Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
İsrail xəstəxanalarında fəaliyyət göstərən Ortopediya və Travmatologiya bölümləri dünyanın qabaqcıl texnologiyalarına və müalicə üsullarına sahibdirlər. Peşekar həkim heyəti insan bədənində yer alan sümük sistemində meydana gələ biləcək zədələnmələr və xəstəliklər üzrə təcrübə sahibidirlər. İsrail xəstəxanaları ortopedik və travmatoloji xəstəliklərin diaqnozu zamanı bir sıra texnologiyalardan istifadə edirlər.
Elektromioqrafiya (EMQ)
Rentgen
Maqnit Rezonans Tomoqrafiya (MRT)
Qan analizi
Sümük analizi
Kompüter tomoqrafiya (KT)
Ultrasəs analizi
İsraildə ortopedik xəstəliklərin diaqnozu həyata keçdikdən sonra peşekar ortoped travmatoloqlar pasiyentin xəstəliyinə və probleminə uyğun doğru müalicə üsulunu seçərək müalicə planı hazırlayırlar. İsraildə ortopedik və travmatoloji müalicə zamanı aşağıdakı müalicələrdən istifadə edilir:
Artroskopiya müalicəsi
Minimal invaziv cərrahiyyə
Koksartroz müalicəsi
Bel və boyun yırtıqları əməliyyatı
Diz protezi əməliyyatı
Kifoz müalicəsi
Menisküs müalicəsi
Boyun diseksiyası müalicəsi
Skolyoz müalicəsi
Spinal stenoz əməliyyatı
Lomber spondiloz müalicəsi
Osteorit müalicəsi əl və barmaq cərrahiyyəsi
İsraildə həyata keçirilən ortopedik travmatoloji müalicələrlə yanaşı müalicədən sonra fizioterapiya və əlavə dəstək müalicələri ilə pasiyentlərin hərəkət qabiliyyətlərinin yaxşılaşdırılması təmin edilir.
İsraildə fizioterapiya pasiyentlərin hərəkət qabiliyyətlərinin gücləndirilməsi, sümük gücünün artırılması, pasiyentin oynaq və əzələ ağrılarının aradan qaldırılması eyni zamanda pasiyentin gündəlik həyata sürətli bir şəkildə qayıtması üçün həyata keçirilən müalicə üsuludur.
İsraildə fizioterapiya müalicəsi zamanı peşekar fizioterapiya həkimləri əməliyyatdan əvvəl, əməliyyat zamanı vəya əməliyyatdan sonra meydana gələn hərəkət qabiliyyəti məhdudiyyətlərini aradan qaldırmaq üçün minimal fəaliyyətlərlə pasiyentin əzələlərini və sümüklərini gücləndirməyə çalışırlar. Pasiyentin hərəkət qabiliyyətini geri qazanması üçün vacib olan bu müalicə üsulunun müddəti bəzi hallarda bir neçə həftə, bəzən isə aylar çəkə bilər. Vaxtında müalicə olunan pasiyentlərdə müalicənin müddəti gec müdaxilə olunan pasiyentlərə nisbətən daha qısa çəkməkdədir.
İsraildə fəaliyyət göstərən fizioterapiya mərkəzləri ortopedik və travmatoloji xəstəliklərə sahib olan bir çox pasiyentin cərrahi olmayan üsullarla müalicəsini həyata keçirə bilir.
Ortopedik və travmatoloji xəstəliklərin böyük bir hissəsini idman qəzaları, qırıq və çıxıqlar eləcə də sümük əyrilikləri təşkil edir. İsraildə ortopediya və travmatologiya müalicəsi xidməti göstərən xəstəxanalar adı çəkilən xəstəliklərlə yanaşı daha mürəkkəb problemlərin aradan qaldırılması üçün bir sıra müalicə və əməliyyat növündən istifadə edə bilirlər. Ən mürəkkəb qırıqlardan ən çətin sümük əyriliklərinin müalicəsinə qədər hər növ ortopedik və travmatoloji xəstəliyin müalicəsində İsrail xəstəxanaları qlobal miqyasda tanınan şöhrətə malikdir.
İsraildə istifadə olunan cərrahiyyə prosedurları:
Ayaq və bilək əməliyyatları
Omba və diz sınığı əməliyyatı
Əzələ bağları əməliyyatı
Çiyin, omba, diz oynaqlarının əməliyyatı
Robotik protez əməliyyatı
Diz protezi əməliyyatı
Yarım diz protezi əməliyyatı
Ortopedik onkologiya əməliyyatı
İsrail səhiyyə sistemi son illərin ən çox və ən sürətli inkişaf edən səhiyyə sistemləri arasındadır. Bununla birlikdə, İsrail səhiyyəsi dünyanın bir çox ölkəsindən pasiyent qəbulunu asanlaşdırır və hərkəsin ölkədəki xəstəxanalarda müalicə almasını təşvik edir.
İsraildə müalicə almaq üçün səbəblər:
Təcrübəli həkimlər tərəfindən doğru diaqnoz qoyulması
Xəstəliyin müalicəsi üçün ən müasir müalicə metodlarının öyrənilməsi
Ortopedik və travmatoloji xəstəliklərin meydana gəlməməsi üçün əvvəlcədən check-up və önləyici müalicə
Ortopediya və travmatologiya sahəsi üzrə peşekar həkimlərlə əlaqə qurulması
Ortopedik onkologiya xəstəliklərinin erkən diaqnozunun qoyulması və müalicə olunması
Ən son texnologiyalar vasitəsilə müalicə olunmaq
Yaralanmalardan vəya müalicələrdən sonra reabilitasiya
Fizioterapiya müalicəsi
İsraildə ortopedik və travmatoloji müalicə almaq istəyən hərkəsin bütün müalicə prosedurlarını tək başına həyata keçirməsi çətindir. Bunun bir çox səbəbi ola bilər. İsraildə ortopedik və travmatoloji müalicə üçün meydana gələ biləcək çətinliklər aşağıdakılardır:
Doğru klinika və xəstəxananın müəyyən olunması
Klinika və xəstəxanalarla əlaqələrin qurulması
Sənədlərin hazırlanıb tərcümə elətdirilməsi
Sənədlərin İsrail xəstəxanalarına və klinikalarına göndərilməsi
Lazımi müalicə prosedurunun müəyyənləşdirilib xərclərin planlaşdırılması
Viza əldə etmək
Gediş və qayıdış prosedurlarının planlaşdırılması
Tərcüməçi ilə təmin olunmaq
Gördüyünüz kimi, İsraildə müalicə almaq dedikdə qarşılamalı olduğunuz və vaxtınızın böyük bir hissəsini ala biləcək çətinliklərdən bəziləri yuxarıdakılardır. Tək başına İsraildə ortopedik və travmatoloji müalicənizi planlamaq çətindir. İsraildə olduğunuz müddət boyunca meydana gələ biləcək problemləri müəyyən edib onları aradan qaldırmaq isə çətindir. Unutmamaq lazımdır ki, İsraildə müalicənizi planlaşdırdıqdan sonra həkiminizi dəyişdirmək vəya əlavə müayinə və müalicələr əldə etmək kimi hallar baş verə bilər. Bütün bunların hamısı tək başına planlaşdırılmayacaq qədər çətin prosedurlardır.
Bu səbəbdən, A-Medical tibbi turizm şirkəti olaraq yerli və xarici vətəndaşların müayinə və müalicə məqsədli İsrailə səfərlərini təşkil edərək pasiyentlərin sadəcə öz sağlamlıqlarına vaxt ayırmalarına kömək edirik.
A-Medical tibbi turizm şirkəti İsraildə ortopedik və travmatoloji müalicə almaq istəyən pasiyentlər üçün lazım olan bütün prosedurları həll etməklə yanaşı daha ucuz qiymətə və daha asan müalicəni təmin edir. Tibbi turizm sahəsində 7 ildən artıq təcrübəmizlə İsraildəki ən yaxşı ortopediya və travmatologiya klinikaları ilə əməkdaşlıq edir, pasiyentlərimizin bu klinikalarda müalicə almalarını həyata keçiririk.
A-Medical tibbi turizm şirkəti olaraq İsraildə ortopedik və travmatoloji müalicə almaq istəyən pasiyentlər üçün tibbi səyahətlərin təşkili, sənədlərin tərcüməsi, pasiyentlərin xəstəliyinin müalicəsinə ən uyğun klinika və xəstəxanalar ilə əlaqələrin qurulması, sənədlərin İsrail xəstəxanalarına göndərilməsi, pasiyentin İsraildə müalicəsinin təmin olunması və əlavə bir çox güzəştin yerində təmin olunmasını həyata keçiririk.
A-Medical vasitəsi ilə İsraildə müalicə zamanı əldə edəcəyiniz üstünlüklər:
Xəstəliyin müalicəsi üçün doğru klinika və xəstəxanaların tapılması
Xəstəxana və həkimlərlə əlaqə qurulması
Müalicə qiymətinin qısa zamanda öyrənilməsi
Sənədlərin tərcüməsi və göndərilməsi
Müalicənin planlaşdırılması
Tibbi səfərin təşkili
Viza dəstəyi
Xəstəxanaya transfer xidməti
Tərcüməçi ilə təmin olunma
İsraildə ortopedik və travmatoloji müalicənin həyata keçirilməsi
Əlavə dərman və müalicə vasitələrinin ucuz qiymətə alınması
Müalicə proseduru zamanı daimi qayğı
Müalicədən sonra vətənə qayıdışın təmin olunması
İsrailin ən yaxşı ortopedik travmatoloji və reabilitasiya xəstəxanası olaraq tanınan Loewenstein xəstəxanası həm böyüklüyü həm də müalicə xidmətlərinin çeşidliliyi etibarilə dünyanın ən böyük reabilitasiya mərkəzlərindən biri olaraq görülür. Xəstəxananın həkim heyətini reabilitasiya, ortopediya və travmatologiya sahəsində qlobal miqyasda tanınan həkimlər təşkil edir. Xəstəxana dünyada onurğa problemlərinin müalicəsi ilə bağlı ən müasir müalicə üsullarının tətbiqini həyata keçirdiyi üçün populyarlıq əldə edib.
Loewenstein xəstəxanası ən mürəkkəb hərəkət məhdudiyyətlərini belə aradan qaldırmaq üçün mürəkkəb müalicə prosedurları, peşekar həkim heyəti, 300 otaqdan ibarət modern xəstəxana və son texnologiya müayinə və müalicə cihazları ilə xidmət göstərməkdədir.
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın