+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Türkiyədə Onkoloji Xəstəliklərin Müalicəsi, Türkiyədə Xərçəng Müalicəsi 


Türkiyədə onkoloji xəstəliklərin müalicəsi və onkologiya Türkiyə səhiyyəsinin uzun illərdir təcrübə qazandığı sahələrdən biridir. Xüsusilə Türkiyədə xərçəngin müalicəsi və digər onkoloji müalicə üsulları çox yayğındır. A-Medical tibbi turizm şirkəti olaraq Türkiyədə xərçəng və digər onkoloji xəstəliklərin müalicəsi üçün müştərilərimizin bütün prosedurlardan rahat bir şəkildə keçməsini asanlaşdırırıq!


Onkologiya Nədir?


Onkologiya insan bədənində mövcud olan bədxassəli şişlərin yaranması, bunun altında yatan səbəblər, müayinə və müalicə üsulları ilə maraqlanan tibbi sahədir. Onkologiya həm xərçəng müalicəsi həm də digər xərçəng olmayan onkoloji xəstəliklərin müalicəsi ilə maraqlanan bir sahədir. 


Xərçəng Nədir?


Sağlam insan bədənində sayı milyardları keçən və sağlam bir şəkildə fəaliyyət göstərən hüceyrələr mövcuddur. Xərçəng bu hüceyrələrin nəzarətdən kənar və anormal bir şəkildə böyüməsi və bədənə yayılması deməkdir. 


Xərçəng eyni zamanda bədəndəki qan hüceyrələrinə təsir edərək qan xərçəngi, limfoma və ya multipl myelom xəstəliklərinə səbəb ola bilər. Qanda xərçəng xəstəliyinin yayılması həm sümük iliyindəki hüceyrələrin nəzarətsiz bir şəkildə böyüməsinə və normal qan hüceyrələrinin azalmasına, həm də xəstəliyin bütün bədənə yayılmasına səbəb ola bilər.


Xərçəng Müalicəsi


Xərçəng malicəsi ilə bağlı dünya üzərindəki araşdırmalar hələ də davam etsə də, xərçəng müalicəsi ilə bağlı ən önəmli faktorun vaxtından əvvəl diaqnoz qoymaq olduğu barəsində bütün onkolog həkimlər eyni fikirdədir. 


Xərçəng müalicəsi ilə bağlı son hədəfə yönəlik müalicə və immunoterapiya üsulları istifadə olunur. Türkiyədə xərçəng müalicəsi zamanı ən çox istifadə olunan kimyaterapiya və radioterapiya (şüa müalicəsi) ilə yanaşı hədəfə yönəlik müalicə və immunoterapiya xəstə üçün yaxşı nəticələrin əldə olunmasına kömək edir.


Xərçəng Müalicəsi Zamanı Əməliyyat (Onkoloji Cərrahiyyə)


Onkoloji müalicə vəya xərçəng müalicəsi zamanı bədxassəli şişlərin çıxarılması vəya bədəndə mövcud olan xəstəlikli hissələrin çıxardılması üçün əməliyyat ehtiyyacı yarana bilər. Onkoloji cərrahiyyə süd vəzi xərçəngi, yemək borusu xərçəngi, limfoma, mədə xərçəngi, qaraciyər xərçəngi, yaxşı vəyaxud bədxassəli şişlərin çıxardılması və daha bir sıra xərçəng növlərinin müalicəsində istifadə olunur. Xərçəng müalicəsi əməliyyatı vəya onkoloji cərrahiyyə sadəcə xərçəng zamanı deyil, eyni zamanda xərçəngə yol aça biləcək və xərçəng riski daşıyan toxumaların bədəndən çıxardılması üçün də istifadə olunur.


Onkoloji Müalicə Zamanı Tibbi Onkologiya


Tibbi onkologiya sadəcə xərçəng müalicəsi ilə yanaşı eyni zamanda xərçəngdən qorunmaq, xərçəng riskini müəyyən etmək, vaxtından əvvəl diaqnoz qoymaq kimi bir çox mövzu ilə maraqlanan sahənin adıdır. Xərçəngin bütün prosesləri tibbi onkologiyanın sahəsinə aiddir. Tibbi onkologiya digər onkologiya sahələri ilə yaxından əməkdaşlıq içərisindədir.


Onkoloji Müalicə Üsulları


Türkiyədə onkoloji müalicə zamanı birdən çox üsul tətbiq olunur. Bunlar arasında hədəfə yönəlik müalicə, immunoterapiya, kimyaterapiya və radioterapiya müalicələri çoxluq təşkil edir.


Kimyaterapiya (dərman müalicəsi)


Xərçəng müalicəsi zamanı kimyaterapiya üsulu ən çox istifadə edilən onkoloji müalicə üsullarından biridir. Kimyaterapiya müalicəsi zamanı onkolog həkim əsas olaraq dərman vasitələrinin köməyi ilə bədəndə nəzarətdən kənar bir şəkildə artaraq böyüyən xərçəng hüceyrələrini yox etməyi məqsədləyir. Kimyaterapiya müalicəsi birdən çox əlavə dərmanın bir arada verilərək xərçəng hüceyrələrinin öldürülməsi məqsədi ilə həyata keçirilir.


Kimyaterapiya müalicəsi birdən çox əlavə və yan təsirin yaranmasına yol açsa da, son dövrlərdə dərman sahəsində meydana gələn inkişaflar bu əlavə təsirlərin azaldılmasında böyük rol oynayır. İndiki dövrdə demək olar ki, onkolog həkimlər dərman vasitələrinin köməyi ilə kimyaterapiya səbəbilə meydana gələn əlavə təsirlərin böyük bir hissəsini azalda bilirlər.


Radioterapiya


Onkoloji müalicə zamanı əksər hallarda kimyaterapiyadan sonra tətbiq edilən radioterapiya müalicəsi vəya şüa müalicəsi xərçəngli toxumanın bədənə verdiyi zərərin azaldılması, bədxassəli şişin kiçildilməsi və digər səbəblər üçün istifadə olunur.


Radioterapiya vəya şüa müalicəsi onkoloji müalicə alan xəstələrin böyük bir hissəsində istifadə olunur. 


Hədəfə Yönəlik Müalicə


Hədəfə yönəlik müalicə xərçəng hüceyrələrinin bədənin digər hissələrinə daşıdığı xəstəlikli toxumaları hədəf alan və onları zərərsizləşdirmək üçün istifadə olunan müalicə üsuludur. 


İmmunoterapiya


Türkiyədə onkoloji müalicə zamanı ən çox tətbiq edilən müalicə üsullarından biri olan immunoterapiya bədənin immunitet sisteminin gücləndirilməsi ilə bədənin xərçəngli hüceyrələri tanıması və həmin hüceyrələri zərərsizləşdirməsi üçün istifadə olunur.


Türkiyədə Onkoloji Müalicə, Turkiyede Xercengin Mualicesi


Turkiyede xercengin mualicesi Türkiyə səhiyyə sisteminin sahib olduğu yüksək texnologiya və təcrübəli təcrübəli həkimlər sayəsində günü-gündən tanınırlıq qazanır. Belə ki, Türkiyə xərçəng müalicəsi ilə bağlı olaraq həyata keçirdiyi müalicələrin böyük bir hissəsində uğur qazanan etibarlı bir ölkə kimi tanınır. Hər il Avrupadan həddindən artıq xəstə qəbul edən Türkiyə onkoloji müalicə ilə bağlı olaraq dünyanın iləri gələn ölkələri arasındadır.


A-Medical Türkiyədə Onkoloji Müalicə Proseslərini Asanlaşdırır


A-Medical tibbi turizm şirkəti olaraq Türkiyədə onkoloji müalicə xidməti göstərən JCI akredit Türkiyə xəstəxanaları ilə əməkdaşlıq edirik. Turkiyede xerceng mualicesi ilə məşğul olan JCI akredit xəstəxanalar dünya standartlarına uyğun müasir texnologiya və müalicə üsulları ilə xərçəngin müalicəsində böyük uğura sahibdir. 


A-Medical olaraq əsas xidmətlərimiz arasında onkoloji müalicə ilə məşğul olan xəstəxanaların müəyyən olunması, müştərilərimizlə xəstəxana arasında əlaqənin qurulması, müştərimizin müalicə üçün Türkiyə xəstəxanalarına göndərilməsi və müalicə zamanı bir çox güzəştli xidmətin müştəriyə təmin edilməsi yer alır. 


Türkiyədə Onkoloji Müalicə Zamanı Qazandırdığımız Üstünlüklər


A-Medical tibbi turizm şirkəti Turkiyede xercengin müalicesi və ümumilikdə Türkiyədə onkoloji müalicə üçün müraciət edən müştərilərə bir sıra üstünlüklər və güzəştlər qazandırır. Belə ki, müştərilərin Türkiyə xəstəxanaları ilə əlaqə qurmasını asanlaşdırmaq, gediş-qayıdış proseslərini sürətləndirmək, xəstəxanadan erkən randevu almaq və bir sıra endirimlər əldə etmək A-medical tərəfindən müştərilərə təmin edilən üstünlüklər arasındadır.


Qiymətin Öyrənilməsi


A-Medical olaraq xaricdə müalicə almaq istəyən müştərilərimizin ən qısa zamanda müalicə qiyməti haqqında məlumat almasını təmin edirik. Bu sayədə müştərilərimiz xaricdə müalicənin qiymətini öyrənmək üçün əlavə vaxt itirməsinin qarşısını alır, eyni zamanda xaricdə müalicə almağı planlaşdırarkən müştərilərimizin qiymət üçün narahat olmadan qərar verməsini təmin edirik.

Türkiyə Xəstəxanalarından Qısa Zamanda Randevu Alın


Türkiyə xəstəxanalarından qısa müddətdə randevu almaq və müalicənizi sürətləndirmək A-Medical ilə mümkündür. 7 ildən artıqdır ki, bazarda fəaliyyət göstəririk və bu müddət ərzində Türkiyədə JCL akredit xəstəxanalarla əməkdaşlıqlar həyata keçirmişik. Bu əməkdaşlıqlarımızın nəticəsi olaraq müştərilərimizin Türkiyədə müalicə üçün qısa zamanda randevu almağı asanlaşdırırıq.


Gediş və Qayıdış Proseslərini Asanlaşdırırıq


Müştərilərimizin Türkiyədə onkoloji müalicə üçün ölkədən ayrılmasından vətənə qayıdış prosesinə qədər bütün prosedurlarını asanlaşdırırıq. Müalicə prosesi zamanı müştərilərimizin qayğısına qalaraq lazım olan ehtiyaclarını yerində həll etmək üçün addımlar atırıq. Bu addımlarımızın arasında meydana gələn ani xərclərin azaldılması (məsələn, dərmanların ucuz qiymətə alınması) yerində dəstək və lazım olan əlaqələrin qurulması kimi vacib addımlar yer alır.


Doğru Həkimlərin və Xəstəxanaların Tapılması


A-Medical Türkiyədə onkoloji müalicə almaq istəyən müştərilərin xəstəlikləri üzrə ixtisaslaşan Türkiyə xəstəxanalarının və Türk onkolog həkimlərin tapılmasında müştərilərinə dəstək verir. Beləliklə, Türkiyədə onkoloji müalicə almaq istəyən müştərilərimiz ən doğru müalicəni almaq və sağlamlıqlarını geri qazanmaq üçün doğru yerdə doğru müalicəni almış olurlar.


Türkiyədə Onkoloji Müalicə Üçün Əməkdaşlıq Etdiyimiz Türkiyə Xəstəxanaları


  • Lviv Vadi İstanbul - Prof. Dr. Duygu Derin (Onkologiya), Doç. Dr. Hamdullah Sözen (Onkoginokologiya)

  • Florence Nightingale - Prof. Dr. Vahit Özmen, Prof. Dr Sezer Saglam

  • Medipol Mega Klinika İstanbul - Prof.Dr. Ahmet Bilici, Prof. Dr. Ömer Fatih Ölmez, Prof. Dr. Özcan Yıldız, Doç. Dr. Abdullah Sakin, Ebru Karcı, Özgür Açıkgöz

  • Acıbadem - Prof. Dr. Aziz Yazar, Prof. Dr. Ali Arican, Prof. Dr. Gökhan Demir

  • Anadolu Sağlık Merkezi - Prof. Dr. Bülent Karagöz, Prof. Yeşim Yıldırım, Prof. Necdet Üskent

  • Gaziosmanpaşa Hospital - Doç. Dr. Yakup Bozkaya, Prof. Dr. Behiye Pınar Göksedef

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın