə tibbi müalicə xidmətləri təklif edir. Şəhərdə eyni zamanda termal bulaqlar və reabilitasiya mərkəzləri də daxil olmaqla bir çox inkişaf etmiş klinika yer alır.
İzmir Türkiyədə tibbi turizm ilə maraqlanan müştərilər üçün gün keçdikcə daha çox populyarlıq qazanan bir şəhərdir. Şəhər plastik cərrahiyyə, dental müalicə və saç əkimi də daxil olmaqla bir çox tibbi müalicə xidməti göstərən xəstəxanalara ev sahibliyi edir..
İzmir həm də Kemeraltı Çarşısı, Alsancak və Konak Meydanı kimi bir çox tarixi və mədəni obyektləri ilə zəngin bir mədəniyyətə malikdir. Bu yerlər ziyarətçilərə müalicə alarkən şəhərin unikal mədəniyyətini və ənənələrini təcrübə etməyə imkan verir. Bundan əlavə, şəhərin mülayim iqlimi və təbii gözəlliyi müalicə və istirahət üçün ideal mühit təmin edir.
Türkiyənin Egey sahilində yerləşən kurort şəhəri Bodrum, mənzərəli çimərlikləri, canlı gecə həyatı və dəbdəbəli kurortları ilə tanınan məşhur bir yerdir. Bununla belə, bura təkcə istirahət yeri deyil, həm də sağlamlıq turizmi üçün bir məkandır. Bodrumda fəaliyyət göstərən klinikalar, xərçəng müalicəsi, IVF müalicəsi və fiziki terapiya da daxil olmaqla hərtərəfli tibbi müalicələr təklif edir.
Bundan əlavə, Bodrum unikal müalicə təcrübəsi təqdim edən termal bulaqlar və reabilitasiya mərkəzləri kimi bir çox ixtisaslaşmış sağlamlıq mərkəzlərinə ev sahibliyi edir. Bu mərkəzlər dəri xəstəliklərindən revmatoid artritə qədər müxtəlif sağlamlıq vəziyyətlərini yüngülləşdirmək üçün termal bulaqların təbii mineralla zəngin sularından istifadə edən bir sıra müalicələr təklif edir.
Bundan əlavə, Bodrum zəngin mədəni irsi ilə də tanınır, ziyarətçilər Bodrum qalası və Myndos qapısı kimi şəhərin qədim bölgələrini araşdıra bilərlər. Ziyarətçilər həmçinin muzeyləri, incəsənət qalereyaları və ənənəvi bazarlar vasitəsilə yerli mədəniyyəti kəşf edə bilərlər.
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın