A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Ortopediya və travmotologiya sümük, əzələ və oynaq sağlamlığı ilə maraqlanan cərrahiyyə sahəsidir. Travmotoloji və ortopedik əməliyyatları icra edən həkimə ortoped cərrah deyilir. Travmotoloji və ortopedik əməliyyat zamanı pasiyentin oynaq əzələ sistemi xəstəliklərinin düzəldilməsi ilə yanaşı eyni zamanda bədəndə yer alan sümüklərin duruşunu da düzəltməyi hədəflənir.
Ortopedik və travmotoloji xəstəliklər üzrə həkimlər tərəfindən tətbiq olunan müalicələr hər zaman fizioterapiya ilə dəstəklənir. Fizioterapiya müəyyən sümük və əzələ problemləri olan pasiyentərin hərəkət qabiliyyətinin yaxşılaşdırılması üçün tətbiq olunan müalicə növüdür.
Ortopediya və Travmotologiya üzrə Türkiyə xəstəxanaları böyük təcrübəyə və texnologiyaya sahibdir. Türkiyədə ortopedik və travmotoloji müalicə zamanı xəstəxanalar pasiyentlərin bədən, əzələ, sümük və oynaq problemlərini travmotologiya və ortopediya şöbəsində həyata keçirirlər. Türkiyədə ortopedik və travmotoloji müalicələr fizioterapiya və reabilitasiya ilə dəstəklənir.
Türkiyədə ortopediya və travmotologiya şöbələri öz içində bir çox fərqli sahəyə ayrılıb. Ümumi olaraq götürsək, Türkiyədə ortopedik və travmotoloji xəstəliklərin müalicəsi üçün aşağıdakı müalicə üsulları həyata keçirilir:
Artroskopiya ilə açıq diz cərrahiyyəsi
Diz bağ və menisküs cərrahiyyəsi
Menisküs transplantasiyası (Menisküs nəqli)
Çoxlu bağ xəsarəti
İrəli qığırdaq yeniləmə texnologiyaları ilə müalicələr
Patella çıkıkları üçün sümük və yumşaq toxuma cərrahiyyəsi
Düzəldici sümük əməliyyatları
Təkrarlayan çiyin çıxıqları
Çiyin ətrafı əzələ və tendon yırtıqları
Donmuş çiyin
Türkiyədə Skolyoz əməliyyatı
Degenerativ onurğa xəstəlikləri və sinir tıxacları
Onurğa qırıq və şişləri
Təzə qırıqlar
Əzələ tendon və yumşaq toxuma xəsarətləri
Doğru birləşməyən sümüklərin cərrahiyyəsi
Sümük və oynaq infeksiyaları
Baş barmaqda sümük pozuqluqları
Ayaq şəkil pozuqluqları
Düzdaban xəstəliyi
Ayaq sinir tıxacları
Yaxşı və pis xasiyyətli yumşaq toxuma şişlərinin cərrahiyyəsi
Yaxşı və pis xasiyyətli sümük şişlərinin cərrahiyyəsi
Qığırdaq yeniləmə cərrahiyyəsi
Sümük və yumşaq toxuma sıkışmalarının müalicəsi
Arxa ayaq endoskopiyası
Labrum cərrahiyyəsi
Diz protezləri
Tam ve qismi protezler
Bud protezləri
Çiyin protezləri
Ayaq protezləri
Boşalmış / qırılmış və ya yoluxmuş protezlərin cərrahiyələri
Bud və diz duzlaşması müalicələri
Gec qalınmış bud çıxığı müalicəsində düzəldici sümük əməliyyatları
Bud çıxıqları
Anadangəlmə meydana gələn sümük problemləri
Qol / qıç / onurğa anomaliyaları
Sümük uzadılması əməliyyatları
Sümük əyriliyi və qısalığı əməliyyatları
Əl sinir tıxacları
Karpal tunel sindromu müalicəsi
Dupuytren xəstəliyi
Baş barmaq kalsifikasiyası cərrahiyyəsi
İdman Yaralanmaları və İdmançı Sağlamlığı
Türkiyə xəstəxanaları Ortopedik və Travmotoloji xəstəliklərin müalicəsi öncəsində doğru diaqnozun qoyulması müalicəyə başlamaq üçün böyük önəm daşıyır. Türkiyədə ortopediya və travmotologiya xəstəliklərinin diaqnozunda bir çox fərqli diaqnoz üsullarından istifadə edilir. Peşekar ortoped və travmotoloq həkimlər doğru diaqnozu qoyduqdan sonra mövcud olan xəstəliyin müalicəsi üçün müalicə planını hazırlayırlar.
Türkiyədə rentgen ilə travmotoloji və ortopediya xəstəliklərinin müəyyən olunması və doğru diaqnozun qoyulması uzun illərdir istifadə olunan metodlar arasındadır. Bədənin içindəki əzələlərin, sümüklərin və toxumaların müşahidə edilməsi üçün istifadə edilən rentgen metodu hərhansı bir ağrıya səbəb olmur. Demək olar ki, bütün ortopedik və travmotoloji xəstəliklərdə rentgen istifadəsi mövcuddur.
Türkiyə xəstəxanalarında müalicə almaq istəyənlərin rentgen nəticələri Türkiyə xəstəxanaları Travmotologiya və Ortopediya şöbəsində işləyən peşekar həkimlər tərəfindən analizdən keçirildikdən sonra hansı müalicə metodunun istifadə olunmasının uyğun olduğu həkimlər tərəfindən pasiyentə çatdırılır.
Türkiyədə ortopedik və travmotoloji xəstəliklərin müəyyən olunması zamanı ən çox istifadə edilən diaqnoz üsullarından biri də kompüter tomoqrafiyasıdır. Radiologiya şöbəsi tərəfindən istifadə edilən bu üsul ilə bədəndə yer alan bütün yumşaq toxumaların, orqanların və sümüklərin görülməsi mümkündür. Rentgendən fərqli olaraq kompüter tomoqrafiyası nəticələri 3D formatında olduğu üçün həkimlərin doğru diaqnozu qoyması daha da asanlaşır.
Bədəndəki sümük quruluşunu və yumşaq toxumaları görmək üçün istifadə edilən ən effektiv diaqnoz üsulu MRI-dir. MRI ilə ortopedik və travmotoloji xəstəliklərin müəyyən olunması olduqca asandır. Türkiyədə MR müayinəsi ilə bədəndəki istənilən bölgənin analizi həyata keçirilə bilər.
Türkiyədə ortopediya və travmotologiya müalicəsi zamanı tətbiq edilən müalicə metodları cərrahiyyə və qeyri-cərrahiyyə olmaqla iki hissəyə bölünür. Ortopedik və travmotoloji xəstəliklərin fizioterapiya, istirahət və dərman müalicəsi ilə aradan qaldırıla bilməsi mümkün olduğu zaman ortoped həkim əməliyyatı ərtələyə vəya ümumiyyətlə əməliyyata ehtiyac olmadığına qərar verə bilər. Əməliyyata ehtiyac olmayan vəziyyətlərdə sümük iliyi nəqli, fizioterapiya, dərman injeksiyası, fizioterapiya və minimal idman hərəkətləri ilə xəstənin problemi aradan qaldırılır.
Ortopedik və travmotoloji xəstəliklərin müalicəsi üçün qeyri-cərrahiyyə üsulları istənilən nəticəni vermədiyi zaman cərrahi üsullarla xəstəliklərin müalicəsi həyata keçirilir. Xəstə üçün hansı növ ortopedik və travmatoloji cərrahiyyə üsulunun uyğun olduğuna ortoped və cərrah həkimlər qərar verir.
Ortopediya və travmatologiya xəstəliklərinin müalicəsində istifadə olunan cərrahiyyə üsulları aşağıdakılardır:
Türkiyədə artroskopiya cərrahiyyəsi fiber optik cihazlardan faydalanaraq oynaq və qığırdaq xəstəliklərinin müalicə olunmasında istifadə olunur. Ortopedik və travmatoloji xəstəliklərin müalicəsi zamanı ortoped həkim tərəfindən istifadə olunan artroskopiya cərrahiyyəsi xəstənin dərisində kiçik kəsiklərin atılması ilə qısa müddətdə az ağrı ilə həyata keçirilir. Türkiyədə artroskopiya cərrahiyyəsi ortopedik və travmotatoloji xəstəliklərin müalicəsində istifadə olunan və uğurlu nəticələr əldə olunan cərrahiyyə üsuludur.
Türkiyədə artroskopiya cərrahiyyəsi bir saatlıq bir müdaxilədir. Bir saatlıq cərrahi müalicədən sonra xəstələr eyni gün ərzində evlərinə qayıda bilərlər. Peşekar ortoped travmatoloq həkimlər tərəfindən həyata keçirilən artroskopiya cərrahiyyəsindən sonra xəstələr üç gün içində gündəlik həyatlarına qayıda bilirlər. Türkiyədə artroskopiya cərrahiyyəsi ilə çiyin, əl, diz, ayaq biləyi problemlərinin müalicəsi həyata keçirilir.
İdman travmatologiyası idman əsnasında baş verən yaralanmaların müalicəsi ilə maraqlanan tibbi sahədir. Türkiyədə idman travmatologiyası ilə məşğul olan peşekar ortoped travmatoloq həkimlər idmanla bağlı yaranan xəsarətlərin və xəstəliklərin müayinəsini və müalicəsini həyata keçirirlər.
Türkiyədə ortopedik və travmatoloji cərrahiyyə zamanı idman əsnasında yaranan çıxıq, qırıq, yaralanma və xəsarətlərin müalicəsi həm cərrahiyyə həm də qeyri-cərrahiyyə üsulu ilə həyata keçirilir.
Ayaq uzunluğu bərabərsizliyi və boy uzadılması ortopediya və travmatologiya həkimləri tərəfindən həyata keçirilir. Ayaqlar arasındakı boy uzunluğunun bərabər olmaması, əyri ayaqlar və ayaq sümüklərindəki problemlər cərrahiyyə və qeyri-cərrahiyyə üsulları ilə müalicə olunur. Eyni zamanda qısa boyluluq və anadan gəlmə sümük problemləri də peşekar ortoped travmatoloqlar tərəfindən müalicə olunmaqdadır.
Türkiyədə ortopedik və travmatoloji əməliyyatlar zamanı ən çox istifadə olunan cərrahiyyə üsulu mikrocərrahiyyədir. Mikrocərrahiyyə üsulu çox incə olan sinir liflərinin müalicəsində istifadə olunur. Peşekar ortoped travmatoloq həkimlər tərəfindən həyata keçirilən mikrocərrahiyyə əməliyyatı ilə insan bədənində meydana gələn sinir və damar problemləri, toxuma zədələri, əl, qol, ayaq və barmaq qopması problemləri qısa zamanda müalicə olunur.
Diz cərrahiyyəsi müxtəlif səbəblərdən diz problemləri yaşayan pasiyentlərin müalicəsi üçün istifadə olunan cərrahiyyə üsuludur. Türkiyədə peşekar ortoped travmatoloq həkimlər tərəfindən həyata keçirilən bu cərrahiyyə üsulu ən çox idman yaralanmaları nəticəsində baş verən qığırdaq problemlərinin həllində və menisküs xəstəliyinin müalicəsində istifadə olunur.
Uşaqlarda meydana gələn ortopedik və travmatoloji xəstəliklər arasında yerimədə çətinlik, ayaq problemləri, anadangəlmə defektlər, sümük problemləri və onurğa problemləri yer alır. Bu problemlərin həllində ortoped travmatoloq həkimlər həm cərrahiyyə, həm də qeyri-cərrahiyyə metodlarından istifadə edirlər.
Ortopedik xəstəliklər arasında ən nadir görülən xəstəliklərdən biri də sümüklərdə şişlərin meydana gəlməsidir. Səbəbi tam olaraq bilinməyən və adətən genetika səbəbi ilə meydana gələn sümük şişlərinin müalicəsi Türkiyə xəstəxanalarında həyata keçirilir. Sümük xərçəngi ikə bağlı müalicələrin demək olar ki hamısı şişə sahib olan sümüyün ortopedik cərrahiyyə üsulu ilə çıxardılmasından ibarətdir.
Robotik ortopedik cərrahiyyə vəya digər adı ilə robotik protez cərrahiyyəsi robot texnologiyası ilə diz protezi, diz qapağı və digər əməliyyatların həyata keçirilməsidir. Robotik cərrahiyyə əməliyyatın asan həyata keçirilməsi, xəstənin sağalma vaxtının qısaldılması, ağrı və qan itkisinin azaldılması və taxılan protezlərin uzun müddət işlək vəziyyətdə qala bilməsi üçün faydalıdır.
Ortopedik və travmatoloji onurğa cərrahiyyəsi ilə onurğada anadangəlmə vəya sonradan yaranan xəstəliklərin, əyriliklərin, sümük əriməsinin, qırıq və çıxıqların müalicəsi həyata keçirilir.
Türkiyədə Ortopediya və Travmatologiya xəstəliklərinin müalicəsi uzun illərdən etibarən həyata uğurlu bir şəkildə həyata keçirilir. Türkiyə tibbi turizm üçün ən yaxşı destinasiya seçimi olmaqla yanaşı qiymət cəhətdən sərfəli, xidmət keyfiyyəti cəhətdən isə dünya standartlarına cavab verən bir ölkədir.
Türkiyədə ortopedik və travmatoloji xəstəliklərin müalicəsi cərrahiyyə, qeyri-cərrahiyyə və robotik cərrahiyyə olmaqla üç formada həyata keçirilir. Peşekar ortoped-travmatoloq həkimlər mövcud olan xəstəliyin və problemin doğru bir şəkildə müayinə edilərək diaqnoz qoyulmasında və problemin həlli üçün doğru müalicənin həyata keçirilməsində yüksək nəaliyyətə sahibdirlər. Türkiyə xəstəxanaları hal-hazırda öz səhiyyə sistemi ilə dünyada Ortopedik və Travmatoloji xəstəliklərin müalicəsi üzrə tibbi turizm məqsədli səyahət edən hərkəsi uğurlu bir şəkildə sağlamlıqlarına geri qaytara bilir.
Türkiyə inkişaf etmiş səhiyyə sisteminə sahibdir. Hər il dünyanın bir çox ölkəsindən Türkiyəyə tibbi turizm məqsədli pasiyentlər gəlməkdədir. Türkiyənin tibbi turizm destinasiyalarından biri olaraq görülməsindəki əsas səbəblər arasında müalicə zamanı inkişaf etmiş texnologiyalardan istifadə, peşekar həkim heyəti, sərfəli qiymətə müalicə və keyfiyyətli xəstəxanalar yer alır. Dünyanın ən çox JCI akredit xəstəxanaya sahib olan ölkəsi olaraq tanınan Türkiyə Ortopedik və Travmatoloji müalicələrdə dünya standartlarına cavab verir.
A Medical tibbi turizm şirkəti olaraq güzəştli şərtlərlə Türkiyədə Ortopedik və Travmatoloji müalicəni təmin edirik. Türkiyədə fəaliyyət göstərən JCI akredit xəstəxanalar ilə 7 ildən artıqdır ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıqlarımızın nəticəsində Türkiyədə Travmatoloji və Ortopedik müalicə almaq istəyən hərkəsə müəyyən endirimlər, güzəştlər və asanlıqlar təqdim edirik.
Türkiyədə ortopedik və travmatoloji müalicə almaq istəyən pasiyentlərin Türkiyə xəstəxanaları ilə əlaqəyə keçməsini və asanlıqla randevu almasını həyata keçiririk. Belə ki, pasiyentlər istər öz istədikləri, istərsə də bizimlə konsultasiya etdikdən sonra qərar verilən xəstəxanadan qısa müddətdə randevu vaxtı ala bilirlər.
A Medical tibbi turizm şirkəti olaraq pasiyentlərin Türkiyədə müalicəsini asanlaşdırır, xərcləri isə azaldırıq. Belə ki, Türkiyədə müalicə almaq istəyən müştərilərimiz bizimlə əməkdaşlıq içində olan xəstəxanalarda güzəştli şəkildə müalicə ala bilərlər.
Şirkətimiz vasitəçiliyi ilə Türkiyə xəstəxanalarında müalicə üçün müraciət edən pasiyentlər Türkiyəyə çatdıqdan sonra xəstəxananın xüsusi şoferi vasitəsi ilə xəstəxanaya transfer edilir.
Ödənişsiz tərcümə xidməti ilə pasiyentlərimizin heç bir halda kommunikasiya problemi yaşamamasını təmin edirik.
A Medical tibbi turizm şirkəti olaraq əsas məqsədimiz pasiyentlərin istədikləri yerdə istədikləri müalicəni olmaqlarını təmin etmək və onlara sağlamlıqlarını geri qazanmaqda dəstək olmaqdır. Türkiyədə ortopedik və travmatoloji müalicə alan müştərilərimizin istər əməliyyatdan öncə, istərsə də əməliyyatdan sonra davamlı şəkildə yanında olaraq onlara dəstək oluruq.
A Medical olaraq Türkiyədə müalicə zamanı həkim tərəfindən tapşırılan dərmanların ucuz və endirimli qiymətə alınmasına kömək edirik.
A Medical olaraq Türkiyədə ortopedik və travmatoloji və eləcə də fizioterapiya müalicəsi almaq istəyən hər bir müştərimizin əvvəlcədən müəyyən olunmuş klinika və xəstəxanalar ilə videogörüş vasitəsilə əlaqəyə keçməsinə şərait yaradırıq.
Türkiyədə fəaliyyət göstərən ən yaxşı Ortopediya və Travmatologiya klinikaları ilə qurduğumuz əməkdaşlıqlar sayəsində Türkiyədə ortopedik və travmatoloji xəstəliklərin asanlıqla müalicə olunmasını təmin edirik.
Türkiyədəki ən yaxşı Ortopediya və Travmatologiya xəstəxanalarından biri olan və robotik cərrahiyyə üsulu ilə cərrahiyyə xidməti göstərən Turan & Turan klinikası robotik ortopediya, qığırdaq protezləri cərrahiyyəsi, qırıq cərrahiyyəsi, uşaq ortopediyası, idman cərrahiyyəsi, artroskopiya ilə cərrahiyyə, diz, əl, ayaq, onurğa, çiyin cərrahiyyələri, boy uzatmaq cərrahiyyəsi kimi bir çox fərqli müalicələr həyata keçirir.
Ortopedik və travmatoloji xəstəliklərin müalicəsində robotik cərrahiyyə üsulundan istifadə edən Turan & Turan klinikası hər bir pasiyentin qısa zamanda sağalmasını, əməliyyatdan sonra gündəlik həyatlarına ən tez vaxtda qayıtmasını, keyfiyyətli protezlərlə təmin olunmasını və uzun müddətli protezlərlə təmin olunmasını təmin edir.
Əgər siz də A Medical vasitəçiliyi ilə Türkiyənin ən yaxşı ortopediya və travmatologiya xəstəxanalarından biri olan Turan & Turan klinikasında müalicə almaq istəyirsinizsə, o zaman sizə ən uyğun əlaqə vasitəsi ilə bizə müraciət edə bilərsiniz.
Türkiyə’nin Eskişehir şəhərində fəaliyyət göstərən Fizyomer klinikası Türkiyədə Ortopediya və Travmatologiya müalicəsi, eləcə də Türkiyədə fizioterapiya müalicəsi almaq istəyən hərkəs üçün keyfiyyətli müalicə xidməti təqdim edir. Peşekar həkim heyəti və son texnologiyalar ilə xidmət göstərən Fizyomer klinikası hər növ ortopedik və travmatoloji xəstəliklərin müalicəsi üçün xidmət göstərir.
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın