+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Türkiyədə neyrocərrahiyyə əməliyyatı olmaq istəyən müştərilərimizin gediş və qayıdış proseslərinin asanlaşdırılması, Türkiyə xəstəxanaları randevularınınn alınması, həkimlərin təyin olunması, xüsusi endirimlər və güzəştlərlə müştərilərin xərclərinin azaldılması və daha bir çox üstünlüyümüz ilə A-Medical şirkəti olaraq hər zaman müştərilərimizin qayğısına qalırıq.

Neyrocərrahiyyə Nədir?


Neyrocərrahiyyə ümumilikdə beyin vəyaxud onurğa beyində aparılan cərrahi əməliyyatları təsvir etmək üçün istifadə edilən bir termindir. Neyrocərrahiyyə əməliyyatları beyin xərçəngindən epilepsiyaya qədər böyük və müxtəlif zədələrin, xəstəliklərin və problemlərin müalicəsi üçün həyata keçirilir. 


Neyrocərrahiyyə Əməliyyatı Nədir?


Neyrocərrahiyyə əməliyyatı beyində meydana gələn xəstəliklərin, şişlərin, zədələrin və daha bir çox əlavə problemin müalicəsi üçün neyrocərrah tərəfindən həyata keçirilən əməliyyatdır. 


Neyrocərrah Kimdir?


Neyrocərrah vəyaxud beyin cərrahı beyninizə, sinir sisteminizə və onurğanıza təsir edən problemləri müəyyən edən və bunun müalicəsi ilə məşğul olan həkimdir. Beyin cərrahları sinir sisteminizdə əməiyyatlar həyata keçirə bildikləri kimi, beynin müalicəsi üçün əməliyyata ehtiyac olmayan vəziyyətlərdə əməliyyatsız müalicə də həyata keçirə bilərlər.


Beyin Damar Xəstəlikləri, Neyrocərrahiyyə İlə Hansı Xəstəliklər Müalicə Olunur?


Dünyada beyin damar xəstəliklərinin sayısı və çeşidliliyi çoxdur. Beyin cərrahiyyəsi vəya neyrocərrahiyyə sahəsində ən çox qarşılaşılan beyin damar xəstəlikləri aşağıdakılardır:


- Beyin, onurğa və onurğa beyni şişləri

- Hər növ onurğa xəstəlikləri, xüsusilə bel və boyun yırtığı

- Anevrizma (balonlaşma)

- Arteriovenoz malformasiya (AVM)

- Kavernoma

- Doğuşla meydana gələn sinir sisteminin formalaşması zamanı inkişaf edən xəstəliklər (məsələn, meningomyelosel)

- Digər uşaqlıq xəstəlikləri

- Hidrosefali

- Karpal tunel və digər sinir sıxıntıları

- Baş, onurğa və onurğa beyni zədələri

- Beyin qanaxmaları

- Parkinson

- Şah damarında tutulma

- Beyin səthində meydana gələn problemlər

Neyrocərrahiyyə Növləri


Neyrocərrahiyyə növləri xəstənin və xəstliyin xüsusiyyətlərindən asılı olaraq dəyişiklik göstərməkdədir. Türkiyədə neyrocərrahiyyə əməliyyatı növləri uzun illərdir inkişaf edərək son texnologiyaların yardımı ilə uğurlu səviyyəyə çatıb. Türkiyədə həyata keçirilən neyrocərrahiyyə əməliyyatı növləri aşağıdakılardır:

Ümumi neyrocərrahiyyə


Ümumi neyrocərrahiyyə əməliyyatı zamanı cərrahlar adətən onurğa, yerindən oynayan disklər, spinal stenoz və daha müxtəlif xüsusiyyətlərə sahib olan problemlərin həlli üçün çalışırlar. 


Spinal neyrocərrahiyyə


Spinal neyrocərrahiyyə onurğa sütunu problemləri və onurğa yaralanmaları kimi insan həyatına ciddi bir şəkildə təsir göstərən problemlərin müalicəsi üçün həyata keçirilir. Onurğa insan bədəninin ən önəmli dəstək strukturu kimi qəbul edildiyi üçün onurğa problemləri insanın yeriyişində, ayaqda durmasında, əyilməsində və qalxmasında problemlər yarada bilir. Ciddi vəziyyətlərdə onurğa problemləri insanların gündəlik həyatdakı fəaliyyətini belə dayandıra bilir.


Serebrovaskulyar Neyrocərrahiyyə


Serebrovaskulyar neyrocərrahiyyə arteriovenoz malformasiyalar, insult, anevrizma və digər problemlərin həlli üçün istifadə olunan neyrocərrahiyyə əməliyyatı növüdür.

 

Neyro-Onkologiya, Neyroonkologiya  (Naturopatik onkologiya)


Neyro-onkologiya beyin və sinir sistemində meydana gələn xərçəng xəstəliyinin həllində istifadə olunan neyrocərrahiyyə əməliyyatı növüdür. 

Türkiyədə Neyrocərrahiyyə Əməliyyatı


Türkiyədə neyrocərrahiyyə əməliyyatı uzun illərdir həyata keçirilən uğurlu əməliyyat növlərindən biridir. Türkiyə səhiyyəsi beyin əməliyyatı, sinir əməliyyatı və ümumilikdə neyrocərrahiyyə əməliyyatı sahələrində köklü keçmişə və təcrübəyə sahibdir. Bu səbəbdən A-Medical olaraq neyrocərrahiyyə əməliyyatlarını Türkiyədə həyata keçirtmək istəyən müştərilərimizin bütün gediş-gəliş prosedurlarını asanlaşdırır, eyni zamanda həm əməliyyat öncəsində, həm də əməliyyat sonrasında müxtəlif yollarla müştərilərimizin qayğısına qalırıq.


A-Medical Vasitəçiliyi Türkiyədə Neyrocərrahiyyə Əməliyyatı 



A-Medical vasitəçiliyi ilə Türkiyədə Neyrocərrahiyyə Əməliyyatı olmaq istəyən müştərilərimiz gediş-gəliş prosesinin asanlaşdırılması, xəstənin havalimanından xəstəxanaya transferi, dərman və əlavə digər xərclərdə endirimlər, həkimlərin tapılması və xəstəxana ilə birbaşa olaraq əlaqəyə keçilməsi kimi üstünlüklərdən yararlana bilirlər.


Nə Üçün A-Medical Müştərisi Olmalısınız?


A-Medical şirkəti olaraq Türkiyədə neyrocərrahiyyə əməliyyatı olmaq istəyən müştərilərimiz üçün təmin etdiyimiz üstünlüklər aşağıdakılardır:


Türkiyəyə Gediş və Vətənə Dönüş Proseslərinin Asanlaşdırılması


A-Medical şirkəti viza dəstəyi də daxil olmaqla müştərilərimizin Türkiyəyə gedişini və əməliyyatdan sonra qayıdış prosesini asanlaşdırmaq üçün müxtəlif dəstək tədbirləri görür.


Xəstəxana İlə Əlaqə Qurulması


A-Medical olaraq Türkiyədə neyrocərrahiyyə əməliyyatı olmaq istəyənlər üçün 7 ildən artıqdır ki, əməkdaşlıq etdiyimiz Türkiyə xəstəxanaları və türk həkimləri ilə əlaqə saxlayır, randevu alır və əməliyyat üçün lazım olan bütün prosedurları əvvəlcədən yerinə yetiririk. Belə ki, A-Medical şirkəti istər sizin seçdiyiniz, istərsə də bizim tərəfimizdən seçilən və Türkiyədə neyrocərrahiyyə əməliyyatı üçün ən uyğun olan xəstəxananı sizin üçün tapır və sizi bu barədə məlumatlandırır. 


Qiymətin Öyrənilməsi


A-Medical olaraq xaricdə müalicə almaq istəyən müştərilərimizin ən qısa zamanda müalicə qiyməti haqqında məlumat almasını təmin edirik. Bu sayədə müştərilərimiz xaricdə müalicənin qiymətini öyrənmək üçün əlavə vaxt itirməsinin qarşısını alır, eyni zamanda xaricdə müalicə almağı planlaşdırarkən müştərilərimizin qiymət üçün narahat olmadan qərar verməsini təmin edirik.

Erkən Randevu Alınması


Hal-hazırda Türkiyə xəstəxanaları doluluq və digər səbəblərdən randevu tarixlərini gec tarixlər üçün verə bilir. A-Medical şirkəti illərdir əməkdaşlıq etdiyi xəstəxanalar ilə qurduğu əlaqələr sayəsində randevu prosesini asanlaşdırır və sizin üçün erkən randevu alır.


Əməliyyat Öncəsi Dəstək


A-Medical olaraq müştərilərimizin xəstəxanaya transferinin həyata keçirilməsi, xəstəxanada otaq ayrılması, həkimlər ilə əlaqələrin qurulması və lazım olan bütün proseslərin əskiksiz yerinə yetirilməsində müştərimizə dəstək oluruq. 


Əməliyyat Sonrası Dəstək


Türkiyədə neyrocərrahiyyə əməliyyatı sonrasında müştərimizin əlavə ehtiyacları və ya əlavə xərcləri yaranarsa müştərimiz A-Medical şirkəti ilə əlaqəyə keçərək müəyyən endirimlərdən və köməkliklərdən yararlanmaq imkanı qazana bilər.


Dərman Vasitələrinin Endirimli Qiymətə Alınması


Müştərimizin Türkiyədə əlavə dərman vasitələri üçün xərcləri yaranarsa, A-Medical şirkəti olaraq bu dərmanların ucuza və endirimli şəkildə alınması üçün müştərimizə dəstək veririk.


Müştərimiz Heç Bir Zaman Özünü Yalnız Hiss Etmir


A-Medical olaraq xaricde mualice almaq istəyən müştərilərimizin müalicə və əməliyyat prosesləri zamanı özlərini yalnız hiss etməmələri üçün əlimizdən gələn hər şeyi edirik. Davamlı olaraq müştərilərimizin bütün ehtiyaclarını qarşılamağa, vətənə qayıdışına qədər müştərimizin bütün istəklərini qarşılamağa çalışırıq.


Türkiyədə Etibarlı Beyin Cərrahiyyəsi


Türkiyədə beyin cərrahiyyəsi üçün etibar etdiyimiz xəstəxanalara və türk həkimlərinə güvənirik. Neyrocərrahiyyə sahəsində dünyanın iləridə gələn ölkələrindən olan Türkiyə səhiyyəsi ilə birlikdə xəstələrin əvvəlki sağlamlıqlarına qayıtması üçün lazımi dəstəyi veririk.


Türkiyə Neyrocərrahiyyə Xəstəxanaları və Həkimlər


A-Medical olaraq Türkiyədə neyrocərrahiyyə əməliyyatları üçün aşağıdakı xəstəxanalar və həkimlərlə əməkdaşlıq edirik:


- Acıbadem Xəstəxanası - Dr. Kenan Koç

- Acıbadem Xəstəxanası - Prof. Necmettin Pamir

- Acıbadem Xəstəxanası - Prof. Koray Özduman

- Acıbadem Xəstəxanası - Prof. Memet Özek

- Acıbadem Xəstəxanası - Prof. Müfit Kalelioğlu

- Acıbadem Xəstəxanası - Prof. Serdar Özgen

- Acıbadem Xəstəxanası - Prof. Bahattin Tanrıkulu

- Acıbadem Xəstəxanası - Prof. Baran Bozkurt

- Acıbadem Xəstəxanası - Prof. Mustafa Güdük

- Liv Hospital Xəstəxanası - Dr. Çağrı Canbolat

- Liv Hospital Xəstəxanası - Prof. Dr. Tufan Hiçdönmez

- Gaziosmanpaşa Xəstəxanası - Prof. Dr. Mete Karatay

- Gaziosmanpaşa Xəstəxanası - Doç. Dr. İdris Sertbaş

- NP İstanbul Xəstəxanası - Prof. Akin Akakin

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın