+90 533 423 35 48

WHATSAPPA YAZIN

BLOQ

Məqsəd və dəyərlər

Məqsədimiz

Sizi maarifləndiririk

Bizim əsas məqsədimizdən biri Sizi tibbi turizm sahəsindəki miflərdən uzaq tutaraq maarifləndirməkdir. Bu prosesin daimi olması üçün də öz üzərimizdə işləyir, müştərilərimizin dələduzluq halları ilə qarşılaşmaması üçün şirkət olaraq bütün gücümüzü səfərbər edirik.

Sizi qoruyuruq

Biz bu sahədə insanların üzləşdiyi bütün neqativ halları aşkar etməyə, qarşısını almağa gücümüz çatmasa da, bazarı və bazar iştirakçılarını qorumağa çalışırıq. Biz öz işimizdə diqqətliyik. İstəyirik ki, Siz də həm öz sağlamlığınıza, həm də seçiminizdə diqqətli olasınız. Özünüzü qoruyun.

İnkişaf etdiririk

Tibbi turizm sahəsi üzrə seçimlərinizi artırmaq üçün müxtəlif ölkələrin səhiyyə orqanları və turizm şirkətləri əməkdaşlıq imkanlarımızı genişləndiririk. Məqsədimiz müştərilərimizin tibbin ən son nailiyyətlərindən istifadə etməsini asanlaşdırmaq və əl çatan etməkdir.

Markalaşırıq

Biz Sizin üçün markalaşırıq. Bunu ona görə edirik ki, müalicə alacağınız tibb müəssisəsində Sizdən “Hansı tibbi turizm şirkəti ilə buraya gəlmisiniz?” soruşulanda qürur hissi ilə A Medical deyə biləsiniz. Bunu deyə bilməyiniz üçün isə markalaşma yolunda var gücümüzlə çalışırıq.

Dəyərlərimiz


Şəffaflıq

Bizim fəlsəfəmiz “müştərilər və əməkdaşlarımızın bütün proseslərdən xəbərdar olmalıdır” üzərində qurulub. Bu şəffaflıq həm şirkətdaxili, həm də korporativ münasibətlərin inkişafı üçün önəmlidir. Biz bu dəyərin bizə yeni müştərilər qazandıracağına inanırıq.

Xidmət keyfiyyəti

Müştərilərimizə təklif etdiyimiz hər bir xidmətimizdə keyfiyyət standartını 5 ulduzlu otellərdəki kimi yüksək tutmağa çalışırıq. Bu standartları yaratmaq və qorumaq bizi daim öz üzərimizdə çalışmağa vadar edir. Bizi test edə bilərsiniz.

Etibarlılıq

Yol verə biləcəyimiz hər hansı bir səhvə görə şirkət olaraq etibarımızın necə sarsılacağını yaxşı bilirik. Belə bir halların yaşanmaması üçün də şirkətdaxili prosedurlarımızı daim təkmilləşdiririk ki, bizə göstərdiyiniz etimadı doğruldaq.

Şəxsi məsuliyyət

Biz inanırıq ki, mövzu insan sağlamlığı olmasaydı belə yenə də şirkət olaraq gördüyümüz hər bir işdə şəxsi məsuliyyətimizi olduğundan daha çox dərk edə bilərdik. işin məsuliyyətini çox yaxşı anlayırıq. Əməkdaşlarımıza gördükləri işlərdə daima məsuliyyətli olmağı aşılayırıq.

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın