A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
A-Medical şirkəti olaraq 7 ildən artıqdır ki, tibbi turizm sahəsində fəaliyyət göstəririk. Dünyanın ən köklü tibb mərkəzlərində pasiyentlər üçün ən yaxşı müalicə imkanlarını təklif edirik. Bugünə qədər 1000-dən artıq müştərinin xaricdə müalicə olmasını təmin etmişik. Türkiyə, Rusiya, Avstriya, İspaniya, İtaliya, Almaniya, İsrail, Çexiya, Macarıstan, Slovakiya, BƏƏ kimi ölkələrdə müştərilərimizin ehtiyacına ən yaxşı cavab verən klinika və xəstəxanalarla əməkdaşlıq edərək müştərilərimizin ən yaxşı müalicələri almasını təmin edirik.
Azərbaycanın ən köklü tibbi turizm şirkəti olaraq 7 ildən artıqdır ki, xaricdə müalicə almaq istəyən müştərilərimizə müxtəlif xidmətlər göstəririk. Bu günə qədər dünyanın bir çox ölkələrində fəaliyyət göstərən 200-dən çox köklü xəstəxana və klinika ilə əlaqələr və tərəfdaşlıqlar qurmuşuq. 7 illik tariximizdə 1000-dən çox müştərimizi xaricdə uğurla müalicə etmişik. Bizə güvənən və xaricdə müalicə olunmaq istəyən bütün müştərilərimizin sağlamlıqlarına qovuşmalarına kömək etmişik.
A-Medical olaraq biz xaricdə müalicə xidməti almaq istəyən insanlara kömək etmək üçün yaradılmış bir şirkətik. Biz xaricdə tibbi xidmət almaq istəyən insanlara tibbi xidmət alacaqları ölkələr və klinikalar haqqında məlumat verir, viza prosedurlarını, səyahət planlaşdırmasını həyata keçiririk və pulsuz tərcüməçi kimi əlavə bir çox xidmət təklif edirik.
Müştərilərimizə xaricdə qalmaq üçün otel və ya qonaqlama variantları da təklif edirik və müştərilərimizin xəstəxanaya transferini planlaşdırırıq. Bu sayədə müştərilərimiz xaricdə sağlamlıq xidməti alarkən qonaqlama və nəqliyyat kimi məsələləri düşünmək məcburiyyətində qalmırlar.
Xaricdə müalicə xidməti ilə yanaşı, müştərilərimizə xarici ölkələrin turistik yerlərini ziyarət etmək imkanı da təklif edirik. Bu yolla, müalicə prosesi başa çatdıqdan sonra müştərilərimiz müalicə üçün getdikləri ölkənin tarixi, mədəni və turistik yerlərini kəşf edə bilərlər.
Xaricdə müalicə almaq istəyirsinizsə, bütün prosesi təkbaşına idarə etmək çox çətin olacaq. Bunun əsas səbəbi xaricdə müalicə üçün birdən çox faktorun diqq’t’ alınması zərurətidir. Məsələn, xaricdə müalicə almaq üçün müvafiq sağlamlıq xidməti göstərən xəstəxana ilə əlaqə qurmaq, lazımi sənədləri xəstəxanaya göndərmək, səyahət planlamasını etmək, dil maneəsini aradan qaldırmaq və müalicə təqibi etməki kimi bir çox faktoru planlaşdırmalısınız. Bütün bunları tək başına etmək həm maliyyətli, həm də vaxt aparan prosesdir.
A-Medical şirkəti olaraq biz pasiyentlərimizin bütün bu proseslərlə vaxt və pul itirməsinin qarşısını almaq üçün tibbi turizm xidmətlərimizlə onlara dəstək göstəririk. Pasientlərimizin bizi seçərək əldə edə biləcəyi ən böyük faydalar isə aşağıdakı kimidir:
Vaxtınıza qənaət edin: Medikal turizm sahəsindəki təcrübəmiz sayəsində xaricdə müalicə almaq istəyən pasientlərimiz üçün ən qısa zamanda uyğun müalicəni təmin edən xəstəxananı tapır və bütün prosesi qısa zamanda təşkil edirik. Bu sayədə insanların müalicə üçün xaricdə xəstəxana axtararaq vaxt itirməsinin qarşısını almış oluruq.
Pulunuza qənaət edin: Xaricdə müalicə üçün birbaşa müraciət etmək əlavə xərclərə səbəb olur. Əgər heç bir əlaqəniz və partnyorunuz yoxdursa, gedəcəyiniz ölkədə tibbi xərclər sizin üçün gözləniləndən çox olacaq. Dünyanın ən inkişaf etmiş ölkələrinin ən köklü tibb müəssisələri ilə sıx əlaqədə olduğumuz üçün pasiyentlərimizə xaricdə daha ucuz qiymətə müalicə imkanı təklif edirik. Bu sayədə pasiyentlərimiz tək müraciət etdikləri zaman ödəyəcəkləri maliyyətdən daha azını ödəyərək xaricdə müalicə ala bilirlər.
Xaricdə endirimli müalicə: A-Medical olaraq xaricdə müalicə qiymətlərinin bir çox insan üçün həddindən artıq çox ola biləcəyini anlayırıq. Buna görə də biz müştərilərimizə sərfəli və yüksək keyfiyyətli tibbi xidmət göstərmək üçün Türkiyə, Rusiya, Avstriya, İspaniya, İtaliya, Almaniya, İsrail, Çexoslovakiya, Macarıstan, Slovakiya və BƏƏ kimi ölkələrin ən yaxşı xəstəxana və klinikaları ilə əməkdaşlıq edirik.
Xaricdəki klinikalarla əlaqə: Xaricdə müalicə almaq istəyən müştərilərimiz üçün uyğun klinika və ya xəstəxananı tapmaq yorucu və vaxt aparan prosesdir. Müştərilərimiz üçün bu prosesi asanlaşdırır və müştərilərimizin xəstəliyinə ən uyğun müalicəni təklif edən klinikalarla əlaqə saxlayaraq onların müalicəsini planlaşdırırıq.
Pulsuz konsultasiya: Müştərilərimizə müalicə seçimləri ilə bağlı doğru qərarlar qəbul etmələrinə kömək etmək üçün pulsuz konsultasiya xidməti göstəririk. Konsultasiya zamanı müştərilərimiz müxtəlif müalicə variantları, işlədiyimiz klinikalar və həkimlər haqqında məlumat əldə edir və axtardıqları suallara cavab tapırlar.
Müalicənin planlaşdırılması və qiymətləndirilməsi: Müştərilərimizin xarici ölkələrə tibbi səyahət prosesini planlaşdırırıq. Bu yolla biz müştərilərimiz üçün aviasiya və otel rezervasiyalarını həyata keçirir, onların səyahətlərini başlanğıcdan sona qədər təşkil edirik.
Sənədlərin tərcüməsi: Xaricdə müalicə almaq istəyən müştərilərimizin klinika ilə əlaqə qurmasında çətinliklər yaşamasının qarşısını almaq üçün bütün prosesi öz üzərimizə götürürük. Komandamız xaricdə müalicə üçün lazım olan bütün tibbi sənədləri tərcümə edərək xaricdə müalicə almağınıza kömək edir.
Xaricdəki klinikalara sənədlərin göndərilməsi: Müalicə prosesini asanlaşdırmaq üçün müştərilərimizə tibbi sənədlərini xaricdəki xəstəxana və klinikalara göndərməkdə kömək edirik.
Viza dəstəyi: Viza dəstəyi xidmətimiz sayəsində biz müştərilərimizə viza prosedurlarını tez və rahat şəkildə başa çatdırmaq imkanı veririk. Xüsusilə, bu xidmət viza prosedurları haqqında məlumatı olmayan və ya əvvəllər viza prosedurlarında iştirak etməyən müştərilərimiz üçün böyük rahatlıq yaradır. Bundan əlavə, viza dəstəyi xidmətimiz sayəsində biz müştərilərimizin viza müraciətlərinin rədd edilməsi riskini minimuma endirmiş oluruq.
Pulsuz tərcüməçi xidməti: A-Medical tibbi turizm şirkəti olaraq müştərilərimizə müalicə üçün getdikləri xarici ölkələrdə pulsuz tərcüməçi xidməti təklif edirik. Bu xidmət sayəsində müştərilərimiz müalicə prosesində dil baryerini aşaraq həkimlər və səhiyyə işçiləri ilə daha rahat ünsiyyət qura bilirlər. Pulsuz tərcüməçi xidməti sayəsində biz müştərilərimizin müalicə prosesinə daha asan uyğunlaşmasına şərait yaradırıq. Xüsusilə də dili bilməyən müştərilərimiz üçün bu xidmət böyük rahatlıq yaradır.
Xəstəxanaya transfer: Biz başa düşürük ki, tibbi müalicə üçün səyahət həddindən artıq çətin ola bilər, buna görə də prosesi mümkün qədər rahat etmək üçün xəstəxanaya transfer xidməti göstəririk. Komandamız uçuşların təşkili, yerüstü daşımaların koordinasiyası, yaşayış yerlərinin təşkili və hava limanından xəstəxanaya transfer də daxil olmaqla, nəqliyyatın bütün aspektlərində köməklik göstərməyə hazırdır.
Qonaqlama: Biz müştərilərimizin ehtiyac və üstünlüklərinə uyğun müxtəlif qonaqlama variantları təklif edirik. İstər lüks otelə, istərsə də daha qənaətcil seçimə üstünlük verməyinizdən asılı olaraq, biz sizə aşağı qiymətə müalicə müddətində qalmağınız üçün mükəmməl yer tapmağa kömək edə bilərik.
Endirimli dərman almaq imkanı: Xaricdə yüksək keyfiyyətli tibbi müalicə təqdim etməklə yanaşı, biz müştərilərimizə müalicə planının bir hissəsi kimi dərman vasitələrini münasib qiymətə əldə etməkdə kömək edirik.
Davamlı qayğı: Müalicə prosesinin başlanğıcından sonuna qədər pasiyentlərimizin qayğısına qalırıq.
Şəhər turları (əlavə ödəniş tələb olunur): A-Medical tibbi turizm şirkəti olaraq müştərilərimizə müalicə üçün getdikləri xarici ölkələrdə şəhər turları təklif edirik. Bu xidmət sayəsində müştərilərimiz müalicə prosesini başa vurduqdan sonra müalicə üçün getdikləri ölkənin tarixi, mədəni və turistik yerlərini kəşf edə bilirlər. Şəhər turlarımız zamanı müştərilərimizə yerli yeməkləri və ölkənin mədəniyyətini kəşf etməyə fürsət yaradırıq. Şəhər turlarımızla yanaşı, müştərilərimiz üçün görməli yerlərə ekskursiyalar da təşkil edirik. Bununla da müştərilərimiz ölkənin təbii gözəlliklərini kəşf edə və vaxtlarını daha xoş keçirə bilərlər.
Analizlərin yenidən xəstəxanaya göndərilməsi: Müalicədən sonra müalicənin izlənməsi və vəziyyətin nə dərəcədə nəzarət altında olduğunu öyrənmək üçün davamlı olaraq xaricə getməyə ehtiyac yoxdur. Tibbi analizlərinizi sizin üçün yenidən xəstəxanaya göndəririk və vəziyyətinizə nəzarət etməyi asanlaşdırırıq.
Həkimlə görüşün yenidən təşkili: Müalicədən bir müddət sonra yenidən həkimlə görüş təyin etmək faydalı ola bilər. Bu şəkildə həkimin verdiyi tövsiyələrə əməl etmək və müalicə prosesinizin necə getdiyi barədə həkimdən məlumat almaq daha asan olacaq.
A-Medical olaraq sağlamlıqlarını tez zamanda geri qazanmaq istəyən müştərilər üçün dünyanın ən peşekar həkimləri və ən keyfiyyətli klinikaları ilə birlikdə çalışırıq. Xarici ölkələrdə əməkdaşlıq etdiyimiz klinikaların dəstəyi sayəsində ümidini itirmiş insanlara boş vədlər yox, sağlamlıqlarını geri qazanma imkanı veririk.
Yüksək vəsait tələb etdiyi üçün xaricdə müalicə almaqdan imtina edən insanlara çarə olmaq məqsədilə xaricdə müalicəni daha ucuz, daha rahat və daha əlçatan edirik. Xidmətlərimiz vasitəsilə xaricdə müalicə almaq indi daha asan və daha ucuzdur. Eyni zamanda xaricdə müalicə zamanı müştərilərimizin özlərini tanımadığı bir ölkədə bələdçisiz olaraq hiss etməmələri üçün davamlı olaraq onların yanında olur, yol göstəririk.
Partnyor klinikalarımız və A-Medical şirkəti olaraq son 7 ildir ki, insanları sağlamlığına qaytarmaq istiqamətində özümüzü inkişaf etdiririk. Sizə dəstək olmaq üçün hər zaman zənginizi və müraciətinizi gözləyirik. Xatırlatmaq istəyirik ki, müalicəniz üçün nə qədər tez addım atsanız, o qədər tez sağlamlığınızı geri qaytara bilərsiniz.
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın