A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Almaniyada ortopedik və travmatoloji müalicə ölkənin səhiyyə sistemində vacib yer tutan tibbi sahələrdən biridir. Almaniyada ortopedik və travmatoloji xəstəliklərin müalicəsi bir çox fərqli ölkədən pasiyentin diqqətini çəkir. Almaniya ortopediya və travmatologiya mümkün olan ən yaxşı müalicə üsullarından və ən son texnologiyalardan faydalanaraq pasiyentlərin sağlamlıqlarının qaytarılmasında böyük rol oynayır.
Almaniyada müalicə olunan ortopedik və travmatoloji xəstəliklər arasında onurğa problemləri, sümük xərçəngi, anadangəlmə anormallıqlar, idman yaralanmaları, çıxıq və qırıqlar yer alır. Eləcə də Almaniyada fizioterapiya ortopedik və travmatoloji xəstəliklərin müalicəsində istifadə olunan müalicə üsullarından biridir.
Almaniya xəstəxanaları son model texnologiyalardan və ən yeni müalicə üsullarından istifadə edir. Ölkənin səhiyyə sistemi dünyanın hər yerindən tanınan xəstəxanalar, peşekar cərrah və həkimlər və klinikalar ilə gücləndirilir.
A Medical şirkəti olaraq biz Almaniyada ortopedik travmatoloji müalicə və eləcə də Almaniyada fizioterapiya müalicəsi almaq istəyən hərkəsin arzusunu güzəştli şərtlər və müəyyən üstünlüklər ilə reallaşdırırıq.
Almaniya dünyada travmatoloji və ortopedik xəstəliklərin müalicəsində, eləcə də ortopedik travmatoloji əməliyyatlarda təcrübəli həkim heyəti və inkişaf etmiş səhiyyəsi ilə lider mövqeyindədir.
Almaniya səhiyyə sistemi ən kompleks onurğa problemlərini ən sadə və minimal üsullarla həyata keçirdir.
Almaniya uşaq serebral iflici müalicəsi üzrə dünyada lider mövqeyindədir. Dünyada müalicəsi ən çətin olan xəstəliklərdən biri olan uşaq serebral iflici Alman həkimlər, ortoped travmatoloqlar və cərrahlar tərəfindən müalicə edilə bilir. Almaniyada həyata keçirilən uşaq serebral iflici əməliyyatı dünyadakı ən effektiv əməliyyatlardan biridir.
Almaniyada sümük, əzələ, sinir sistemi, qığırdaqlar, oynaqlar və onurğa ilə bağlı meydana gələn bütün ortopedik və travmatoloji xəstəliklərin müalicəsi həyata keçirdilir. Almaniya xəstəxanalarında həyata keçirilən ortopedik travmatoloji əməliyyatlardan və müalicələrdən bəziləri aşağıdakılardır:
Artrit və revmatik xəstəliklər
Sümüklərin və oynaqlarda sınıqlar
Sümüklərin və oynaqların anadangəlmə deformasiyaları
Degenerativ xəstəliklər
Onurğa xəstəlikləri və xəsarətləri (vertebral yırtıqlar, skolyoz, onurğa kanalının stenozu, onurğanın sınıqları, onurğa beyninin zədələnməsi);
Çiyin oynağının xəstəlikləri və xəsarətləri (artrit, bursit, yapışqan kapsulit, dislokasiya, sıxışma sindromu, çiyin rotator manşetinin yırtığı);
Əldə meydana gələn xəstəliklər və xəsarətlər (karpal tunel sindromu, ganglion kisti, kompleks sınıqlar);
Dizdə xəstəliklər və xəsarətlər (qığırdaq və menisküsün zədələnməsi, patellanın dislokasiyası, Osgood-Schlatter xəstəliyi, tendonit);
Kalça ekleminin xəstəlikləri və xəsarətləri (omba sınığı, bud sümüyü başının aseptik nekrozu, romatoid artrit, tendinit, bursit);
Ayaq və ayaq biləyinin xəstəlikləri və xəsarətləri
Sümük-əzələ sisteminin şişləri
Ortopedik və Travmatoloji müalicə Almaniyada doğru diaqnoz əsasında planlaşdırılaraq həyata keçirilir. Pasiyent peşekar ortoped travmatoloq tərəfindən aşağıdakı formada müayinə olunur:
Pasiyentin klinik müayinəsi həyata keçirilir. Bu zaman həkim əzələlərin, oynaq və qığırdaqların vəziyyəti barədə məlumat sahibi olur. Pasiyentin hərəkət qabiliyyəti qiymətləndirilir.
Rentgen vasitəsilə pasiyentin sümük toxumalarında və qığırdaqlarında hərhansı bir dəyişikliyin olub olmadığı müəyyən edilir.
KT (kompüter tomoqrafiya) və MRI (maqnit rezonans görüntüləmə) vasitəsilə pasiyentin sümük strukturundakı dəyişikliklər müəyyən edilir.
Almaniya xəstəxanaları ortopedik travmatoloji əməliyyatların uğurlu bir şəkildə həyata keçirilməsi üçün bir çox müalicə üsulundan istifadə edirlər. Ən doğru müalicə üsulu peşekar ortoped travmatoloq həkimlər tərəfindən müəyyən edilir. Almaniyada ortopedik travmatoloji əməliyyat hər zaman xəstəliklərin kökdən aradan qaldırılması üçün ən uğurlu üsullardan biridir. Lakin pasiyentin əməliyyatsız üsullarla müalicəsi hər zaman Alman həkimlər tərəfindən ilk hədəf olaraq qalır.
Almaniya səhiyyəsi orotpedik travmatoloji problemlərin həllində öz müalicə üsullarını inkişaf etdirib. Almaniya tərəfindən təkmilləşdirilən və artıq dünyanın bir çox ölkəsi tərəfindən mənimsənən müalicə üsulları hazırda hər növ ortopedik travmatoloji müalicədə istifadə oluna bilir.
Almaniyada Ortopedik və Travmatoloji müalicə zamanı istifadə olunan müalicə üsulları:
Dayaq-hərəkət sistemi xəstəliklərinin və zədələrinin müalicəsi
Oynaqların endoprotezləşdirilməsi
Artroskopiya vasitəsilə cərrahiyyə
Ön bağların yenidən
Şişlərin və sümük metastazlarının cərrahiyyə yolu ilə çıxardılması
Onurğanın birləşməsi
Laminektomiya
İntervertebral yırtıqların müalicəsi
İntervertebral disklərin dəyişdirilməsi
Onurğa stenozunun cərrahi müalicəsi
Almaniyada hal-hazırda ən çox tətbiq edilən və ən uğurlu nəticə alınan ən yaxşı ortopedik müalicələr aşağıdakılardır.
Diz protezi əməliyyatı vəya diz artroplastisiyası dizdə meydana gələn problemlərlə bağlı olaraq yaranan diz ağrıları və əlavə travmaların aradan qaldırılması üçün istifadə olunan cərrahiyyə metodudur. Diz protezi əməliyyatı zamanı zədələnmiş və artıq işlək vəziyyətdə olmayan diz oynağı robotik cərrahiyyə üsulu ilə çıxardılır və yeni diz protezi ilə əvəz edilir.
Bud-çanaq oynağı displaziyası vəya eləcə bud oynağı displaziyası müalicələrə cavab verməyəcək dərəcədə xəsarət alan bud oynağının dəyişdirilməsi üçün həyata keçirilən əməliyyatdır. Almaniyada ortopedik və travmatoloji müalicə sahəsində 80 ildən artıqdır ki, bu əməliyyat həyata keçirdilir. İndiki dövrdə robotik cərrahiyyə istifadəsi ilə pasiyentlərin bud vəya çanaq oynaqlarının dəyişdirilməsi mümkündür.
Sümük xərçəngi sümük zəifliyinə səbəb ola bilən ən ciddi xəstəliklərdən biridir. Sümük xərçəngi zamanı sümükdə meydana gələn şişlər metastaza səbəbiyyət verərək xərçəngin digər orqanlara da yayılmasına şərait yaradır. Ortopedik şişlər xüsusi bir xərçəng növü olmamaqla birlikdə, doğru bir şəkildə müalicə olunmadığı zaman pasiyentin vəziyyətini pisləşdirərək xərçəngə səbəb ola bilər. Almaniyada ortopediya şöbələrində sümükdə meydana gələn şişlərin müalicəsi həyata keçirilir. Rentgen, KT və MRI ilə diaqnoz qoyulduqdan sonra sümükdəki şişlərin çıxarılması vəya sümüyün bütün hissəsinin çıxarılıb yenisi ilə dəyişdirilməsi həyata keçirdilir.
Almaniyada fizioterapiya ortopedik travmatoloji müalicədən öncə, müalicə müddətində və müalicədən sonra həyata keçirilə bilir. Fizioterapiya müalicəsi pasiyentin hərəkət qabiliyyətinin yaxşılaşdırılması və sağalma prosesinin sürətləndirilməsində böyük rol oynayır.
Schmieder klinikası 1950-ci ildən bugünə qədər Almaniyanın Allenshbach, Heidelberg, Gailingen, Konstanz, Gerlingen və Stuttgart şəhərlərində fəaliyyət göstərən dünyanın ən qabaqcıl tibbi klinikalarından biridir. Klinika hər il dünyanın bir çox bölgəsindən on minlərlə pasiyent qəbul edir. Klinikanın hazırda 2.200-dən artıq peşekar həkim heyəti mövcuddur. Klinika son texnologiyalar və ən modern müalicə üsulları ilə xidmət göstərir.
A-Medical tibbi turizm şirkəti Almaniyanın qabaqcıl Ortopediya və Travmatologiya klinikaları ilə əməkdaşlıq içərisindədir. Almaniyada ortopedik və travmatoloji müalicə almaq istəyənlər A-Medical vasitəçiliyi ilə rahatlıqla Almaniyada müalicə ala bilər.
A-Medical vasitəçiliyi ilə Almaniyada ortopedik və travmatoloji müalicə almağın üstünlükləri:
Almaniyaya gediş və qayıdış proseslərinin asanlaşdırılması
Almaniyada əstəxana və klinika seçimi
Almaniya xəstəxanalarından randevu alınması
Güzəştli qiymətlərlə müalicə
Dərmanların endirimlə alınması
Ödənişsiz tərcüməçi xidməti
Müalicə zamanı davamlı qayğı
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın